Məhkəmə qərarları › İş №e-2(060)-6062/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6062/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6062/2022 22.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Divan Kitab üçün 929 manat borc, xx.xx.2019cu il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********31445 Samsung Galaxy S10 markalı telefon üçün 645 manat borc, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, HP15 kompüter üçün 357 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, ASUS kompüter üçün 347 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, divan kitab üçün 286 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, ASUS kompüter üçün 243 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, X1 üçün 138 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung tozsoran üçün 56 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Bosch soyuducu, Samsung paltaryuyan üçün 800 manat borc, ümumilikdə 3801 manat borcun və 58,01 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, Bosch soyuducu, İMEİ KOD **********31445 Samsung Galaxy S10 markalı telefon, HP 15 kompüter, ASUS kompüter, Divan Kitab, Asus kompüter, X1, Samsung tozsoran, Soyuducu Bosch, Samsung paltaryuyan almış və nəticədə 3801 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1400 manat divan kitab üçün 929 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2067 manat olan Samsung Galaxy S10 markalı telefon üçün 645 manat, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1224 manat olan HP 15 kompüter üçün 357 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 876 manat Asus kompüter üçün 347 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 528 manat olan Divan Kitab üçün 286 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 972 manat olan ASUS kompüter üçün 243 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 704 manat olan X1 üçün 138 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 308 manat olan Samsung tozsoran üçün 56 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2300 manat olan Bosch soyuducu, Samsung paltaryuyan üçün 800 manat hesablanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləy əsasən, xx.xx.2019-cu il tarixdə Soyuducu Boschdan imtina etmiş və məhsul 1100 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 400 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1100 manat, ümumilikdə 1500 manat təşkil edir. Digər müqavilələr üzrə üçün isə cəmi ödədiyi məbləğ 5078 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə və həmin məhkəmə bildirişinin xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qəbul edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb MPM-nin 284-1ci maddəsinə uyğundur. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 1400 manat olan Bosch markalı soyuducunu 12 ay müddətə 284 manat ilkin ödəniş edilməklə hər ay 93 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 2067 manat olan İMEİ KOD **********31445 olan Samsung Galaxy S10 markalı telefonu 12 ay müddətə 159 manat ilkin ödəniş edilməklə hər ay 159 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 1224 manat olan HP 15 markalı kompüteri 24 ay müddətə hər ay 51 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 876 manat olan Asus markalı kompüter 09 ay müddətə 48 manat ilkin ödəniş edilməklə hər ay 92 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 528 manat olan Divan Kitab 24 ay müddətə hər ay 22 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 972 manat olan Asus markalı kompüteri 12 ay müddətə hər ay 81 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 704 manat olan X1 -ni 11 ay müddətə hər ay 64 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 308 manat olan Samsung markalı tozsoranı 11 ay müddətə hər ay 28 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 2300 manat olan Samsung paltaryuyanı 12 ay müddətə 464 manat ilkin ödəniş edilməklə hər ay 153 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 929 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 645 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 357 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 347 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 286 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 243 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 138 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 56 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 800 manat, cəmi 3801 manat borcu vardır. Cavabdehin ödədiyi cəmi məbləğ 6578 manat təşkil edir. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 567-ci maddəyə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanılmış qeyd olunan əşyanın nisyə alqı – satqı müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442.1 maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin faktiki hallarına və şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 929 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 645 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 357 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 347 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 286 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 243 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 138 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 56 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 800 manat, cəmi 3801 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,01 manat iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 929 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 645 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 357 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 347 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 286 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 243 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 138 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 56 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 800 manat, cəmi 3801 (üç min səkkiz yüz bir) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,01 (əlli səkkiz manat bir qəpik) manat iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar