Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6067/2024 07.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********92645 SAMSUNG GALAXY TAB A8 LTE markalı tablıüçün 211.6 (iki yüz on bir amnat altmış qəp) manat ödənilməmiş hissə, 21.4 (iyirmi bir manat qırx qəp) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********39526 SAMSUNG GALAXY A54 MARKALİ TELEFO SAMSUNG COMPACT CHARGE üçün 287.5 (iki yüz səksən yeddi manat əlli qəp) manat ödənilməmiş hissə, 28.5 (iyirmi səkkiz manat əlli qəp) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, KOMBİ DEMİR DOKUM ATRON, 3 ƏDƏD SEKSİYA NEO üçün 499.89 (dörd yüz doxsan doqquz manat səksən doqquz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 49.11 (qırx doqquz manat on bir qəp) manat cərimə olmaqla, ümumilikdə 1098 manat borc, 30.98 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********92645 SAMSUNG GALAXY TAB A8 LTE, İMEİ KOD **********39526 SAMSUNG GALAXY A MARKALİ TELEFON, SAMSUNG COMPACT CHARGER, KOMBİ DEMİR DOKUM ATRON, 3 ƏDƏD SEKSİYA NEO nəticədə 1098 (bir min doxsan səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 692.8 (alt yüz doxsan iki manat səksən qəp) manat (12 ay 52.9 manat + 58 manat ilkin ödəniş) İmei kod **********92645 SAMSUNG GALAXY TAB A8 LTE markalı tablet üçün ümumilikdə, 233 (iki yüz otuz üç) manat olmaqla ondan, 211.6 (iki yüz on bir amnat altmış qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 21.4 (iyirmi bir manat qırx qəp) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 976.5 (doqquz yüz yetmiş altı manat əlli qəp) manat (6 ay x 155 manat + 46.5 manat ilkin ödəniş) İMEİ KOD **********39526 SAMSUNG GALAXY A54 MARKALİ TELEFON, SAMSUNG COMP CHARGERüçün ümumilikdə, 316 (üç yüz on altı) manat olmaqla ondan, 287.5 (iki yüz səksən yeddi manat əlli qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 28.5 (iyirmi səkkiz manat əlli qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2463.66 (iki min dörd yüz altmış üç manat altmış altı qəp) manat (18 ay x 136.87 manat + 0 manat ilkin ödəniş) KOMBİ DEMİR DOKUM ATRON, 3 ƏDƏD SEKSİYA NEOn ümumilikdə, 549 (beş yüz qırx doqquz) manat olmaqla ondan, 499.89 (dörd yüz doxsan doqquz manat səksən doqquz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 49.11 (qırx doqquz manat on bir qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3133.97 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1976-cı ildə Ermənistan Respublikası, Amasiya rayonu, Təpəkənd kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı İmei kod **********92645 SAMSUNG GALAXY TAB A8 LTE markalı tablet cavabdehə satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ KOD **********39526 SAMSUNG GALAXY A54 MARKALİ TELEFO SAMSUNG COMPACT CHARGER satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən isə iddiaçı cavabdehə KOMBİ DEMİR DOKUM ATRON, 3 ƏDƏD SEKSİYA NEO satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 152 ay müddətində, ilkin ödəniş 58 manat olmaqla, hər ay 52,9 manat iddiaçıya ödəməlidir. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 6 ay müddətində, ilkin ödəniş 46,5 manat olmaqla, hər ay 155 manat iddiaçıya ödəməlidir. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində, ilkin ödənişsiz hər ay 136,87 manat iddiaçıya ödəməlidir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 692,8 manat olan İmei kod **********92645 SAMSUNG GALAXY TAB A8 LTE markalı tablet üçün hazırda ümumilikdə 211,6 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 481,2 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 976,5 manat olan İMEİ KOD **********39526 SAMSUNG GALAXY A54 MARKALİ TELEFO SAMSUNG COMPACT CHARGER üçün hazırda ümumilikdə 287,5 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 689 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 2463,66 manat olan KOMBİ DEMİR DOKUM ATRON, 3 ƏDƏD SEKSİYA NEO üçün hazırda ümumilikdə 499,89 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 1963,77 manat təşkil edir. xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli əşyanın təhvil-təslim aktına əsasən İmei kod **********92645 SAMSUNG GALAXY TAB A8 LTE, İMEİ KOD **********39526 SAMSUNG GALAXY A MARKALİ TELEFON, SAMSUNG COMPACT CHARGER, KOMBİ DEMİR DOKUM ATRON, 3 ƏDƏD SEKSİYA NEO iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İddiaçı iddia ərizəsinin verilməsi üçün 30,98 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçıya xx.xx.2023-cüi il tarixli müqavilə üzrə 211,6 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 287,5 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 499,89 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı məbləği tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 211,6 manat əsas borca 21,4 manat cərimənin, 287,5 manat əsas borca 28,5 manat cərimənin, 499,89 manat əsas borca 49,11 manat cərimənin tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 45 (qırx beş) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,98 manat dövlət rüsumunun 20 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 211,6 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 287,5 manat əsas borca 15 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 499,89 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, ümumilikdə 1043 (min qırx üç) manat 99 (doxsan doqquz) qəpik pul və 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-6067/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6067/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver