Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5810/2024 13.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********42581 İPHONE 13 markalı telefon üçün, 1337.04 (bir min üç yüz otuz yeddi manat dörd qəpik) manat ödənilməmiş hissə, 133.96 (yüz otuz üç manat doxsan altı qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********72224 SAMSUNG GALAXY S23 markalı telefon üçün 1015.92 (bir min on beş manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 101.08 (yüz bir manat səkkiz qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********28340 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 232.02 (iki yüz otuz iki manat iki qəpik) manat ödənilməmiş hissə, 23.98 (iuirmi üç manat doxsan səkkiz qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********18529 SAMSUNG GALAXY A13 markalı telefon, PRESTİGİO operativ yaddaş üçün, 121.51 (yüz iyirmi bir manat əlli bir qəpik) manat ödənilməmiş hissə, 12.49 (on iki manat qırx doqquz qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********94364 XİAOMİ REDMİ 9T markalı telefon üçün 92.2 (doxsan iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 9.8 (doqquz manat səksən qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********13729 SAMSUNG GALAXY A03 CORE markalı telefon üçün, 52.56 (əlli iki manat əlli altı qəpik) manat ödənilməmiş hissə, 5.44 (beş manat qırx dörd qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********85002 NOKİA 5310 markalı telefon üçün, 62.09 (altmış iki manat doqquz qəpik) manat ödənilməmiş hissə, 6.91 (altı manat doxsan bir qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən SAMSUNG TV üçün, 1070.12 (bir min yetmiş manat on iki qəpik) manat ödənilməmiş hissə, 107.88 (yüz yeddi manat səksən səkkiz qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********50241 REALME C30S markalı telefon üçün, 76.36 (yetmiş altı manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 7.64 (yeddi manat altmış dörd qəpik) manat cərimə olmaqla, ümumilikdə 4469 manat borc, 64.69 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********42581 İPHONE 13 markalı telefon, İmei kod **********72224 SAMSUNG GALAXY S23 markalı telefon, İmei kod **********28340 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, İmei kod **********18529 SAMSUNG GALAXY A13 markalı telefon, PRESTİGİO operativ yaddaş, İmei kod **********94364 XİAOMİ REDMİ 9T markalı telefon, İmei kod **********13729 SAMSUNG GALAXY A03 CORE markalı telefon, İmei kod **********85002 NOKİA5310 markalı telefon, SAMSUNG TV, İmei kod **********50241 REALME C30S markalı telefon almış və nəticədə 4469 (dörd min dörd yüz altmış doqquz) manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1337.04 (bir min üç yüz otuz yeddi manat dörd qəpik) manat (18 ay x 74.28 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********42581 İPHONE 13 markalı telefon üçün ümumilikdə 1471 (bir min dördyüz yetmiş bir) manat olmaqla, ondan, 1337.04 (bir min üçyüz otuz yeddi manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 133.96 (yüz otuz üç manat doxsan altı qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1015.92 (bir min on beş manat doxsan iki qəpik) manat (18 ay x 56.44 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********72224 SAMSUNG GALAXY S23markalı telefon, üçün ümumilikdə 1117 (bir min yüz on yeddi) manat olmaqla, ondan, 1015.92 (bir min on beş manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 101.08 (yüz bir manat səkkiz qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 232.02 (iki yüz otuz iki manat iki qəpik) manat (18 ay x 12.89 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********28340 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, üçün ümumilikdə 256 (iki yüz əlli altı) manat olmaqla, ondan, 232.02 (iki yüz otuz iki manat iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23.98 (iuirmi üç manat doxsan səkkiz qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 328.92 (üç yüz iyirmi səkkiz manat doxsan iki qəpik) manat (12 ay x 27.41 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********18529 SAMSUNG GALAXY A13 markalı telefon, PRESTİGİO operativ yaddaş üçün ümumilikdə 134 (yüz qırx üç) manat olmaqla, ondan, 121.51 (yüz iyirmi bir manat əlli bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12.49 (on iki manat qırx doqquz qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 123 (yüz iyirmi üç ) manat (12 ay x 10.25 manat + 0 manat ilkin ödəniş) olan İmei ko d**********94364 XİAOMİ REDMİ 9T markalı telefonü,çün ümumilikdə 102 (yüz iki) manat olmaqla, ondan, 92.2 (doxsan iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9.8 (doqquz manat səksən qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 90.96 (doxsan manat doxsan altı qəpik) manat (12 ay x 7.58 manat + 0 manat ilkin ödəniş) olan İmei ko d**********13729 SAMSUNG GALAXY A03 CORE markalı telefon, üçün ümumilikdə 58 (əlli səkkiz) manat olmaqla, ondan, 52.56 (əlli iki manat əlli altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.44 (beş manat qırx dörd qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 75 (yetmiş beş) manat (12 ay x 6.25 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********85002 NOKİA5310 markalı telefon,üçün ümumilikdə 69 (altmı.ş doqquz) manat olmaqla, ondan, 62.09 (altmış iki manat doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.91 (altı manat doxsan bir qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1369.26 (bir min üç yüz altmış doqquz qəpik) manat (18 ay x 76.07 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG TV,üçün ümumilikdə 1178 (bir min yüz yetmiş səkkiz) manat olmaqla, ondan, 1070.12 (bir min yetmiş manat on iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 107.88 (yüz yeddi manat səksən səkkiz qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 101 (yüz bir) manat (18 ay x 4.5 manat + 20 manat ilkin ödəniş) olan İmei kod **********50241 REALME C30S markalı telefonüçün ümumilikdə 84 (səksən dörd) manat olmaqla, ondan, 76.36 (yetmiş altı manat otuz altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.64 (yeddi manat altmış dörd qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində PRESTİGİO operativ yaddaşdan imtina etmiş və məhsul 84,96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 122.45 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 84.96 manat, digər müqavilələr üzrə cəmi ödəniş məbləği 405.89 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslimaktı və ödəniş cədvəlindən ibarətdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02006636 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********42581 İPHONE 13 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeharasında bağlanmış xx.xx.2024cü il tarixli, 09431493 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMCdən İmei kod **********72224 SAMSUNG GALAXY S23 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********28340 XİAOMİ REDMİ NOTE 11 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 03474809 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********18529 SAMSUNG GALAXY A13 markalı telefon, PRESTİGİO operativ yaddaş almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02106813 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********94364 XİAOMİ REDMİ 9T markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02126224 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********13729 SAMSUNG GALAXY A03 CORE markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 19171952 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********85002 NOKİA5310 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02696454 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən SAMSUNG TV almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13406420 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********85002 NOKİA5310 markalı telefon almışdır. İş materiallarında olan 06 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 4469 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 02006636 nömrəli, xx.xx.2024-cü il tarixli, 09431493 nömrəli, xx.xx.2024-cü il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, 03474809 nömrəli, xx.xx.2023-cü il tarixli, 02106813 nömrəli, xx.xx.2023-cü il tarixli, 02126224 nömrəli, xx.xx.2023-cü il tarixli, 19171952 nömrəli, xx.xx.2023-cü il tarixli, 02696454 nömrəli və xx.xx.2024-cü il tarixli, 13406420 nömrəli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında 90 Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 4059,82 (1337.04 + 1015.92 + 232.02 + 121.51 + 92.2 + 52.56 + 62.09 + 1070.12 + 76.36) manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli, 02006636 nömrəli, xx.xx.2024-cü il tarixli, 09431493 nömrəli, 02696454 nömrəli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 342.92 (133.96+101.08+107.88) manat cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissələrdə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 100 (40+30+30) manat pul tutulmalıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, 03474809 nömrəli, xx.xx.2023-cü il tarixli, 02106813 nömrəli, xx.xx.2023-cü il tarixli, 02126224 nömrəli, xx.xx.2023-cü il tarixli, 19171952 nömrəli və xx.xx.2024-cü il tarixli, 13406420 nömrəli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 66.6 (23.98 + 12.49 + 9.8 + 5.44 + 6.91 + 7.64) manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumukimi ödədiyi 64.69 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1337,04 (bir min üç yüz otuz yeddi manat dörd qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1015,92 (bir min on beş manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 232,02 (iki yüz otuz iki manat iki qəpik) manat ödənilməmiş hissə, 23,98 (iyirmi üç manat doxsan səkkiz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 121,51 (bir yüz iyirmi bir manat əlli bir qəpik) manat ödənilməmiş hissə, 12,49 (on iki manat qırx doqquz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 92,2 (doxsan iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 9,8 (doqquz manat səksən qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 52,56 (əlli iki manat əlli altı qəpik) manat ödənilməmiş hissə, 5,44 (beş manat qırx dörd qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 62.09 (altmış iki manat doqquz qəpik) manat ödənilməmiş hissə, 6.91 (altı manat doxsan bir qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1070.12 (bir min yetmiş manat on iki qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 76.36 (yetmiş altı manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 7.64 (yeddi manat altmış dörd qəpik) manat cərimə olmaqla, ümumilikdə 4226,08 (dörd min iki yüz iyirmi altı manat səkkiz qəpik) manat borc və 64,69 (altmış dörd manat altmış doqquz qəpik) ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-5810/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5810/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver