Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5503/2022 27.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə BSK4 707020 saylı müqavilə üzrə 512 manat əsas borc, 153 manat dəbbə pulu, BSK4707178 saylı müqavilə üzrə 381 manat əsas borc, 114 manat dəbbə pulu və 32 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1192 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında 13 noyabr 2018-ci il və 18 mart 2019-cu il tarixlərində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 13 noyabr 2018-ci il tarixli BSK4707020 saylı müqavilənin şərtlərinə əsasən dəyəri 1344 manat olan 1 ədəd “Samsung Galaxy A8” markalı telefon almış, ilkin ödəniş olaraq 300 manat ödəniş etmiş, nəticədə 1044 manat borc yaranmış və 18 mart 2019-cu il tarixli BSK4707178 saylı müqavilənin şərtlərinə əsasən dəyəri 704 manat olan 1 ədəd “Samsung Galaxy A7” markalı telefon almış, ilkin ödəniş olaraq 50 manat ödəniş etmiş, nəticədə 654 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 13 noyabr 2018-ci il tarixli BSK4707020 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 10 manat, 18 mart 2019-cu il tarixli ÖSK4707178 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 55 manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdiyi yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti BSK4707020 saylı müqavilə üzrə 1344 manat olan 1 ədəd “Samsung Galaxy A8” markalı telefon üçün 512 manat əsas borc, 153 manat dəbbə pulu və alqı-satqı qiyməti BSK4707178 saylı müqavilə üzrə 704 manat olan 1 ədəd “Samsung Galaxy A7” markalı telefon üçün 381 manat əsas borc, 114 manat dəbbə pulu yaranmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2018-ci il tarixli, ******* saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, İddiaçı Noruz oğlu Cavabdeh alqı-satqı qiyməti 1344 manat olan “Samsung Galaxy A8” markalı telefonu 300 manat ilkin ödəniş edilməklə 12 ay müddətə hər ay 87 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyaları qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 mart 2019-cu il tarixli ******* saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, İddiaçı Noruz oğlu Cavabdeh alqı-satqı qiyməti 704 manat olan “Samsung Galaxy A7” markalı telefonu 50 manat ilkin ödəniş edilməklə 12 ay müddətə hər ay 55 manat (sonuncu ay 49 manat) ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh 13 noyabr 2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 512 manat əsas borcu, 153 manat dəbbə, 18 mart 2019-cu il tarixli ******* saylı müqavilə üzrə 381 manat əsas borcu, 114 manat dəbbə borcu olmaqla, cəmi 1192 manat borcu vardır. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 567-ci maddəyə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 618.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmədə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış qeyd olunan əşyanın nisyə alqı – satqı müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442.1 maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 13 noyabr 2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 153 manat məbləğində cərimə (dəbbə pulu) azaldılaraq 50 manat, 18 mart 2019-cu il tarixli ******* saylı müqavilə üzrə 114 manat dəbbə borcu azaldılaraq 30 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 5,17 manatı iddiaçıya aid edilməli, 26,83 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13 noyabr 2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 512 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 562 manat borc, 18 mart 2019-cu il tarixli ******* saylı müqavilə üzrə 381 manat əsas borc, 30 manat dəbbə pulu, cəmi 411 manat borc, ümumilikdə 973 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,83 manat İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13 noyabr 2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 512 manat əsas borc, 50 manat dəbbə pulu və 18 mart 2019-cu il tarixli ******* saylı müqavilə üzrə 381 manat əsas borc, 30 manat dəbbə pulu, ümumilikdə 973 (doqquz yüz yetmiş üç) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,83 (iyirmi altı manat, səksən üç qəpik) manat borc İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-5503/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5503/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver