Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5539/2022 27.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Lenovo Legion kompüter üçün 3211,2 manat ödənilməmiş hissə, 846 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung Led TV üçün 877,4 manat ödənilməmiş hissə, 261 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********03629 Samsung Galaxy A41 markalı telefon üçün 540 manat ödənilməmiş hissə, 162 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********29285 Samsung Galaxy A21S markalı telefon üçün 342,3 manat ödənilməmiş hissə, 100,9 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********05470 X3 9 markalı telefon üçün 175 manat ödənilməmiş hissə, 51,9 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********00749 X3 8 markalı telefon üçün 45,6 manat ödənilməmiş hissə, 13,7 manat dəbbə pulu, ümumilikdə 6627 manat borc və 86,27 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, Lenovo Legion kompüter, Samsung LED TV, İMEİ KOD **********03629 Samsung Galaxy A41 markalı telefon, İMEİ KOD **********29285 Samsung Galaxy A21S markalı telefon, İMEİ KOD **********05470 X3 9 markaalı telefon, İMEİ KOD **********00749 X3 8 markalı telefon almış və nəticədə 6627 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3436,2 manat olan Lenovo Legion kompüter üçün 3211,2 manat əsas, 846 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1680,4 manat olan Samsung Led TV üçün 877,4 manat əsas, 261 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 720 manat olan İMEİ KOD **********03629 Samsung Galaxy A41 markalı telefon üçün 540 manat əsas, 162 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 586,8 manat olan İMEİ KOD **********29285 Samsung Galaxy A21S markalı telefon üçün 342,3 manat əsas, 100,9 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 525,6 manat olan İMEİ KOD **********05470 X3 9 markaalı telefon üçün 175 manat əsas, 51,9 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 599,2 manat olan İMEİ KOD **********00749 X3 8 markalı telefon üçün 45,6 manat əsas, 13,7 manat dəbbə pulu borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 2356,7 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22337225 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 3436,2 manat olan Lenovo Legion markalı kompüteri 36 manat ilkin ödəniş edilməklə 18 ay müddətə hər ay 188,9 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21076324 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 1680,4 manat olan Samsung LED markalı televizoru 100 manat ilkin ödəniş edilməklə 18 ay müddətə hər ay 87,8 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22209846 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 720 manat olan Samsung Galaxy A41 markalı telefonu 12 ay müddətə hər ay 60 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22037121 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 586,8 manat olan Samsung Galaxy A21S markalı telefonu 12 ay müddətə hər ay 48,9 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21119376 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 525,6 manat olan X3 9 markalı telefonu 12 ay müddətə hər ay 43,8 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20261764 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 599,2 manat olan X3 8 markalı telefonu 52 manat ilkin ödəniş edilməklə 12 ay müddətə hər ay 45,6 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 22337225 saylı müqavilə üzrə 3211,2 manat əsas, 846 manat cərimə, xx.xx.2020-ci il tarixli 21076324 saylı müqavilə üzrə 877,4 manat əsas borc, 261 manat cərimə, xx.xx.2021-ci il tarixli 22209846 saylı müqavilə üzrə 540 manat əsas borc, 162 manat cərimə, xx.xx.2020-ci il tarixli 22037121 saylı müqavilə üzrə 342,3 manat əsas borc, 100,9 manat cərimə, xx.xx.2020-ci il tarixli 21119376 saylı müqavilə üzrə 175 manat əsas borc, 51,9 manat cərimə, xx.xx.2020-ci il tarixli 20261764 saylı müqavilə üzrə 45,6 manat əsas borc, 13,7 manat cərimə borcu vardır. Ödədiyi cəmi məbləğ 2356,7 manat təşkil edir. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 567-ci maddəyə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanılmış qeyd olunan əşyanın nisyə alqı – satqı müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 429.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442.1 maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli 22337225 saylı müqavilə üzrə 846 dəbbə pulu azaldılaraq 200 manat,xx.xx.2020-ci il tarixli 21076324 saylı müqavilə üzrə 261 manat dəbbə pulu azaldılaraq 100 manat, xx.xx.2021ci il tarixli 22209846 saylı müqavilə üzrə 162 manat dəbbə pulu azaldılaraq 50 manat, xx.xx.2020-ci il tarixli 22037121 saylı müqavilə üzrə 100,9 manat dəbbə pulu azaldılaraq 40 manat, xx.xx.2020-ci il tarixli 21119376 saylı müqavilə üzrə 51,9 manat dəbbə pulu azaldılaraq 20 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş tələbin məbləğinə münasib olaraq 13,18 manat iddiaçıya aid edilməli, 73,09 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 22337225 saylı müqavilə üzrə 3211,2 manat əsas, 200 manat cərimə borcu olmaqla cəmi 3411,2 manat borc, xx.xx.2020-ci il tarixli 21076324 saylı müqavilə üzrə 877,4 manat əsas borc, 100 manat cərimə borcu olmaqla cəmi 977,4 manat borc, xx.xx.2021-ci il tarixli 22209846 saylı müqavilə üzrə 540 manat əsas borc, 50 manat cərimə borcu olmaqla cəmi 590 manat borc, xx.xx.2020-ci il tarixli 22037121 saylı müqavilə üzrə 342,3 manat əsas borc, 40 manat cərimə borcu olmaqla cəmi 382,3 manat borc, xx.xx.2020-ci il tarixli 21119376 saylı müqavilə üzrə 175 manat əsas borc, 20 manat cərimə borcu olmaqla cəmi 195 manat borc, xx.xx.2020-ci il tarixli 20261764 saylı müqavilə üzrə 45,6 manat əsas borc, 13,7 manat cərimə olmaqla cəmi 59,3 manat, ümumilikdə 5615,2 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73,09 manat "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 22337225 saylı müqavilə üzrə 3211,2 manat əsas, 200 manat cərimə borcu olmaqla cəmi 3411,2 manat borc, xx.xx.2020-ci il tarixli 21076324 saylı müqavilə üzrə 877,4 manat əsas borc, 100 manat cərimə borcu olmaqla cəmi 977,4 manat borc, xx.xx.2021-ci il tarixli 22209846 saylı müqavilə üzrə 540 manat əsas borc, 50 manat cərimə borcu olmaqla cəmi 590 manat borc, xx.xx.2020-ci il tarixli 22037121 saylı müqavilə üzrə 342,3 manat əsas borc, 40 manat cərimə borcu olmaqla cəmi 382,3 manat borc, xx.xx.2020-ci il tarixli 21119376 saylı müqavilə üzrə 175 manat əsas borc, 20 manat cərimə borcu olmaqla cəmi 195 manat borc, xx.xx.2020-ci il tarixli 20261764 saylı müqavilə üzrə 45,6 manat əsas borc, 13,7 manat cərimə olmaqla cəmi 59,3 manat, ümumilikdə 5615,2 (beş min altı yüz on beş manat iyirmi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73,09 (yetmiş üç manat doqquz qəpik) manat "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-5539/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5539/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver