Məhkəmə qərarları › İş №e-2(060)-5919/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5919/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5919/2023 12.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə İmei kod **********26662 olan “XİAOMİ REDMİ NOTE 11”, İmei kod **********14084 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefon, İmei kod **********77549 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefon, İmei kod **********05952 olan “SAMSUNG GALAXY A32” markalı telefon, İmei kod **********97789 olan “XİAOMİ Mİ 11 LİTE 5G” markalı telefon və ALƏT DƏSTİ BORT üçün ümumilikdə 1937 manat ödənilməmiş hissə və 39,37 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışının surətindən görünür ki, cavabdeh xx.xx.1995-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2022 il tarixli, 02022217 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə İmei kod **********26662 olan “XİAOMİ REDMİ NOTE 11, İmei kod **********14084 XİAOMİ REDMİ NOTE 11” markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləyə əsasən iddiaçı cavabdehə İmei kod **********77549 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə İmei kod **********05952olan “SAMSUNG GALAXYA32” markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2022-ci il tarixli, 03751597 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə İmei kod **********97789 olan “XİAOMİ Mİ 11 LİTE 5G2” markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə ALƏT DƏSTİ BORT satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür.xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 92,66 manat iddiaçıya ödəməlidir. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 49 manat iddiaçıya ödəməlidir. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 48,4 manat iddiaçıya ödəməlidir. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində, ilkin ödəniş 780 manat olmaqla, hər ay 10 manat iddiaçıya ödəməlidir. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 4,17 manat iddiaçıya ödəməlidir. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 1111,92 manat olan , İmei kod **********26662 olan “XİAOMİ REDMİ NOTE 11”, İmei kod **********14084 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefon üçün hazırda ümumilikdə 1111,91 manat borcu qalmışdır. Cavabdeh əsas borca heç bir ödəniş etməmişdir. Cavabdehin alqı-satqı qiyməti 588 manat olan İmei kod **********77549 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefon üçün hazırda ümumilikdə 392 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 196 manat təşkil edir. Alqısatqı qiyməti 580,8 manat olan , İmei kod **********05952 olan “SAMSUNG GALAXY A32” markalı telefon üçün hazırda ümumilikdə 141,4 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 439,4 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 900 manat olan İmei kod **********97789 olan “XİAOMİ Mİ 11 LİTE 5G” markalı telefon üçün hazırda ümumilikdə 80 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 820 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 75,06 manat olan ALƏT DƏSTİ BORT üçün hazırda ümumilikdə 35,46 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 39,6manat təşkil edir. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli əşyanın təhvil-təslim aktlarına əsasən İmei kod **********26662 olan “XİAOMİ REDMİ NOTE 11” markalı, İmei kod **********14084 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefon, İmei kod **********77549 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefon, İmei kod **********05952 olan “SAMSUNG GALAXY A32” markalı telefon, ALƏT DƏSTİ BORT və İmei kod **********97789 olan “XİAOMİ Mİ 11 LİTE 5G” markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İddiaçı iddia ərizəsinin verilməsi üçün 39,37 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçıya xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1111,92 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 392 manat, xx.xx.2022-ci il tarxili müqavilə üzrə 141,4 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 80 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 35,46 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı məbləği tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə hesab edir ki, 1111,92 manat əsas borca 111,08 manat, 392 manat əsas borca 39 manat, 141,4 manat əsas borca 14,6 manat, 80 manat əsas borca 8 manat, 35,46 manat əsas borca 3,54 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Bu səbəbdən iddia təmin edilməlidir. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 39,37 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1111,92 manat ödənilməmiş hissə, 111,08 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 392 manat ödənilməmiş hissə, 39 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 141,4 manat ödənilməmiş hissə, 14,6 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 80 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 35,46 manat ödənilməmiş hissə, 3,54 manat cərimə, olmaqla, ümumilikdə 1937 (min doqquz yüz otuz yeddi) manat pul və 39 (otuz doqquz) manat 37 (otuz yeddi) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar