Məhkəmə qərarları › İş №e-2(060)-5527/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5527/2023

06.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5527/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu **********030) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 694,22 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri kod açılan tarixdən ailə tərkibinə uyğun olaraq normativ qaydada, xx.xx.2011-ci il tarixdən sayğac göstəricisinə uyğun olaraq müəyyən edilir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 556 nömrəli arayışdan görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 13/A, mənzil 3 ünvanında 9 (doqquz) nəfər qeydiyyatdadır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 694.22 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehə məxsus ünvanda, yəni Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 13/A, mənzil 3 ünvanında xx.xx.2002-ci il tarixdə Cavabdeh adına kod açılaraq 5 nəfər ailə tərkibinə uyğun olaraq su və kanalizasiya xidmətlərindən istifadə olunmuşdur. Sözü gedən ünvada 2 avqust 2011-ci il tarixdə sayğac quraşdırılmışdır. Hesabat həmin tarixdən sonra sayğac göstəricilərinə əsasən aparılmışdır. Cavabdeh tərəfindən ödənişlər tam şəkildə həyata keçirilmədiyindən iddia qaldırılan tarixə, cavabdehin 694.22 manat məbləğində borcu yaranmışdır. Onlar tərəfindən mütəmadi olaraq bildiriş və sonuncu dəfə də xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən ödəniş həyata keçirilməmiş və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ailə tərkibinin heç bir önəmi yoxdur. Çünki, 2011-ci il tarixdə sayğac quraşdırılmış və daha sonra Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən bütün borclar sıfırlanmışdır. Həmin ünvanda borc isə sırf sayğac göstəricilərinə əsasən hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmədən borcun ödənilməsini xahiş etmişdir. 15 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək 2013-cü ildə halının pisləşdiyini, yıxıldığını, sayğacın işləmədiyini bildirdi. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən və SMS xəbərdarlıqdan görünür ki, Cavabdeh məhkəmə bildirişini qəbul etməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə izahatını dinləyərək məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan abonent kartından müəyyən olunur ki, Cavabdeh Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 13/A, mənzil 3 ünvanında su və kanalizasiya xidmətlərindən istifadəyə görə 5 nəfər ailə tərkibinə uyğun olaraq İddiaçı ASC tərəfindən 694.22 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 13/A, mənzil 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Digər mənzildə yaşayan ailə üzvləri X1 onun həyat yoldaşı, X11 onun oğlu, X4 onun qızıdır. Digər ailə üzvləri isə X2, X9, X5, X6 və X3r. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcunun 7 iş günü müddətində ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 4 nömrəli qərarın 4 bəndinə əsasən, sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli qərarına əsasən, əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat müəyyən etməklə, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası 28 oktyabr 1999-cu il, N 723-İQ.qanununun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası qanununun 62ci maddəsinə əsasən, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 13/A, mənzil 3 ünvanında 5 nəfərin qeydiyyatı nəzərə alınmaqla su və kanalizasiya xidmətlərindən istifadəyə görə 2016-cı il tarixdə 242.56 manat, 2017-ci il tarixdə 113 manat, 2018-ci il tarixdə 19 manat, 2019-cu il tarixdə 19 manat, 2020-ci il tarixdə 36 manat, 2021-ci ildə 112.66 manat, 2022-ci il tarixdə 39 manat, 2023-cü il tarixdə 113 manat ödəniş olunmalıdır. xx.xx.2023-cü il tarixə İddiaçı ASC tərəfindən 694.22 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə gəldiyi nəticəni iş materiallarında olan sübutları mübahisə edilməyən hallar ilə əsaslandırır. Məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, Cavabdeh su və kanalizasiya xidmətlərinə görə yaranmış 694.22 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh (abonent kodu **********030) su və kanalizasiya xidmətlərinə görə yaranmış 694.22 (altı yüz doxsan dörd manat iyirmi iki qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar