Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5454/2022 05.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 400 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, 20 Yanvar dairəsi ünvanında, "xxxx" ASC-də mülki məsuliyyəti PAZ ********** saylı müqavilə ilə icbari sığorta olunmuş sürücü Cavabdeh "Fsn Yarımqoşqu" markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sürücü X1 idarə etdiyi “Nissan X-TRAİL” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vuraraq “hadisə yerindən yayınmışdır”. Baş vermiş hadisə ilə bağlı inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsi ilə İXP ******* nömrəli protokol yazılmışdır. “Nissan X-TRAİL” markalı, **- FU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 400 (dörd yüz) manat məbləğində sığorta ödənişi verilmişdir. İcrabi Sığrortalar haqqında Qanunun 63.1-ci maddəsinə əsasən sığorta ödənişi geri tələb etmək hüququ sığortaçıya keçmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirak olmadan baxılmasını və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 07 sentyabr 2022-ci il tarixli məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini, qəzanı törətdiyi anda xüsusi göstərişə əsasən Heydər Əliyev adına Beynəlxalq hava limanına yük apardığını, bu səbəbdən də hadisə baş verdikdə nəqliyyat vasitəsini saxlamayıb hərəkəti davam etdirdiyini, qeyd olunan zərər məbləği ilə razı olmadığını, daha sonra isə vurulmuş zərəri hissə-hissə ödəyəcəyini, məbləği mübahisələndirmədiyini bildirmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli, AKT98/21-CML-00081/2021 nömrəli sığorta aktından görünür ki, sığortalı X3 məxsus **-ZA-*** dövlət qeydiyyat nişanlı, “FSN Yarımqoşqu” markalı avtomaşın yol nəqliyyat hadisəsi törətmiş, baş vermiş hadisə sığorta hadisə kimi qiymətləndirilmiş, sığortalanmış avtomobil “Nissan X-Trail” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, vurulmuş zərər 400 manat məbləğində müəyyən edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə Bakı şəhər DYPB-nin arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 20.30-da Cavabdeh tərəfindən idarə edilən FSN Yarımqoşqu markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomaşın X2 idarə etdiyi “Nissan X-Trail” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh FSN Yarımqoşqu markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC X4 400 manat məbləğində sığorta ödənişi etmişdir. Beləliklə, məhkəmədə müəyyən edilən işin mübahisəsiz halları ilə təsdiq olundu ki, Cavabdeh tərəfindən idarə edilən **-ZA-*** dövlət qeydiyyat nişanlı, “FSN Yarımqoşqu” markalı avtomaşın “Nissan X-Trail” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, “Nissan X-Trail” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş və vurulmuş zərərin əvəzi olaraq 400 manat sığorta ödənişi sığortaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəyə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarəhüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməüzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari siğortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə görə, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə hesab edir ki, araşdırma zamanı cavabdehin öz izahatı və iş üzrə toplanmış sübutlarla cavabdeh, **-ZA-*** dövlət qeydiyyat nişanlı, “FSN Yarımqoşqu” markalı avtomobilin sürücüsü Cavabdeh yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınması faktı öz təsdiqini tapdı. Odur ki, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, cavabdeh vurduğu zərər həddində mülki cavabdehlik və maddi məsuliyyət daşıyır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq 400 manat Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-5454/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5454/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver