Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5421/2022 19.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə S4K4697344 saylı müqavilə üzrə 154 (bir yüz əlli dörd) manat əsas borc, 46 (qırx altı) manat dəbbə pulu, S4K4697574 saylı müqavilə üzrə 610 (altı yüz on) manat əsas borc, 183 (bir yüz səksən üç) manat dəbbə pulu və 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 1023 (bir min iyirmi üç) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 10 may 2018-ci il və 16 iyun 2018-ci il tarixlərində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 10 may 2018-ci il tarixli S4K4697344 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 722 (yeddi yüz iyirmi iki) manat olan 1 ədəd “Xiaomi Mİ Al" markalı telefon almış, ilkin ödəniş olaraq 20 (iyirmi) manat ödəniş etmiş, nəticədə 702 (yeddi yüz iki) manat borc yaranmış və 16 iyun 2018-ci il tarixli S4K4697574 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1346 (bir min üç yüz qırx altı) manat olan 1 ədəd “Samsung Galaxy A8" markalı telefon almış, ilkin ödəniş olaraq 50 (əlli) manat ödəniş etmiş, nəticədə 1296 (bir min iki yüz doxsan altı) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 10 may 2018-ci il tarixli S4K4697344 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-ci il tarixdə 40 (qırx) manat, 16 iyun 2018-ci il tarixli S4K4697574 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 30 (otuz) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdiyimiz yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti S4K4697344 saylı müqavilə üzrə 722 (yeddi yüz iyirmi iki) manat olan 1 ədəd “Xiaomi Mİ Al” markalı telefon üçün ümumilikdə 154 (bir yüz əlli dörd) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat dəbbə pulu və alqı-satqı qiyməti S4K4697574 saylı müqavilə üzrə 1346 (bir min üç yüz qırx altı) manat olan 1 ədəd “Samsung Galaxy A8” markalı telefon üçün ümumilikdə 610 (altı yüz on) manat ödənilməmiş hissə, 183 (bir yüz səksən üç) manat dəbbə pulu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı xeyrinə S4K4697344 saylı müqavilə üzrə 154 (bir yüz əlli dörd) manat əsas borc, 46 (qırx altı) manat dəbbə pulu, S4K4697574 saylı müqavilə üzrə 610 (altı yüz on) manat əsas borc, 183 (bir yüz səksən üç) manat dəbbə pulu və 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 1023 (bir min iyirmi üç) manat tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək səhhətində olan probləmlərlə bağlı olaraq məhkəmə iclasında iştirak etməyi mümkün olmayacaqdır. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsasldır və qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № S4K4697344 saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 722 (yeddi yüz iyirmi iki) manat “Xiaomi Mİ A1” markalı telefonu Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 18 ay müddətinə ayda 39 (otuz doqquz) manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № S4K4697574 saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 1346 (bir min üç yüz qırx altı) manat 1 ədəd “Samsung Galaxy A8” markalı telefonu Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 18 ay müddətinə ayda 72 (yetmiş iki) manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh S4K4697344 saylı, xx.xx.2018-ci il və S4K4697574 saylı, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə xx.xx.2022-ci il tarixə olan qalıq borcu müvafiq olaraq 154 manat əsas, 46 manat dəbbə pulu, 610 manat əsas, 183 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1023 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli № S4K4697344 saylı müqavilə üzrə 154 (bir yüz əlli dörd) manat əsas borc, 3 (üç) manat dəbbə pulu və xx.xx.2018-ci il tarixli № S4K4697574 saylı müqavilə üzrə 610 (altı yüz on) manat əsas borc, 3 (üç) manat dəbbə, 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli № S4K4697344 saylı müqavilə üzrə 154 (bir yüz əlli dörd) manat əsas borc, 3 (üç) manat dəbbə pulu və xx.xx.2018-ci il tarixli № S4K4697574 saylı müqavilə üzrə 610 (altı yüz on) manat əsas borc, 3 (üç) manat dəbbə, 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-5421/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5421/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver