Məhkəmə qərarları › İş №e-2(060)-544/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-544/2023

22.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-544/2023 22.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1970-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Ailə üzvləri X8, X1, qardaşları - X17, X18, X9 ibarətdir. X8 xx.xx.1993-cü ildə vəfat etmişdir. X1 onun himayəsindədir. X5 2021-ci ilin noyabr ayından Sumqayıt şəhər Narkoloji Dispanserində stasionar müalicə alır. Digər iki qardaşı hər ikisi Rusiya Federasiyasında yaşayırlar. Anası və X20 əvvəllər birgə yaşasalar da, qardaşının spirtli içki aludəçisi olaraq Narkoloji Dispanserə köçürülməsindən sonra o, anası ilə birlikdə qalır. X20 hal-hazırda stasionar müalicədədir, ona alkoqol qəbulu nəticəsində amnestik sindromu qoyulmuşdur. Belə ki, artıq onu belə çox çətin yadına salır, yaddaşı çox zəifləyib, davranışlarında kəskin reaksiyalar mövcuddur, yanında 5 dəqiqə əvvəl danışılan sözü, mövzunu xatırlamır, ünsiyyət qurmaqda çətinlik çəkir. Qardaşının vəziyyəti kifayət qədər ağırdır. Müəyyən sənədləşmə işlərində imzası tələb olunur, o isə bunu etmək iqtidarında deyil. Ona görə də onun rəsmi olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə zərurət vardır. Yuxarıda qeyd etdiklərinə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SS843583946AZ saylı poçt göndərişinin təqdim olunması barədə xəbərnaməyə əsasən) məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının qarşısının alınması, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmaması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Hazırda X2 buna yol vermədiyindən, o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZ İ 467920 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1993-cü ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir. İşdə olan V JQ-302028 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X15 xx.xx.1989-ci il tarixdə Sumqayıt Şəhər Nikah Evində nikaha girərək ailə qurmuşlar və bu nikah 1466 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Nəbiyeva soyadı verilmişdir. İşdə olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.1965-ci ildə Sumqayıt şəhərində doğulmuşdur, X8, X1dır. İşdə olan AZ İİİ 708064 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X18 xx.xx.1970-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. X8, X1dır. İşdə olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 3943 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X18 2021-ci ilin noyabr ayından alkoqol qəbulu nəticəsində amnestik sindromu diaqnozu ilə Dispanserdə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsinin 10.0.2023-cü il tarixli, 356 saylı rəyinə əsasən, X11 ALKOQOL QƏBULU (SUİ-İSTİFADƏ) NƏTİCƏSİNDƏ AMNESTİK SİNDROM (F10.6) qeyd olunur. Bunu anamnestik məlumatlaruzun müddət spirtli içkilərdən sui-istifadə etməsi, 2021-ci ildə “alkoqol qəbulu nəticəsində amnestik sindrom” diaqnozu ilə Sumqayıt Şəhər Narkoloji Dispanserində ambulator müşahidədə olması, həmin narkoloji dispanserdə stasionar müalicə olunmasına baxmayaraq psixi pozuntuların davam etməsi, hal- hazırda yuxarıda göstərilən diaqnozla SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ- də stasionar müalicədə olması, həmçinin hazırkı müayinə zamanı bələdliyinin pozulması, ona ünvanlanan sualları çətin başa düşməsi, kobud yaddaş pozuntularının qeyd olunması, koqnitiv imkanlarının zəifləməsi, qıcıqlara qarşı həssaslığının yüksəlməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə X11 alkoqol qəbulu (sui-istifadə) nəticəsində amnestiksindrom qeyd olunur. X18 onda qeyd olunan psixi pozuntular nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 2-ci sual üzrə: X18 hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X18 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 356 saylı rəyi ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1970-ci il təvəllüdlü X18 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X18 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar