Məhkəmə qərarları › İş №e-2(060)-5762/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5762/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5762/2024 01.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3285 KODLU MƏTBƏX MEBELİ üçün, 198.4 (yüz doxsan səkkiz manat qırx qəp) manat ödənilməmiş hissə, 19.6 (on doqquz manat altmış qəp) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən TRİMMER PANASONİC, EPİLYATOR PHİLİPS üçün, 260.6 (iki yüz altmış manat altmış qəp) manat ödənilməmiş hissə, 26.4 (iyirmi altı manat qırx qəp) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən LG LED TV üçün, 343.74 (üç yüz qırx üç manat yetmiş dörd qəp) manat ödənilməmiş hissə, 34.26 (otuz dörd manat iyirmi altı qəp) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********46620 İPHONE 14 PRO MAX MARKALİ TELEFON, APPLE ADAPTER üçün, 3279.98 (üç min iki yüz yetmiş doqquz manat doxsan səkkiz qəp) manat ödənilməmiş hissə, 327.02 (üç yüz iyirmi yeddi manat iki qəp) manat cərimə, ümumilikdə 4490 manat borc, 64.90 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, 3285 KODLU MƏTBƏX MEBELİ, TRİMMER PANASONİC, EPİLYATOR PHİLİPS, LG LED TV, İMEİ KOD**********46620 İPHONE 14 PRO MAX MARKALİ TELEFON, APPLE ADAPTR almış və nəticədə 4490 (dörd min dörd yüz doxsan) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 835.2 (səkkiz yüz otuz beş manat iyirmi qəpik) manat (24 ay x 34.8 manat + 0 manat ilkin ödəniş) olan 3285 KODLU MƏTBƏX MEBELİ üçün ümumilikdə 218 (iki yüz on səkkiz) manat olmaqla, ondan, 198.4 (yüz doxsan səkkiz manat qırx qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19.6 (on doqquz manat altmış qəp) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 368.1 (üç yüz altmış səkkiz manat on qəp) manat (18 ay x 20.45 manat + 0 manat ilkin ödəniş) olan TRİMMER PANASONİC, EPİLYATOR PHİLİPS üçün ümumilikdə 287 (iki yüz səksən yeddi) manat olmaqla, ondan, 260.6 (iki yüz altmış manat altmış qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.4 (iyirmi altı manat qırx qəp) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 797.94 (yeddi yüz doxsan yeddi manat doxsan dörd qəpik) manat (18 ay x 44.33 manat + 0 manat ilkin ödəniş) olan LG LED TV üçün ümumilikdə 378 (üç yüz yetmiş səkkiz) manat olmaqla, ondan, 343.74 (üç yüz qırx üç manat yetmiş dörd qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.26 (otuz dörd manat iyirmi altı qəp) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 5042.92 (beş min qırx iki manat doxsan iki qəpik) manat (18 ay x 277.94 manat + 40 manat ilkin ödəniş) olan İMEİ KOD **********46620 İPHONE 14 PRO MAX MARKALİ TELEFON, APPLE ADAPTER üçün ümumilikdə 3607 (üç min altı yüz yeddi) manat olmaqla, ondan, 3279.98 (üç min iki yüz yetmiş doqquz manat doxsan səkkiz qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 327.02 (üç yüz iyirmi yeddi manat iki qəp) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 05,09,2023-ci il tarixində APPLE ADAPTER və QİZİL ZƏMANƏT ULTRA 2 il xidmətindən imtina etmiş və məhsul 778,94 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 984 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 778.94 manat, digər 3 müqavilə üzrə cəmi ödədiyi məbləğ 2961.44 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № 15523770 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 5042,92 manat olan İMEİ KOD **********46620 İPHONE 14 PRO MAX MARKALİ TELEFON, APPLE ADAPTER almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № 13403681 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 797,94 manat olan LG LED TV almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № 15523735 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 368,1 manat olan Trimmer Panasonic, Epilyator Philips almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 02001908 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 835,2 manat olan Mətbəx Mebeli almışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, 3285 KODLU MƏTBƏX MEBELİ, TRİMMER PANASONİC, EPİLYATOR PHİLİPS, LG LED TV, İMEİ KOD**********46620 İPHONE 14 PRO MAX MARKALİ TELEFON, APPLE ADAPTR cavabdehə təhvil verilmişdir. İşə əlavə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 24 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 34,8 manat olmaqla, Mətbəx Mebeli almış və 636,8 manat ödəniş etmiş, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 20,45 manat olmaqla TRİMMER PANASONİC, EPİLYATOR PHİLİPS almış və 107,5 manat ödəniş etmiş, xx.xx.2023-cü tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 manat, aylıq ödəniş 44,33 manat olmaqla, LG LED TV almış və 454,2 manat ödəniş etmiş və xx.xx.2023-cü tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 40 manat, aylıq ödəniş 277,94 manat olmaqla, İMEİ KOD**********46620 İPHONE 14 PRO MAX MARKALİ TELEFON, APPLE ADAPTR almış və 1762,94 manat ödəniş etmişdir. İşdə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı malın 835,2 manat olan ümumi dəyərindən 636,8 manat ödəniş etmiş və nəticədə 218 manat borc, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən aldığı malın 368,1 manat olan ümumi dəyərindən 107,5 manat ödəniş etmiş və nəticədə 287 manat borc, xx.xx.2023-cü tarixli müqaviləyə əsasən aldığı malın 797,94 manat olan ümumi dəyərindən 454,2 manat ödəniş etmiş və nəticədə 378 manat və xx.xx.2023-cü tarixli müqaviləyə əsasən aldığı malın 5042,92 manat olan ümumi dəyərindən 1762,94 manat ödəniş etmiş və nəticədə 3607 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, ümumilikdə 407,28 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 40 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh dörd müqavilə üzrə ümumilikdə 4082 (dörd min səksən iki) manat 72 (yetmiş iki) qəpik ödənilməmiş borc, 40 (qırx) manat cərimə borcu, 64 (altmış dörd) manat 90 (doxsan) qəpik dövlət rüsumu, cəmi 4187 (dörd min yüz səksən yeddi) manat 62 (altmış iki) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar