Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6192/2022 01.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «X5 müqaviləsinin ləğvi, avtomobilin təhvil verilməsi və pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «X5 müqaviləsinin ləğvi, avtomobilin təhvil verilməsi və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli 277/LA nömrəli X5 Müqaviləsinə əlavə razılaşmaya xitam verilməsi, 23.484,56 əsas borc, 12.500,04 manat faiz borcu olmaqla cəmi 35984,60 manat borcun və iş üzrə ödənilmiş 197,95 manat dövlət rüsumunun Cavabdeh tutulması, Cavabdeh sahiblik və istifadəsinə verilmiş “Toyota Camry” minik markalı (Tip sedan, Ban JTNBFYFK803023678, rəngi qara, buraxılış ili 2013-cü il) **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh arasında 28 dekabr 2019-cu il tarixli 277/LA nömrəli X5 Müqaviləsi (bundan sonra Lizinq Müqaviləsi) bağlanaraq İddiaçı ASC Lizinq alanın sifariş etdiyi və həmin Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni “Toyota Camry” minik markalı (Tip sedan, Ban JTNBFYFK803023678, rəngi qara, buraxılış ili 2013-cü il) **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra lizinq obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq Müqaviləsinin ümumi məbləği 25500 manat, o cümlədən lizinq obyektinin qiyməti 39500 manat təşkil etmişdir. Lizinq obyekti Lizinq alana 36 ay müddətinə lizinq ödənişi illik 25 faiz olmaqla lizinqə verilmişdir. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilə üzrə lizinq ödənişlərinin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, müqavilə üzrə əsas borcun, faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Lizinq müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2022-ci il tarixli **********488 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 35984,60 manat təşkil edir. Bundan 23484,56 manat əsas, 12500,04 manat faiz borcu təşkil edir. Beləliklə, Lizinq alana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq lizinq ödənişlərini etməmişdir. Lizinq alan sonuncu dəfə xx.xx.2020-ci il tarixində 1020 manat ödəniş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2019cu il tarixdə 277/LA nömrəli X5 Müqaviləsindən və 1 saylı Əlavədən görünür ki, Lizinq verən Lizinq alanın sifariş etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı Toyota Camry minik markalı, Tip sedan Ban, JTBFYFK803023678 rəngi qara buraxılış ili 2013 olan avtomobilini (bundan sonra-Lizinq obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, Lizinq verən Lizinq obyektinin Satıcısına onun Lizinq alana lizinqə verilməsi barədə yazılı məlumat verilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən, Bu lizinq müqaviləsinin ümumi məbləği 25500 manat, o cümlədən Avadanlığın dəyəri 39500 manat, lizinq mükafatı 0 manatdır. 1.6-cı bəndinə əsasən, lizinq obyekti Lizinq alana 36 ay müddətinə lizinqi ödənişi illik 25% olmaqla Lizinqə verilir. Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi bu müqavilə imzalandığı gündən yaranır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2019cu il tarixdə 277/LA nömrəli “Lizinq obyektinin alqı-satqı Müqaviləsindən” və 1 saylı Əlavədən görünür ki, Lizinq verən Lizinq alanın sifarriş etdiyi və bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş əmlakı- Toyota Camry minik markalı, Tip sedan Ban JTBFYFK803023678 rəngi qara buraxılış ili 2013 olan avtomobili öz mülkiyyətinə əldə etməyi və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. 1.5-ci bində əsasən lizinq müqaviləsinin ümumi məbləği 25500 manat, o cümlədən avadanlığın dəyəri 39500 manatdır, lizinq mükafatı 0 (sıfır) manatdır. 1.6-cı bəndə əsasən lizinq obyekti lizinqalana 36 ay müddətinə lizinq ödənişi illik 25% olmaqla lizinqə verilir. 4.5-ci bənddən görünür ki, lizinq alan tərəfindən 14000 manat ilkin ödəniş lizinq verənin xeyrinə ödənilir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 277/LA saylı “kredit müqaviləsi” üzrə 17 avqust 2022-ci il tarixə 23484,56 manat əsas, 12500,04 faiz borcu olmaqla cəmi 35984,60 manat borcu vardır. İddiaçı ASC və Cavabdeh arasında bağlanılmış 28 dekabr 2019-cu il tarixli təhviltəslim aktına əsasən İddiaçı ASC-nin mülkiyyətində olan “Toyota Camry” markalı, (Tip sedan, Ban JTNBFYFK803023678, rəngi qara, buraxılış ili 2013-cü il) **-PD-*** dövlət qeydiyyat nişanlı olan avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. AD № 745527 nömrəli xx.xx.2019-cu il tarixdə verilmiş Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, **-PD-*** qeydiyyat nişanlı “Toyota Camry” minik markalı, 2013-cü il buraxışlı, JTNBFYFK803023678 ban nömrəli avtomobil İddiaçı ASC-yə məxsusdur. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada daxili lizinq müqaviləsi bağlanılmaqla öhdəlik hüquq münasibətlər yaranmışdır. İddiaçı üzərinə götürdyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan lizinq obyektini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında tam yerinə yetirməmiş, lizinq borcunun lazımı qaydada və vaxtında ödəməmişdir. Bu səbəbdən lizinq verən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında lizinq müqaviləsi ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin 21 və 38-ci fəsillərində təsbit olunmuş «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» və «Lizinq» müqaviləsi ilə bağlı müddəalar çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) : 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-cü maddəsinin tələbinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.1-ci maddəsinə əsasən Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-10.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi tam həcmdə təmin oluna bilməz. Belə ki, lizinq müqaviləsi üzrə faizlərin hesablanması və borcluya qarşı belə bir tələbin irəli sürülməsi qanuni və əsaslı deyildir. Mülki Məcəllənin: 748-11.1-ci maddəsində Lizinq ödənişlərinin ümumi məbləği nəzərdə tutulmuşdur ki, burada yalnız bir halda faizlərin tutulmasına yol verilmiş, yəni (748-11.1.3m) lizinq obyektinin əldə edilməsi üçün kreditlərə görə faizin tutulması lizinq ödənişinə aid edilmişdir. 748-11.2-ci maddəyə əsasən Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Bu isə onu göstərir ki, mülki qanunvericilik lizinq verilərkən sərf olunmuş maliyyə vəsaitindən o zaman faizlərin tutulmasına yol verir ki, lizinq obyektini əldə etmək üçün kreditə alınmış olsun və bu müvafiq sənədlərdə öz təsdiqini tapmış olsun. Eləcə də Mülki Məcəllənin 748-ci maddəsində Lizinq müqaviləsinin forması ilə bağlı tələblər nəzərdə tutulmuş, həmin şərtlər sırasında lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləğinin (748.2.9) göstərilməsi nəzərdə tutulmaqa, faiz ödənişinin tutulması kimi əsaslar qeyd olunmamışdır. Bu hal bir daha onu göstərir ki, lizinq alan lizinq ödənişi ilə yanaşı (788-11.1.3-cü maddədə nəzərdə tutulmuş hal istisna olmaqla) yalnız lizinq mükafatı tələb ediə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, lizinq mükafatı nəzərdə tutulmayıb (1.5 bənd). İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş 28 dekabr 2019-cu il tarixli Lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, Alıcı İddiaçı ASC tərəfindən mübahisə predmeti olan lizinq obyektinin alınması üçün bağlanmış həmin alqısatqı müqaviləsində əmlakın alıcı tərəfindən kredit yolu əldə edilməsi və faizlərin ödənilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Yəni, ASC həmin əmlakın əldə edilməsi üçün hər hansı bir məbləğdə faiz ödəməmişdir. Belə olan halda isə lizinq şirkəti lizinq alana qarşı faiz ödənilməsi ilə bağlı tələb irəli sürə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, faiz borcunun ödənilməsi ilə bağlı hissədə iddia əsaslı və qanuni olmadığından təmin olunmamalıdır. Beləliklə, məhkəmə işin şərh olunan hallarına hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli 277/LA nömrəli X5 Müqaviləsinə, əlavə razılaşmaya xitam verilməli, Cavabdeh 17 avqust 2022-ci il tarixə 23484,56 manat əsas borc iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “Toyota Camry” minik markalı (Tip sedan, Ban JTNBFYFK803023678, rəngi qara, buraxılış ili 2013-cü il) **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 68,77 manat iddiaçıya aid edilməli, 129,18 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2019cu il tarixli 277/LA nömrəli X5 Müqaviləsi, əlavə razılaşmaya xitam verilsin. Cavabdeh 17 avqust 2022-ci il tarixə hesablanmış 23484,56 (iyirmi üç min dörd yüz səksən dörd manat əlli altı qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129,18 (bir yüz iyirmi doqquz manat on səkkiz qəpik) manat iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “Toyota Camry” minik markalı (Tip sedan, Ban JTNBFYFK803023678, rəngi qara, buraxılış ili 2013-cü il) **-PD-*** qeydiyyat nömrə nişanlı avtomaşın Cavabdeh alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-6192/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6192/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver