Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6173/2022 01.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə S3K4577680 saylı müqavilə üzrə 50 manat əsas borc, 15 manat dəbbə pulu, S3K4577682 saylı müqavilə üzrə 200 manat əsas borc, 60 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 355 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 30 dekabr 2018-ci il tarixlərində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 30 dekabr 2018-ci il tarixli S3K4577680 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 620 manat olan bir ədəd “Xiaomi Mİ A2 Lite” markalı telefon almış, ilkin ödəniş olaraq 20 manat ödəniş etmiş, nəticədə 600 manat borc yaranmış və 30 dekabr 2018-ci il tarixli S3K4577682 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 500 manat olan bir ədəd “Xiaomi Redmi 6” markalı telefon almış, ilkin ödəniş olaraq 20 manat ödəniş etmiş, nəticədə 480 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 30 dekabr 2018-ci il tarixli S3K4577680 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 100 manat, 30 dekabr 2018-ci il tarixli S3K4577682 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 40 manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və S3K4577680 saylı müqavilə üzrə alqı-satqı qiyməti 620 manat olan bir ədəd “Xiaomi Mİ A2 Lite” markalı telefon üçün 50 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu və S3K4577682 saylı müqavilə üzrə alqı-satqı qiyməti 372 manat olan 1 ədəd “Xiaomi Redmi 6” markalı telefon üçün 200 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu yaranmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2018-ci il tarixli, S3K ******* saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, İddiaçı Noruz oğlu Cavabdeh alqısatqı qiyməti 620 manat olan “Xiaomi Mİ A2 Lite” markalı telefonu 20 manat ilkin ödəniş edilməklə 12 ay müddətə hər ay 50 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyaları qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2018-ci il tarixli ******* saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, İddiaçı Noruz oğlu Cavabdeh alqı-satqı qiyməti 500 manat olan “Xiaomi Redmi 6” markalı telefonu 20 manat ilkin ödəniş edilməklə 12 ay müddətə hər ay 40 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, 3K4577680 saylı, 30 dekabr 2018-ci il tarixli və S3K4577682 saylı, 30 dekabr 2018-ci il tarixli nisiyə alqı-satqı müqavilələrinə əsasən borclu Cavabdeh Sevdavar qızının xx.xx.2022-ci il tarixə olan qalıq borcu müvafiq olaraq 50 manat əsas, 15 manat dəbbə pulu, 200 manat əsas, 60 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 355 manatdır. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 567-ci maddəyə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 618.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmədə müəyyən olundu ki, tərəflər arasında bağlanılmış qeyd olunan əşyanın nisyə alqı – satqı müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442.1 maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 30 dekabr 2018-ci il tarixli ******* saylı müqavilə üzrə 60 manat məbləğində cərimə (dəbbə pulu) azaldılaraq 20 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 05 manatı iddiaçıya aid edilməli, 25 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30 dekabr 2018-ci il tarixli, S3K ******* saylı müqavilə üzrə 50 manat əsas borc, 15 manat dəbbə pulu, cəmi 65 manat borc, 30 dekabr 2018-ci il tarixli ******* saylı müqavilə üzrə 200 manat əsas borc, 20 manat dəbbə pulu, cəmi 220 manat borc, ümumilikdə 285 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 30 dekabr 2018-ci il tarixli, S3K ******* saylı müqavilə üzrə 50 manat əsas borc, 15 manat dəbbə pulu, cəmi 65 manat borc, 30 dekabr 2018-ci il tarixli ******* saylı müqavilə üzrə 200 manat əsas borc, 20 manat dəbbə pulu, cəmi 220 manat borc, ümumilikdə 285 (iki yüz səksən beş) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat borc İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-6173/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6173/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver