Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5635/2024 28.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən imei kodu **********60572 olan «Samsung Galaxy S23 Ultra» markalı telefon, «Huawei Freebuds SE» markalı qulaqlıq, «Samsung 45W charger cable» üçün 3453,39 manat ödənilməmiş hissə, 345,61 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən LG Xboom ON9 karaoke musiqi mərkəzi üçün 502,25 manat ödənilməmiş hissə, 50,75 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən imei kodu **********20398 olan «Samsung Galaxy S21FE» markalı telefon, «Samsung 25W charger» üçün 169,7 manat ödənilməmiş hissə, 16,3 manat cərimə olmaqla, ümumilikdə 4538 manat borcun və 65,38 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh imei kodu **********60572 olan «Samsung Galaxy S23 Ultra» markalı telefon, «Huawei Freebuds SE» markalı qulaqlıq, «Samsung 45W charger cable», LG Xboom ON9 karaoke musiqi mərkəzi, imei kodu **********20398 olan «Samsung Galaxy S21FE» markalı telefon, «Samsung 25W charger» almış və nəticədə 4538 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4396,04 manat olan, imei kodu **********60572 olan «Samsung Galaxy S23 Ultra» markalı telefon, «Huawei Freebuds SE» markalı qulaqlıq, «Samsung 45W charger cable» üçün 3453,39 manat ödənilməmiş hissə, müştəriyə güzət olunaraq hesablanan 345,61 manat cərimə olmaqla, cəmi 3799 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1006,02 manat olan LG Xboom ON9 karaoke musiqi mərkəzi üçün 502,25 manat ödənilməmiş hissə, müştəriyə güzət olunaraq hesablanan 50,75 manat cərimə olmaqla, cəmi 553 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2289,06 manat olan imei kodu **********20398 olan «Samsung Galaxy S21FE» markalı telefon, «Samsung 25W charger» üçün 169,7 manat ödənilməmiş hissə, müştəriyə güzət olunaraq hesablanan 16,3 manat cərimə olmaqla, cəmi 186 manat borcu yaranmışdır. Cəmi ödədiyi məbləğ 3565,78 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Qeyd olunan məhsullar onun adına götürülsə də, əşyakar həmkəndlisi X1 tərəfindən almışdır, məhsullar da hal-hazırda ondadır. Hal-hazırda maddi vəziyyəti yaxşı deyil, yoldaşı insult keçirib, əmək qabiliyyəti yoxdur. Aylıq gəliri cəmi 150 manat pensiyasıdır.
Tədqiq olunan sübutlar:
5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02005208 nömrəli, xx.xx.2023-cü il tarixli, 15522986 nömrəli və xx.xx.2022-ci il tarixli, 03741864 nömrəli alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən imei kodu **********60572 olan «Samsung Galaxy S23 Ultra» markalı telefon, «Huawei Freebuds SE» markalı qulaqlıq, «Samsung 45W charger cable», LG Xboom ON9 karaoke musiqi mərkəzi, imei kodu **********20398 olan «Samsung Galaxy S21FE» markalı telefon, «Samsung 25W charger» almışdır.
6. Əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 02005208, 15522986 və 03741864 saylı müqavilələrin predmeti olan əşyaları təhvil almışdır.
7. xx.xx.2023-cü il tarixli, 02005208 nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 25 sentyabr 2023-cü il tarixdən 25 fevral 2025-ci il tarixədək hər ay 237,28 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.
8. xx.xx.2023-cü il tarixli, 15522986 nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 10 iyun 2023-cü il tarixdən 10 oktyabr 2024-cü il tarixədək hər ay 55,89 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.
9. xx.xx.2022-ci il tarixli, 03741864 nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 30 avqust 2022-ci il tarixdən 30 yanvar 2024-cü il tarixədək hər ay 127,17 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.
10. İddiaçı MMC tərəfindən tərtib edilmiş 16 iyul 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlində qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 3453,39 manat əsas borc, 345,61 manat cərimə, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 502,25 manat əsas borc, 50,75 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 169,7 manat əsas borc, 16,3 manat cərimə olmaqla, cəmi 4538 manat borcu vardır.
11. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən yuxarıda adı qeyd olunan müqavilələr üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
15. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
16. Hazırki işdə də iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə nisyə alqısatqı müqavilələri bağlanmış, həmin müqavilələrin predmeti olan əşyalar cavabdehə təhvil verilmişdir. Sözügedən müqavilələr üzrə ödənişlərin müddətləri və məbləğləri müəyyən edilmişdir.
17. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
18. Beləliklə, satıcı, yəni iddiaçı qeyd olunan müqavilələr üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilələrin predmeti olan əşyaları cavabdehə təhvil vermiş və onlar öz aralarında ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin alıcı Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyaların dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
19. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
21. Məhkəmə iddianın cavabdehdən cərimələrin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə əlavənin 2-ci bəndində qeyd edilmişdir ki, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir.
22. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 115 (yüz on beş) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.
23. Məhkəmə cavabdehin sözügedən müqavilələrin onun tərəfindən imzalanmasına baxmayaraq əşyaları başqa şəxsə verməsinə dair dəlilinə münsibətdə qeyd edir ki, cavabdeh tərəfindən əşyaların başqa şəxsə verilməsi hazırki iddianın təmin edilməməsi üçün əsas deyildir. Belə ki, cavabdeh sözügedən müqavilələri özü imzalamış və bununla da həmin müqavilələr üzrə öhdəlikləri icra etməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Hazırki iş üzrə iddiaçı və cavabdeh arasında öhdəliyin başqa şəxsə verilməsi ilə bağlı hər hansı razılaşmanın olduğu müəyyən edilməmişdir.
24. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 02005208 nömrəli müqavilə üzrə əsas borc qismində 3453,39 manat, cərimə borcu qismində 80 manat, xx.xx.2023-cü il tarixli, 15522986 nömrəli müqavilə üzrə əsas borc qismində 502,25 manat, cərimə borcu qismində 30 manat, xx.xx.2022-ci il tarixli, 03741864 nömrəli müqavilə üzrə əsas borc qismində 169,7 manat, cərimə borcu qismində 5 manat olmaqla, cəmi 4240 (dörd min iki yüz qırx) manat, 34 otuz dörd) qəpik və dövlət rüsumu kimi ödənilmiş 65,38 manat məbləğində pul vəsaitinin 62 (altmış iki) manat, 40 (qırx) qəpik hissəsi tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 02005208 nömrəli müqavilə üzrə əsas borc qismində 3453,39 manat, cərimə borcu qismində 80 manat, xx.xx.2023-cü il tarixli, 15522986 nömrəli müqavilə üzrə əsas borc qismində 502,25 manat, cərimə borcu qismində 30 manat, xx.xx.2022-ci il tarixli, 03741864 nömrəli müqavilə üzrə əsas borc qismində 169,7 manat, cərimə borcu qismində 5 manat olmaqla, cəmi 4240 (dörd min iki yüz qırx) manat, 34 otuz dörd) qəpik və dövlət rüsumu kimi ödənilmiş 65,38 manat məbləğində pul vəsaitinin 62 (altmış iki) manat, 40 (qırx) qəpik hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva