Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-5929/2024 23.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X2 iddiaçı "xxxx" MMC-nin xeyrinə 1200 manat əsas borc ,120 manat cərimə, 33,2 manat dövlət rüsumu, cəmi 1353,2 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi geri qaytarılmalıdır. “AZEMİS” Elektron məhkəmə informasiya sisteminə edilmiş sorğunun nəticəsindən görünür ki, cavabdeh X1 rayonu, Ceyranbatan qəsəbə ərazi dairəsi, Ceyranbatan qəsəbəsi üzrə qeydiyyatdadır. Hazırki cavabdehə qarşı olan tələb üzrə iddia onun rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ərazi aidiyyətini pozaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir, halbuki iddiaçı bu iddia ilə MPM-nin 35.1-ci maddəsinə əsasən cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etməli idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 41-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə baxılarkən iddia ərizəsi bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasinin Qanunu 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki iş materiallarından görünür ki, ərizəyə 33,20 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən MPM-nin 41-1 və 35.1 maddəsinin tələbi pozulduğundan, kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizə geri qaytarılmalıdır. Həmçinin həmin iddiaya görə xx.xx.2024-cü il tarixdə ödənilmiş 33,2 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 152.1-ci və 263-264 maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixdə “AsanPay” Ödəmə sistemi vasitəsi ilə **********43 nömrəli qəbzlə ödəmiş olduğu 33,2 manat dövlət rüsumu Dövlət Büdcəsindən ona geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-5929/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-5929/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver