Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5453/2022 11.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi, Ərizəçi nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (Maraqlı şəxs: Maraqlı şəxs) mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Baş Klinik Hospitaldan Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmiş xəstəlik tarixində “X4” əslində “Ərizəçi” olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı, Ərizəçi, xx.xx.N969-cu il tarixdə Ermənistanın Sisiyan rayonunda doğulmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə ünvan Nünvanında yaşayır. N987-ci ildən N989-cu il tarixədək Rusiya Federasiyasında həqiqi hərbi xidmətdə olmuşdur. N992-ci il tarixdə ali təhsilini başa vurduqdan sonra könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Nəsimi rayon HK-da qeydiyyata alınmış və Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. N993-cü ilin mart ayının axırlarında döyüşlərdə yaralanmış, huşsuz vəziyyətdə şəhər xəstəxanasına yerləşdirilmiş, oradan isə qospitala göndərilmişdir. Bundan sonra ərizəçi təkrarən döyüş zonasına qayıdıb, N994-cü il tarixdə Kəlbəcər rayonu istiaqamətində gedən döyüşlərdə yenidən yaralanıb qospitala yerləşdirilib, müalicə almış, İİ qrup müharibə əlili kimi təxris olunmuşdur. 202N-ci il tarixədək İİ qrup müharibə əlili kimi pensiya almışdır. 2022-ci ildə isə qeyd edilən pensiyanın verilməsindən imtina edilmişdir. Belə ki, Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə baş beyin nahiyyəsindən yaralanan zaman huşsuz vəziyyətdə olduğundan həkimlər tərəfindən, yalnışlıqla ata adı “Eldar” əvəzinə “Heydər” kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edərək, N993-cü ilə dair çıxarış epikrizi təqdim edərək qərarın dəyişdirilməsini xahiş etsə də, Baş Klinik Hospitaldan Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmiş xəstəlik tarixində ata adının “Eldar” əvəzinə “Heydər” kimi göstərildiyi, təsdiqedici sənədlər təqdim edə bilmədiyi üçün səbəb əlaqəsi haqqında qərarın dəyişdirilməsi mümkün olmamışdır. Bu səbəbdən də Baş Klinik Hospitaldan Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmiş xəstəlik tarixində “X4” əslində “Ərizəçi” olması faktının məhkəmə tərəfindən tanınması zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkil Nümayəndə ərizəni müdafiə etdi. Bildirdi ki, Ərizəçi N987-ci ildən N989-cu il tarixədək Rusiya Federasiyasında həqiqi hərbi xidmətdə olmuşdur. N992-ci il tarixdə ali təhsilini başa vurduqdan sonra könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Nəsimi rayon HK-da qeydiyyata alınmış və Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. N993-cü ilin mart ayının axırlarında döyüşlərdə yaralanmış, huşsuz vəziyyətdə şəhər xəstəxanasına yerləşdirilmiş, oradan isə qospitala göndərilmişdir. Bundan sonra ərizəçi təkrarən döyüş zonasına qayıdıb, N994-cü il tarixdə Kəlbəcər rayonu istiaqamətində gedən döyüşlərdə yenidən yaralanıb qospitala yerləşdirilib, müalicə almış, İİ qrup müharibə əlili kimi təxris olunmuşdur. 202N-ci il tarixədək İİ qrup müharibə əlili kimi pensiya almışdır. 2022-ci ildə isə qeyd edilən pensiyanın verilməsindən imtina edilmişdir. Belə ki, Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə baş beyin nahiyyəsindən yaralanan zaman huşsuz vəziyyətdə olduğundan həkimlər tərəfindən, yalnışlıqla ata adı “Eldar” əvəzinə “Heydər” kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edərək, N993-cü ilə dair çıxarış epikrizi təqdim edərək qərarın dəyişdirilməsini xahiş etsə də, Baş Klinik Hospitaldan Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmiş xəstəlik tarixində ata adının “Eldar” əvəzinə “Heydər” kimi göstərildiyi, təsdiqedici sənədlər təqdim edə bilmədiyi üçün səbəb əlaqəsi haqqında qərarın dəyişdirilməsi mümkün olmamışdır. Bu səbəbdən də Baş Klinik Hospitaldan Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmiş xəstəlik tarixində “X4” əslində “Ərizəçi” olması faktının məhkəmə tərəfindən tanınması zərurəti yaranmışdır. Ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 Hərbi Həkim Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 2NN2 saylı məktubla məhkəməyə müraciət edərək məsələnin həllini məhkəmənin mülahizəsinə buraxaraq Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının iştirakı olmadan işə baxıb müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən XN ifadə verərək bildirmişdir ki, ərizəçi onun əsgər yoldaşıdır, əsgər yoldaşı kimi münasibətləri pis deyildir. Ərizəçinin adı İrzadır, soyadı isə Əhmədovdur. Ərizəçi xəsarət aldığı zaman özünün tibb məntəqəsində olduğunu, xəsarətinə görə İrzanı Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına gətirdiklərini bildirdi. Ona təqdim olunmuş sənədlərdə görmüşdür ki, ərizəçi kontuziya almışdır. Həmin sənədlərdə ad, soyad və ata adının necə olmasını xatırlamadığını, hərbi biletini görmədiyini bildirdi. Əsgər yoldaşı olduqlarından ərizəçini ad ilə deyil, soyadla çağırdıqlarından ad və ata adının rəsmi sənədlərdə necə əks olunduğunu bilmədiyini qeyd edərək, sadəcə ata adı ilə bağlı şifahi formada məlumatlı olduğunu, ərizəçinin atasının bildiyi qədər adı Eldar olduğunu bildirmişdir. Məhkəmə ərizəçini, onun nümayəndəsi-vəkilini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: - Maraqlı şəxs tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinə ünvanlanmış NN33 saylı, 28 iyun 2022-ci il tarixli məktubun mahiyyətindən görünür ki, vətəndaş Ərizəçi 2022-ci ildə aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi üçün müraciət etmişdir və ona N994-cü ildə aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏ ZAMANİ ALİNMİŞDİR” kimi düzgün təyin edilmişdir. xx.xx.2022-ci ildə təkrarən Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş və N993-cü ilə dair çıxarış epikrizi təqdim edərək qərarın dəyişilməsini xahiş etmişdir. Baş Klinik Hospitalından MHHK-na təqdim olunmuş xəstəlik tarixində vətəndaş Ərizəçi adı “Rza” atasının adı isə “Heydər” oğlu kimi göstərilmişdir. Təsdiqedici sənədlər təqdim edə bilmədiyindən səbəb əlaqəsi haqqında qərarın dəyişilməsi mümkün olmamışdır. - xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Ərizəçi ondan ötrü ki, Bakı şəhəri Nəsimi RHK-dan səfərbər olunmuş çağırışçı, sıravi Ərizəçi N () nömrəli hərbi hissə komandirinin N8 noyabr N992-ci il tarixli 94 №-li əmrilə (əsas: § N. səh 5, sıra N) hərbi hissəyə daxil edilərək bütün nov təminatlarla təmin olunmuşdur. xx.xx.N992-cı ildən N nömrəli hərbi hissəyə qəbul olunmuş sıravi Ərizəçi N nömrəli hərbi hissə komandirinin N may N993-cu ıl tarixli 059 №-lı əmrilə (əsas § 5. sıra 4) 2-cı tağımın sürücü-tuşlayıcısı vəzifəsinə təyin olunmuşdur. Uzun müddət hərbi hissədən yayındığı üçün və Hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2-ci atəş tağımının 3-cu bölməsinin sürucü- aparıcısı, sıravi Ərizəçi N nömrəli hərbi hissə komandirinin 0N noyabr N993-cu ıl tarixli 0208 №-li əmrilə (əsas: § 9. sıra 275, səh.58) vəzifəsindən azad edilərək bütün təminat siyahılarından çıxarılmış və ştatdan kənar hesab edilmişdir N969-cu ıl təvəllüdlü, Bakı şəhəri Kirov RHK-dan həqiqi hərbi xidmət keçmək üçün gəlmiş Ərizəçi N69 nömrəli hərbi hissə komandirinin 0N mart N994-cu ıl tarixli 46 №-h əmrilə (əsas § 6. səh 2, sıra N08) hərbi hissənin şəxsi heyət siyahılarına daxıl edilərək bütün növ təminatlarla təmin olunmuş və vəzifəyə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar N994-cü il tarixli nizamı hissə üzrə əmrlərində Ərizəçi xidməti barədə məlumat aşkar edilməmişdir. N69 №-li hərbi hissə komandirinin N996-cı il tarixli sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.202N-ci ildə hipertenziv xəstəlik səbəbindən ölmüşdür. - xx.xx.20N5-ci il tarixli, 076337 №-li vəsiqədən görünür ki, Ərizəçi 2-ci qrup əlildir. - Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.N969-cu il tarixdə anadan olmuşdur. - AO ******* saylı Hərbi biletdən görünür ki, Ərizəçi 722 və N69 saylı hərbi hisslərlə xidmət etmişdir, Kəlbəcər rayonunda döyüş əməliyyatlarında iştirak etmişdir. -N280 saylı xəstəlik tarixindən görünür ki, X6 xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilədən müalicədə olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi, xx.xx.N969-cu il tarixdə Ermənistanın Sisiyan rayonunda doğulmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə ünvan Nünvanında yaşayır. N992-ci il tarixdə ali təhsilini başa vurduqdan sonra könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Nəsimi rayon HK-da qeydiyyata alınmış və Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Baş Klinik Hospitaldan Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmiş xəstəlik tarixində ata adının “Eldar” əvəzinə “Heydər” kimi, adı isə İrza olduğu halda Rza kimi qeyd edilmişdir. Baş Klinik Hospitaldan Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmiş xəstəlik tarixində qeyd edilmiş X6 Ərizəçi ilə eyni şəxsdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.NN-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.N-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, Baş Klinik Hospitaldan Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmiş xəstəlik tarixində “X4” əslində “Ərizəçi” ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Həmin Məcəllənin 3NN-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.N-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin N4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 2N7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 2N6-220-ci, 3NN və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Baş Klinik Hospitaldan Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmiş xəstəlik tarixində qeyd edilmiş X4 Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən N ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-5453/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5453/2022
11.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver