Məhkəmə qərarları › İş №e-2(060)-6214/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6214/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6214/2025 16.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG TV, ZƏMANƏT + 2 il xidməti üçün 1817.52 (min səkkiz yüz on yeddi manat, əlli iki qəpik) manat ödənilməmiş hissə, 181.75 (yüz səksən bir manat yetmiş beş qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, BODRUM - YATAQ - 4 QAPİLİ DOLAB, ZƏMANƏT + 3 il xidməti üçün 859.85 (səkkiz yüz əlli doqquz manat, səksən beş qəpik) manat ödənilməmiş hissə, 85.99 (səksən beş manat, doxsan doqquz qəpik) manat cərimə,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, NEWAYASOFYA yastıq, üçün 31.22 (otuz bir manat, iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 3.12 (üç manat, on iki qəpik) manat cərimə ümumilikdə 2979.45 manat borc, 49.80 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, SAMSUNG TV, ZƏMANƏT + 2 il xidməti, BODRUM - YATAQ - 4 QAPİLİ DOLAB, ZƏMANƏT + 3 il xidməti, NEWAYASOFYA yastıq almış və nəticədə 2979.45 (iki min doqquz yüz yetmiş doqquz manat, qırx beş qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2262.96 ( iki min iki yüz altmış iki manat, doxsan altı qəpik) manat (18 ay x 125.72 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG TV, ZƏMANƏT + 2 İL xidməti üçün ümumilikdə, 1999.27 (min doqquz yüz doxsan doqquz manat, iyirmi yeddi qəpik ) manat olmaqla ondan, 1817.52 (min səkkiz yüz on yeddi manat, əlli iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 181.75 (yüz səksən bir manat yetmiş beş qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1290 (min iki yüz doxsan manat) manat (24 ay x 53.75 manat + 0 manat ilkin ödəniş) olan BODRUM - YATAQ - 4 QAPİLİ DOLAB, ZƏMANƏT + 3 İL xidməti üçün ümumilikdə, 945.84 (doqquz yüz qırx beş manat, səksən dörd qəpik) olmaqla ondan, 859.85 (səkkiz yüz əlli doqquz manat, səksən beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 85.99 (süəksən beş manat, doxsan doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 100.8 (yüz manat, səksən qəpik) manat (18 ay x 5.6 manat + 0 manat ilkin ödəniş) olan NEW AYASOFYA yastıq üçün ümumilikdə, 34.34 (otuz dörd manat, otuz dörd qəpik) manat olmaqla ondan, 31.22 (otuz bir manat, iyirmi iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.12 (üç manat, on iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 945.17 manat təşkil edir..Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə hazırkı iddianın qiymətinin 5000 (beş min) manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin qanunla müəyyən olunmuş müddət ərzində cavabdehin etiraz və mülahizələri məhkəməyə daxil olmamışdır. Məhkəmə hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş 0 manat olmaqla, qalan məbləği 18 ay müddətində hər ay 125.72 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 2262 manat olan SAMSUNG TV, ZƏMANƏT + 2 İL xidmətinə görə 445.44 manat ödəniş etmiş və 1817.52 manat ödənilməmiş hissə, 181.75 manat cərimə olmalqa, ümumillikdə 1999.27 manat borcu qalmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş 0 manat olmaqla, qalan məbləği 24 ay müddətində hər ay 53.75 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 1290 manat olan BODRUM - YATAQ - 4 QAPİLİ DOLAB, ZƏMANƏT + 3 İL xidmətinə görə 430.15 manat ödəniş etmiş və 859.85 manat ödənilməmiş hissə, 85.99 manat cərimə olmalqa, ümumillikdə 945.84 manat borcu qalmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş 0 manat olmaqla, qalan məbləği 18 ay müddətində hər ay 5.6 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 100.8 manat olan NEW AYASOFYA yastıqa görə 69.58 manat ödəniş etmiş və 31.22 manat ödənilməmiş hissə, 3.12 manat cərimə olmalqa, ümumillikdə 34.34 manat borcu qalmışdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən SAMSUNG TV, ZƏMANƏT + 2 İL xidməti almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh İddiaçı MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş SAMSUNG TV, ZƏMANƏT + 2 İL xidməti tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 18 ay müddətində hər ay 125.72 manat ödəməyi öhdəsinə götürmüş, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən BODRUM - YATAQ - 4 QAPİLİ DOLAB, ZƏMANƏT + 3 İL xidməti almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh İddiaçı MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş BODRUM - YATAQ - 4 QAPİLİ DOLAB, ZƏMANƏT + 3 İL xidməti tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 24 ay müddətində hər ay 53.75 manat ödəməyi öhdəsinə götürmüş, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən NEW AYASOFYA yasdıq almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh İddiaçı MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş NEW AYASOFYA yastıqı tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 18 ay müddətində hər ay 5.6 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilələrə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə 50 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 47.59 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ümumilikdə 2758.59 manat borc və ödənilmiş 47.58 manat dövlət rüsumu məbləğində pul tutulub İddiaçı MMC-yə ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1-284-6, 216-220-ci və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ümumilikdə 2758.59 (iki min yeddi yüz əlli səkkiz manat əlli doqquz qəpik) manat borc və 47.58 (qırx yeddi manat əlli səkkiz qəpik) manat dövlət rüsumu məbləğində pul alınıb İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar