Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6093/2025 02.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, rüsum) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********36380 X3 13 markalı telefon, İmei kodu **********94962 POCO X6 5G markalı telefon üçün 982.02(doqquz yüz səksən iki manat, 02 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47.20 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, 98.20 (doxsan səkkiz manat, 20 qəpik) manat cərimə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, İmei kodu **********01927 HONOR X8B markalı telefonüçün 464.04 (dörd yüz altmış dörd manat, 04 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 46.40 (qırx altı manat, 40 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 çün 160 (yüz altmış qəpik) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ütü Philips üçün, 68.9 (altmış səkkiz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 6.89(altı manat, 89 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X2 90 Powerbank üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 3.60 (üç manat, 60 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1952.86 manat borcun və 39.53 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir; Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: 2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi. Maddə 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidir.
Məhkəmənin mövqeyi
4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
5. Belə ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 39.53 manat məbləğində dövlət rüsumu Sumqayıt İnzibati Məhkəməsinə ödənilmişdir.
6. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş dövlət rüsumu Sumqayıt Şəhər Məhkəməsinə yox, digər məhkəməyə ödənilmişdir ki, bu da rüsumun hazırkı işə aidiyyətini şübha altına almaqla, iş üzrə müəyyən edilmiş qaydada və məbləğdə rüsum ödənilmədiyini göstərir.
7. Odur ki, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmədiyindən iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
8. İddiaçının nəzərinə o da çatdırılmalıdır ki, bu iş üzrə cavabdehə qarşı hazırkı tələblə əvvəl də məhkəməyə müraciət edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər eyni əsaslarla geri qaytarılmış, lakin qərardadda göstərilən nöqsanlar aradan qaldırılmadan həmin rüsum yenidən əlavə edilməklə iddia ərizəsi bir daha məhkəmə təqdim edilmişdir.
9. Məhkəmə yuxarıda göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva