Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5849/2022 19.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 17 yanvar 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən müqavilə üzrə 2070,86 manat qalıq borc və 340,45 manat cərimə borcu olmaqla, cəmi 2411,31 manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilmiş 44,11 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli, MHDK01802 saylı nisyə alğı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, cavabdehə 5147 manat (cavabdeh tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəfimizdən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 2070,86 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%- i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 3404,49 manat təşkil edir (bax: əlavə olunan maliyyə arayışı). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edirik. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 340,45 manat təşkil edir.Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, aldığı məhsul-kondisioner qüsurlu olmuşdur. Usta ilk əvvəl kondisioneri qoşa bilməyəndə işıq sistemində problem olduğunu, kondisionerin güclü olduğunu bildirmişdir. O, bağladığı müqavilə üzrə bir neçə ay ödəniş etmişdir. Daha sonra yeni işıq sistemi çəkdirdi, lakin kondisioner yenə işləmədi. Ona görə də kondisionerlə bağlı ödənişləri dayandırmış, lakin digər iki məhsulunu ödənişini etmişdir. Qeyd edir ki, kondisionerin qurşadırıldığı obyekti satmışdır. Həmin obyektdə əlavə iki kondisioner də var idi. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, məhsulu alanda deyil, quraşdırılanda yoxlanılmışdır. Ustanın da təhvil-təslim aktında onun imzası yoxdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci tarixli, MHDK01802 saylı nisyə alqısatqı müqaviləsinə əsasən, Cavabdeh oğlu 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə İddiaçı MMC-dən ümumi dəyəri 5147 manat dəyərində Kondisioner AUX ASF, Musiqi mərkəzi Sony MHC, Tərəzi Zelmer almışdır. İşdə olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Kondisioner AUX ASF, Musiqi mərkəzi Sony MHC, Tərəzi Zelmer Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci tarixli, MHDK01802 saylı Nisyə alqı satqı müqaviləsi üzrə 2070.86 manat əsas borc, 3404.49 manat cərimə borcu, 340,45 manat cərimənin borcunun 10 faizi olmaqla, cəmi 2411.31 manat borcu vardır. İşdə olan bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, ********* nömrəli quraşdırma aktından görünür ki, Kondisioner AUX ASF Cavabdeh məxsus ünvana (Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küç) quraşdırılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli 178484 nömrəli çatdırılma qaiməsindən görünür ki, Musiqi mərkəzi Sony MHC Cavabdeh məxsus ünvana (Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küç) çatdırılaraq təhvil verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 178553 nömrəli çatdırılma qaiməsindən görünür ki, Kondisioner AUX ASF, Tərəzi Zelmer Cavabdeh məxsus ünvana (Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küç) çatdırılaraq təhvil verilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, ********* nömrəli quraşdırma aktından görünür ki, Kondisioner AUX ASF Cavabdeh məxsus ünvana (Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küç) quraşdırılan zaman ünvanda işığın zəif olduğu və stabilizator quraşdırmalı olduğu barədə alıcıya məlumat verilmiş, akt hər iki tərəfin iştirakı tərtib edilərək imzalanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, ONSK01214 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 2070.86 manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 340.45 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 50 manat pul tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında cavabdehin məhsulun qüsurlu olması və məhsulun təhvil verilməsi ilə bağlı aktı imzalamaması barədə izahat vermişdir. Qeyd edilən halların araşdırılması üçün məhkəmə xx.xx.2020-ci il tarixli, MHDK01802 saylı nisyə alqı-satqı müqaviləsi üzrə AUX ASF-H60A5/APCR1 markalı kondisionerin cavabdehə məxsus ünvanda quraşdırıldıqdan sonra həmin malın təhviltəsliminə dair tərtib edilmiş aktın, o cümlədən sözügedən məhsula zəmanət verilibverilməməsi barədə məlumatın Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi üçün İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli sorğu ünvanlamışdır. Azərbaycan Respublikası MPM-nin 78-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir (78.2). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (78.3). xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq iddiaçı məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia əriəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 2070,86 manat qalıq borcu və 340,45 manat cərimə borcu olmaqla, cəms 2411,31 manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün tərəfimizdən ödənilmiş 44,11 manat dövlət rüsumurıun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MHDK01802 saylı nisyə alqı-satqı müqaviləsinə ("müqavilə”) əsasən, cavabdehə 18 ay müddətinə hissə-hissə hər ay üçün 286 manat, sonuncu ay üçün isə 285 manat ödəmək şərti ilə, 5147 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə - Təhviltəslim aktında göstərilən göstərilən (1 ədəd dəyəri 4299 rnanat məbləğində olan Kondisoner AUX ASF H60A5/APCR1, 1 ədəd 779 manat məbləğində Musiqi mərkəzi Sony MHC-V42D/C E4 və 1 ədəd 69 manat məbləğində Tərəzi Zelmer ZKS15500) məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli, 178553 N-li çatdrırılma qaiməsindən görünür ki, 1 ədəd Kondisorıer AUXASFH60A5/APCR1 və 1 ədəd Tərəzi Zelmer ZKS15500 məişət texnikaları xx.xx.2022-ci il tarixində Cavabdeh təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli, 178553 N-li çatdırılma qaiməsindən görünür ki, müqavilə üzrə alınmış yuxarıda qeyd oluna məhsullar Cavabdeh təhvil verilmiş və qaimədə qeyd olunmuşdur ki, “Xahiş edirik malların sayını və xarici görünüşünü yoxlayın malı sağlam vəziyyətdə təhvil almamış imzanızla təqsiqləməyin”. Əks halda şikayət qəbul edilməyəcək. Həmin Qaimədən görünür ki, Cavabdeh həmin malları sağlam vəziyyətdə qəbul edərək imzası ilə təqsdiq etmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixli, 178484 Ne-li çatdırılma qaiməsindən görünür ki, 1 ədəd Sony MHC-V42D/C E4 Musiqi mərkəzi xx.xx.2022-ci il tarixində Cavabdeh təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli, 178484 Ns-li çatdırılma qaiməsindən görünür ki, müqavilə üzrə alınmış yuxarıda qeyd olunan məhsul Cavabdeh təhvil verilmiş və qaimədə qeyd olunmuşdur ki, “Xahiş edirik malların sayını və xarici görünüşün yoxlayın malı sağlam vəziyyətdə təhvil almamış imzanızla təqsiqləməyin” . Əks halda şikayət qəbul edilməyəcək. Həmin Qaimədən görünür ki, Cavabdeh həmin malları sağlam vəziyyətdə qəbul edərək imzası ilə təsdiq etmişdir. Məlumat üçün bildirir ki, AUXASFH60A5/APCR1 markalı Kondisioner 12 aylıq zəmanətli olmuş və 492136 N-li zəmanət talonu, Zelmer ZKS15500 markalı Tərəzi 24 aylıq zəmanətli olmuş və 492137 N-li zəmanət talonu və Sony MHC- V42D/C E4 markalı Musiqi mərkəzi 12 aylıq zəmanətli olmuş və 491890 N-li zəmanət talonu Cavabdeh təqdim edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, cavabdeh tərəfindən mübahisələndirilən AUX ASF H60A6/APCR1 markalı kondisioner isə xx.xx.2020-ci il tarixli, ********* N-li quraşdırma aktına əsasən Usta tərəfindən Cavabdeh Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 yanvar küçəsində yerləşən mənzilində quraşdırılmışdır. Bu barədə quraşdırıma aktı qəbul edilmiş və tam İşlək vəziyyətdə alıcıya təhvil verilmişdir. Həmin quraşdırma aktından görünür ki, usta tərəfindən məhsulu quraşdırıldıqdan sonra müştəriyə işiğın zəif olduğunu, stablizator qoyulması bildirilmiş və müştəri razılaşmışdır. Qeyd olunan aktda qeyd olunmuşdur ki, “Xahiş edirik malların sayını və xarici görünüşün yoxlayın malı sağlam vəziyyətdə təhvil almamış imzanızla təqsiqləməyin”. Alıcı Cavabdeh həmin kondisoneri tam işlək vəziyyətdə qəbul etmişdir. Tərəflər arasında imzalanmış təhvil-təslim aktlarından, çatdırılma qaimələrindən və quraşdırma aktından görünür ki, satıcı öz üzərinə düşən öhdəliyi icra etmiş və məhsulları razılaşdırılmış keyfiyyətdə alıcıya təhvil vermişdir. Alıcı (cavabdeh) bu sənədi imzalamış və bu gün də həmin aktı mübahisələndirməmişdir. Buna görə də hesab edir ki, sözügedən sənədlərin mötəbərliliyinə hər hansı bir şübhə yaranmadığından, həmin akt sübut kimi qəbul edilir. Tərəflər arasında bağlanmış Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 2070,86 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 3404,49 manat təşkil edir. (maliyyə arayışı iş materiallarına əlavə edilmişdir). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi bordudan tələb edilir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 340,45 manat təşkil edir. Tərəflər arasında imzalanmış təhvil-təslim aktından görünür ki, satıcı öz üzərinə düşən öhdəliyi icra etmiş və telefonu razılaşdırılmış keyfiyyətdə alıcıya təhvil vermişdir. Alıcı (cavabdeh) bu sənədi imzalamış və bu gün də həmin aktı mübahisələndirməmişdir. Buna görə də hesab edir ki, sözügedən “Təhvil-təslim aktının” mötəbərliliyinə hər hansı bir şübhə yaranmadığından, həmin akt sübut kimi qəbul edilir. Hazırda cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixli, MHDK01802 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2070,86 manat qalıq borcu və 340,45 manat cərimə borcu olmaqla, cəmi 2411,31 manat borcu yaranmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərın təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidır. Qeyd edilənlərə əsasən iddiaçı, Cavabdeh xx.xx.2020-ci il tarixli, MHDK01802 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2070,86 manat qalıq borcu və 340,45 manat cərimə borcu olmaqla, cəmi 2411,31 manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilmiş 44,11 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh aldığı məhsulun qüsurlu olduğunu və bununla bağlı məhsulun təhvil-təsliminə dair aktı imzalamadığını bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmiş, nəticədə öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 88% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 44,11 manat dövlət rusumunun 39 manatı cavabdehdən tutulmalı, 5,11 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci tarixli, MHDK01802 müqavilə üzrə 2070,86 (iki min yetmiş manat səksən altı qəpik) manat qalıq borcu və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 2120,86 (iki min yüz iyirmi manat səksən altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 39 (otuz doqquz) manat hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-5849/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5849/2022
19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver