Məhkəmə qərarları › İş №e-2(060)-5519/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5519/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5519/2023 11.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh:

1. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Toshiba markalı paltaryuyan üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə pulu;

2. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı LED TV üçün 187 (yüz səksən yeddi) manat ödənilməmiş hissə, 18 ( on səkkiz) manat cərimə pulu,

3. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı X1 X3 Nitron Seksiya üçün 1053 (min əlli üç) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat cərimə;

4. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********87633 OLAN SAMSUNG GALAXY A52 MARKALİ TELEFON üçün 557 ( beş yüz əlli yeddi) manat ödənilməmiş hissə 55 ( əlli beş) manat cərimə pulu;

5. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********14103 OLAN İPHONE 11 MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER üçün 1497,96 (min dörd yüz doxsan yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 149,04 (yüz qırx doqquz manat dörd qəpik) manat cərimə pulu; ümumilikdə 3754 (üç min yeddi yüz əlli dörd) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 57,54 manatın alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən Toshiba markalı paltaryuyan, Samsung markalı LED TV, HOFFMANN markalı X1 X3 Nitron Seksiya, İMEİ KODU **********87633 OLAN SAMSUNG GALAXY A52 MARKALİ TELEFON və İMEİ KODU **********14103 OLAN İPHONE 11 MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER almış və nəticədə 3754 (üç min yeddi yüz əlli dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il,tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1180,8 manat (18 ay x 65,6 manat + 0 manat ilkin ödəniş) olan Toshiba markalı paltaryuyan üçün ümumilikdə 132 manat olmaqla ondan 120 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 12 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1497,96 manat (12 ay x 124,83 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********14103 OLAN İPHONE 11 MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER üçün ümumilikdə, 427 (dörd yüz iyirmi yeddi) manat olmaqla ondan 1497,96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 149,04 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 774 manat (18 ay x 43 manat + 0 manat ilkin ödəniş İMEİ KODU **********87633 OLAN SAMSUNG GALAXY A52 MARKALİ TELEFON üçün ümumilikdə, 612 manat olmaqla ondan 557 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 55 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 675 manat (18 ay x 37,5 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı LED TV üçün ümumilikdə, 205 manat olmaqla ondan 187 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 18 manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2119 manat (18 ay x 117 manat + 13 manat ilkin ödəniş) olan HOFFMANN markalı X1 X3 Nitron Seksiyan üçün ümumilikdə, 1158 manat olmaqla ondan 1053 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 105 (yüz beş) manat cərimə; cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2831,8 manat təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1180,8 manat olan Toshiba markalı paltaryuyan almışdır. - xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Toshiba markalı paltaryuyan Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 65,6 manat olmaqla, Toshiba markalı paltaryuyan almış və 1060,8 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 675 manat olan Samsung markalı LED TV almışdır. - xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Samsung markalı LED TV Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 37,5 manat olmaqla, Samsung markalı LED TV almış və 488 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 2119 manat olan HOFFMANN markalı X1 X3 Nitron Seksiyan almışdır. - xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, HOFFMANN markalı X1 X3 Nitron Seksiyan Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin 13 manat ödənişlə, aylıq ödəniş 117 manat olmaqla, HOFFMANN markalı X1 X3 Nitron Seksiya almış və 1066 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 774 manat olan İMEİ KODU **********87633 OLAN SAMSUNG GALAXY A52 MARKALİ TELEFON almışdır. - xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ KODU **********87633 OLAN SAMSUNG GALAXY A52 MARKALİ TELEFON Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 43 manat olmaqla, İMEİ KODU **********87633 OLAN SAMSUNG GALAXY A52 MARKALİ TELEFON almış və 217 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1497,96 manat olan İMEİ KODU **********14103 OLAN İPHONE 11 MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER almışdır. - xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ KODU **********14103 OLAN İPHONE 11 MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətinə, ilkin 0 manat ödənişlə, aylıq ödəniş 124,83 manat olmaqla, İMEİ KODU **********14103 OLAN İPHONE 11 MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER almış və 0 manat ödəniş etmişdir. -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən aldığı malın 6246,76 manat olan ümumi dəyərindən 2831,8 manat ödəniş etmiş və nəticədə 3414,96 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, və xx.xx.2022-ci il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malın 6246,76 manat ümumi dəyərindən 2831,8 manat ödəniş etmiş və nəticədə 3414,96 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsas borcun ödənilməsinə dair hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 12 manat, 18 manat, 105 manat, 55 manat və 149,04 manat, dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 12 manat, 18 manat, 105 manat, 55 manat və 149,04 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 3754 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 57,54 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 1053.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi təmin edilsin. Cavabdeh;

1. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Toshiba markalı paltaryuyan üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə pulu;

2. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı LED TV çün 187 (yüz səksən yeddi) manat ödənilməmiş hissə, 18 ( on səkkiz) manat cərimə pulu,

3. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı X1 X3 Nitron Seksiya üçün 1053 (min əlli üç) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat cərimə;

4. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********87633 OLAN SAMSUNG GALAXY A52 MARKALİ TELEFON üçün 557 (beş yüz əlli yeddi) manat ödənilməmiş hissə 55 ( əlli beş) manat cərimə pulu;

5. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********14103 OLAN İPHONE 11 MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER üçün 1497,96 (min dörd yüz doxsan yeddi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 149,04 (yüz qırx doqquz manat dörd qəpik) manat cərimə pulu; ümumilikdə 3754 (üç min yeddi yüz əlli dörd) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 57,54 (əlli yeddi manat, əlli dörd qəpik) manatın əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar