Məhkəmə qərarları › İş №e-2(060)-5419/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5419/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5419/2023 04.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh:

1. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU HOFFMANN üçün 62,56 (altmış iki manat əlli altı qəpik) manat ödənilməmiş hissə, 6,44 (altı manat qırx dörd qəpik) manat cərimə pulu;

2. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ **********54062 XİAOMİ REDMİ 9T markalı telefoünçün 229,4 (iki yüz iyirmi doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 22,6 ( iyirmi iki manat altmış qəpik) manat cərimə pulu,

3. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ **********37027 XİAOMİ REDMİ NOTE 10 markalı telefoünçün 77 (yetmiş yeddi) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə;

4. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, XİAOMİ Mİ LED TVüçün 268,2 (iki yüz altmış səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə 26,8 ( iyirmi altı manat səksən qəpik) manat cərimə pulu;

5. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU HOFFMANN üçün 388,44 (üç yüz səksən səkkiz manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 38,56 (otuz səkkiz manat əlli altı qəpik) manat cərimə pulu;

6. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ **********28340 XİAOMİ REDMİ 10 markalı telefoünçün 599,83 (beş yüz doxsan doqquz manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 59,17 (əlli doqquz manat on yeddi qəpik) manat cərimə pulu;

7. xx.xx.2022-ci il,tarixli müqaviləyə əsasən, İMEİ **********96041 XİAOMİ POCO X3 markalı telefoünçün 1255,28 (min iki yüz əlli beş manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 125,72 (yüz iyirmi beş manat yetmiş iki qəpik) manat cərimə pulu; ümumilikdə 3167 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 51,67 manatın alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ **********96041 XİAOMİ POCO X3 markalı telefon, İMEİ **********28340 XİAOMİ REDMİ 10 markalı telefon , SOYUDUCU HOFFMANN , XİAOMİ Mİ LED TV , İMEİ **********54062XİAOMİ REDMİ 9T markalı telefon , İMEİ **********37027 XİAOMİ REDMİ NOTE 10 markalı telefon , SOYUDUCU HOFFMANNalmış və nəticədə 3167 (üç min yüz altmış yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il,tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1292,98 (min iki yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat (18 ay x 69,74 manat + 37,66 manat ilkin ödəniş) olan İMEİ **********96041 XİAOMİ POCO X3 markalı telefon üçün ümumilikdə 1381 (min üç yüz səksən bir) manat olmaqla ondan 1255,28 (min iki yüz əlli beş manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 125,72 (yüz iyirmi beş manat yetmiş iki qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 721,12 (yeddi yüz iyirmi bir manat on iki qəpik) manat (18 ay x 39,99 manat + 1,3 manat ilkin ödəniş) olan İMEİ **********28340 XİAOMİ REDMİ 10 markalı telefon üçün ümumilikdə, 659 (altı yüz əlli doqquz) manat olmaqla ondan 599,83 (beş yüz doxsan doqquz manat səksən üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 59,17 (əlli doqquz manat on yeddi qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 500,04 (beş yüz manat dörd qəpik) manat (18 ay x 27,78 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU HOFFMANN üçün ümumilikdə, 427 (dörd yüz iyirmi yeddi) manat olmaqla ondan 388,44 (üç yüz səksən səkkiz manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 38,56 (otuz səkkiz manat əlli altı qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 536,4 (beş yüz otuz altı manat qırx qəpik) manat (18 ay x 29,8 manat + 0 manat ilkin ödəniş XİAOMİ Mİ LED TVüçün ümumilikdə, 295 (iki yüz doxsan beş) manat olmaqla ondan 268,2 (iki yüz altmış səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 26,8 ( iyirmi altı manat səksən qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 590,4 (beş yüz doxsan manat qırx qəpik) manat (18 ay x 32,8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ **********54062 XİAOMİ REDMİ 9T markalı telefon üçün ümumilikdə, 252 (iki yüz əlli iki) manat olmaqla ondan 229,4 (iki yüz iyirmi doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 22,6 ( iyirmi iki manat altmış qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 535,6 (beş yüz otuz beş manat altmış qəpik) manat (12 ay x 39,3 manat + 64 manat ilkin ödəniş) olan İMEİ **********37027 XİAOMİ REDMİ NOTE 10 markalı telefon üçün ümumilikdə, 84 (səksən dörd) manat olmaqla ondan 77 (yetmiş yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 7 (yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 572,4 ( beş yüz yetmiş iki manat qırx qəpik) manat (18 ay x 31,8 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU HOFFMANN üçün ümumilikdə, 69 (altmış doqquz) manat olmaqla ondan 62,56 (altmış iki manat əlli altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 6,44 (altı manat qırx dörd qəpik) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1868,23 manat təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 572,4 manat olan HOFFMANN markalı soyuducu almışdır. - xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, HOFFMANN markalı soyuducu Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 31,8 manat olmaqla, HOFFMANN markalı soyuducu almış və 509,84 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 590,4 manat olan İMEİ **********54062 XİAOMİ REDMİ 9T markalı telefon almışdır. - xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ **********54062 XİAOMİ REDMİ 9T markalı telefon Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 32,8 manat olmaqla, İMEİ **********54062 XİAOMİ REDMİ 9T markalı telefon almış və 361 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 535,6 manat olan İMEİ **********37027 XİAOMİ REDMİ NOTE 10 markalı telefon almışdır. - xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ **********37027 XİAOMİ REDMİ NOTE 10 markalı telefon Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətinə, ilkin 64 manat ödənişlə, aylıq ödəniş 39,3 manat olmaqla, İMEİ **********37027 XİAOMİ REDMİ NOTE 10 markalı telefon almış və 458,6 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 536,4 manat olan XİAOMİ Mİ LED TV almışdır. - xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, XİAOMİ Mİ LED TV Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 29,8 manat olmaqla, XİAOMİ Mİ LED TV almış və 268,2 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 500,04 manat olan HOFFMANN markalı soyuducu almışdır. - xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, HOFFMANN markalı soyuducu Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 27,78 manat olmaqla, HOFFMANN markalı soyuducu almış və 111,6 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 721,12 manat olan İMEİ **********28340 XİAOMİ REDMİ 10 markalı telefon almışdır. - xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ **********28340 XİAOMİ REDMİ 10 markalı telefon Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin 1,3 manat ödənişlə, aylıq ödəniş 39,99 manat olmaqla, İMEİ **********28340 XİAOMİ REDMİ 10 markalı telefon almış və 121,29 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1292,98 manat olan İMEİ **********96041 XİAOMİ POCO X3 markalı telefon almışdır. - xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ **********96041 XİAOMİ POCO X3 markalı telefon Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin 37,66 manat ödənişlə, aylıq ödəniş 69,74 manat olmaqla, İMEİ **********96041 XİAOMİ POCO X3 markalı telefon almış və 37,7 manat ödəniş etmişdir. -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən aldığı malın 4748,94 manat olan ümumi dəyərindən 1868,23 manat ödəniş etmiş və nəticədə 2880,71 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malın 4748,94 manat ümumi dəyərindən 1868,23 manat ödəniş etmiş və nəticədə 2880,71 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsas borcun ödənilməsinə dair hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 6,44 manat, 22,6 manat, 7 manat, 26,8 manat, 38,56 manat, 59,17 manat və 125,72 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 6,44 manat, 22,6 manat, 7 manat, 26,8 manat, 38,56 manat, 59,17 manat və 125,72 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 3167 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 51,67 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi təmin edilsin. Cavabdeh;

1. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı soyuducu üçün 62,56 (altmış iki manat əlli altı qəpik) manat ödənilməmiş hissə, 6,44 (altı manat qırx dörd qəpik) manat cərimə pulu;

2. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ **********54062 XİAOMİ REDMİ 9T markalı telefoünçün 229,4 (iki yüz iyirmi doqquz manat qırx qəpik) manat ödənilməmiş hissə, 22,6 ( iyirmi iki manat altmış qəpik) manat cərimə pulu,

3. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ **********37027 XİAOMİ REDMİ NOTE 10 markalı telefoünçün 77 (yetmiş yeddi) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə;

4. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, XİAOMİ Mİ LED TV üçün 268,2 (iki yüz altmış səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə 26,8 ( iyirmi altı manat səksən qəpik) manat cərimə pulu;

5. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı soyuducu üçün 388,44 (üç yüz səksən səkkiz manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 38,56 (otuz səkkiz manat əlli altı qəpik) manat cərimə pulu;

6. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ **********28340 XİAOMİ REDMİ 10 markalı telefoünçün 599,83 (beş yüz doxsan doqquz manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 59,17 (əlli doqquz manat on yeddi qəpik) manat cərimə pulu;

7. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ **********96041 XİAOMİ POCO X3 markalı telefoünçün 1255,28 (min iki yüz əlli beş manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 125,72 (yüz iyirmi beş manat yetmiş iki qəpik) manat cərimə pulu; ümumilikdə 3167 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 51,67 manatın əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar