Məhkəmə qərarları › İş №e-2(060)-5425/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5425/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5425/2023 18.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********17808 SAMSUNG GALAXY A02 markalı telefon üçün 203.14 (iki yüz üç manat on dörd qəpik) manat ödənilməmiş hissə, 20.86 (iyirmi manat səksən altı qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********25633 SAMSUNG GALAXY A12 markalı telefon, SAMSUNG A12 CASE, SAMSUNG şüşə plyonka üçün 125.8 (yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 12.2 (on iki manat iyirmi qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********21848 SAMSUNG GALAXY A12 markalı telefon, SAMSUNG A12 CASE, SAMSUNG GALAXY A12 STİCKER üçün 82 (səksən iki) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, ümumilikdə, 452 manat borc 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********17808 SAMSUNG GALAXYA02 markalı telefon, İMEİ kodu **********25633 SAMSUNG GALAXYA12 markalı telefon, SAMSUNG A12 CASE, SAMSUNG ŞÜŞƏ PLYONKA, İMEİ kodu **********21848 SAMSUNG GALAXY A12 markalı telefon, SAMSUNG A12 CASE, SAMSUNG GALAXY A12 STİCKER almış və nəticədə 452 (dörd yüz əlli iki )manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 337.14 (üç yüz otuz yeddi manat on dörd qəpik) manat (18 ay x 18.73 manat + 0 manat ilkin ödəniş) əsasən İMEİ **********17808 SAMSUNG GALAXYA02 markalı telefon üçün ümumilikdə, 224 (iki yüz iyirmi dörd) manat olmaqla ondan, 203.14 (iki yüz üç manat on dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.86 (iyirmi manat səksən altı qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 392.7 (üç yüz doxsan iki manat yetmiş qəpik) manat (18 ay x 21.6 manat + 3.9 manat ilkin ödəniş) İMEİ **********25633 SAMSUNG GALAXY A12 markalı telefon, SAMSUNG A12 CASE, SAMSUNG ŞÜŞƏ PLYONKA üçün ümumilikdə, 138 (yüz otuz səkkiz ) manat olmaqla ondan, 125.8 (yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12.2 (on iki manat iyirmi qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 401 (dörd yüz bir ) manat (18 ay x 20.5 manat + 32 manat ilkin ödəniş) İMEİ **********21848 SAMSUNG GALAXY A12 markalı telefon, SAMSUNG A12 CASE, SAMSUNG GALAXY A12 STİCKER üçün ümumilikdə, 90 (doxsan) manat olmaqla ondan, 82 (səksən iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8 (səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 719.9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, həmin ünvanda yaşamadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli, № 23180175 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 401 manat olan İmei kod **********21848 SAMSUNG GALAXY A12 markalı telefon, SAMSUNG A12 CASE, SAMSUNG GALAXY A12 STİCKER almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, № 23165058 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 392,7 manat olan İMEİ kod **********25633 SAMSUNG GALAXY A12 markalı telefon, SAMSUNG A12 CASE, SAMSUNG şüşə plyonka almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № ******* saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 337,14 manat olan İMEİ kod **********17808 SAMSUNG GALAXY A02 markalı telefon almışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə İMEİ kodu **********17808 SAMSUNG GALAXYA02 markalı telefon, İMEİ kodu **********25633 SAMSUNG GALAXYA12 markalı telefon, SAMSUNG A12 CASE, SAMSUNG ŞÜŞƏ PLYONKA, İMEİ kodu **********21848 SAMSUNG GALAXY A12 markalı telefon, SAMSUNG A12 CASE, SAMSUNG GALAXY A12 STİCKER təhvil verilmişdir. İşə əlavə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 18,73 manat olmaqla, İmei kod **********17808 Samsung Galaxy A02 markalı telefon almış və 134 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 3,9 manat, aylıq ödəniş 21,6 manat olmaqla İmei kod **********25633 Samsung Galaxy A12, Samsung A12 Case, Samsung şüşə plyonka almış və 266,9 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 32 manat, aylıq ödəniş 20,5 manat olmaqla İmei kod **********21848 Samsung Galaxy A12, Samsung A12 Case, Samsung Galaxy A12 Sticker almış və 319 manat ödəniş etmişdir. İşdə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı malın 337,14 manat olan ümumi dəyərindən 134 manat ödəniş etmiş və nəticədə 224 manat borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 392,7 manat olan ümumi dəyərindən 266,9 manat ödəniş etmiş və nəticədə 138 manat borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 401 manat olan ümumi dəyərindən 319 manat ödəniş etmiş və nəticədə 90 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ümumilikdə 410 (dörd yüz on) manat 94 (doxsan dörd) qəpik əsas borc, 10 (on) manat cərimə borcu, 30 (otuz iki) manat dövlət rüsumu, cəmi 450 (dörd yüz əlli) manat 94 (doxsan dörd) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ümumilikdə 410 (dörd yüz on) manat 94 (doxsan dörd) qəpik əsas borc, 10 (on) manat cərimə borcu, 30 (otuz iki) manat dövlət rüsumu, cəmi 450 (dörd yüz əlli) manat 94 (doxsan dörd) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar