Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5420/2022 08.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə S3K4577505 saylı müqavilə üzrə 1039(bir min otuz doqquz) manat əsas borc, 31l(üç yüz on bir) manat dəbbə pulu, 34(otuz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 1384(bir min üç yüz səksən dörd) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən ’’Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 22 dekabr 2018-ci il tarixində "Alqı-satqı" müqaviləsi bağlanmışdır. Cavabdeh 22 dekabr 2018-ci il tarixli S3K4577505 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2049 (iki min qırx doqquz) manat olan 1 ədəd “Веkо” markalı televizor almış, ilkin ödəniş olaraq 100 (yüz) manat ödəniş etmiş, nəticədə 1949 (min doqquz yüz qırx doqquz) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 22 dekabr 2018-ci il tarixli S3K4577505 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 130 (yüz otuz) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti ümumi 2049 (iki min qırx doqquz) manat olan 1 ədəd “Веkо” markalı televizor üçün ümumilikdə 1039 (bir min otuz doqquz) manat ödənilməmiş hissə, 311 (üç yüz on bir) manat dəbbə pulu yaranmışdır. Məhkəmə iclasında İddiaçı iştirak etməmişdir. 04 avqust 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini, Cavabdeh cəmi 1384 manat pulun iddiaçının xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, əsas borc məbləği ilə razıdır. Həmçinin borcundan 100 manat ödəməsi ilə əlaqədar qəbzləri məhkəməyə təqdim etdi. Hesablanmış dəbbə məbləğinin azaldılmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən Beko markalı LED TV almışdır. - ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı tərəfindən cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - ödəniş qəbzlərinin surətindən görünür ki, iddiaçı Cavabdeh 100 manat məbləğində ödəniş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən ’’Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 22 dekabr 2018-ci il tarixində "Alqı-satqı" müqaviləsi bağlanmışdır. Cavabdeh 22 dekabr 2018-ci il tarixli S3K4577505 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2049 (iki min qırx doqquz) manat olan 1 ədəd “Веkо” markalı televizor almış, ilkin ödəniş olaraq 100 (yüz) manat ödəniş etmiş, nəticədə 1949 (min doqquz yüz qırx doqquz) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 22 dekabr 2018-ci il tarixli S3K4577505 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 130 (yüz otuz) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti ümumi 2049 (iki min qırx doqquz) manat olan 1 ədəd “Веkо” markalı televizor üçün ümumilikdə 1039 (bir min otuz doqquz) manat ödənilməmiş hissə, 311 (üç yüz on bir) manat dəbbə pulu yaranmışdır. İddiaçı əsas borc məbləğindən 100 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı məhsul üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən öhdəliklərini icra etməyərək həmin müqavilənin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərin surətindən görünür ki, cavabdeh 100 manat ödəniş etmişdir. Odur ki, həmin 100 manat məbləğ əsas borc məbləğindən silinməli, iddia tələbi qalan hissədə təmin edilməlidir. İddia tələbindən də göründüyü kimi cavabdehdən eyni zamanda 311 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən hər iki müqavilə üzrə 11 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 950 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 34 manat dövlət rüsumunun 30 manat əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş 4 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh S3K4577505 saylı müqavilə üzrə 939 (doqquz yüz otuz doqquz) manat əsas borc, 11 (on bir) manat dəbbə pulu, 30 (otuz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 980 (doqquz yüz səksən) manat pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh S3K4577505 saylı müqavilə üzrə 939 (doqquz yüz otuz doqquz) manat əsas borc, 11 (on bir) manat dəbbə pulu və 30 (otuz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 980 (doqquz yüz səksən) manat pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 4 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-5420/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5420/2022
08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver