Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6218/2025 13.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********98889 SAMSUNG GALAXY A25 markalı telefoünçün 543.60(beş yüz qırx üç manat, 60 qəp) manat ödənilməmiş hissə, 54.36(əlli dörd manat, 36 qəp) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, URBANİSTAQulaqlıq 2 ədəd, PAKET L xidməti, İMEİ KODU **********08004 XİAOMİ REDMİ 12 markalı telefon, üçün 400 (dörd yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********34093 OPPO A18 markalı telefon üçün 268.80 (iki yüz altmış səkkiz manat, 80 qəpik) manat ödənilməmiş hissə, 26.88(iyirmi altı manat, 88 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, VELOSİPED STARK 22üçün 262.50 (iki yüz altmış iki manat, 50 qəpik) manat ödənilməmiş hissə, 26.25 (iyirmi altı manat, 25 qəpik) manat cərimə, ümumillikdə 1622.39 manat borc və 36.23 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il tarixlərindəki müqavilələrə əsasən İMEİ KODU **********98889 SAMSUNG GALAXY A25 markalı telefon , URBANİSTA Qulaqlıq 2 ədəd, PAKET L xidməti, İMEİ KODU **********08004 XİAOMİ REDMİ 12 markalı telefon , QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********34093 OPPO A18 markalı telefon VELOSİPED STARK 22 almış və nəticədə 1622.39 (min altı yüz iyirmi iki manat, otuz doqquz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 593.04 (beş yüz doxsan üç manat, dörd qəpik) manat (12 ay x 49.42 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********98889 SAMSUNG GALAXY A25 markalı telefon üçün ümumilikdə 597.96(beş yüz doxsan yeddi manat, doxsan altı qəpik) manat olmaqla ondan, 543.60(beş yüz qırx üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 54.36(əlli dörd manat, otuz altı qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 799.92 (yeddi yüz doxsan doqquz manat, doxsan iki qəpik) manat (18 ay x 44.44 manat + 0 manat ilkin ödəniş) olan URBANİSTA Qulaqlıq 2 ədəd, PAKET L xidməti, İMEİ KODU **********08004 XİAOMİ REDMİ 12 markalı telefon, üçün 440 (dörd yüz qırx) manat olmaqla ondan 400 (dörd yüz) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 474.80 (dörd yüz yetmiş dörd manat, səksən qəpik) manat (12 ay x 38.40 manat + 14 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********34093 OPPO A18 markalı telefon üçün 295.68 (iki yüz doxsan beş manat, altmış səkkiz qəpik) manat olmaqla ondan 268.80 (iki yüz altmış səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 26.88 (iyirmi altı manat, səksən səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 642 (altı yüz qırx iki) manat (12 ay x 52.5 + 12 manat ilkin ödəniş) VELOSİPED STARK 22 üçün 288.75 (iki yüz səksən səkkiz manat, yetmiş beş qəpik) manat olmaqla ondan 262.50 (iki yüz altmış iki manat, əlli qəpik) manat ödənilməmiş hissə, 26.25 (iyirmi altı manat, iyirmi beş qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1034.86 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin 5000 (beş min) manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdu, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 21 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş 0 manat olmaqla, qalan məbləği 12 ay müddətində hər ay 49.42 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 593.04 manat təşkil edən, İMEİ KODU **********98889 SAMSUNG GALAXY A25 markalı telefona görə 49.44 manat ödəniş etmiş, 543.6 manat əsas borca ödənilməmiş məbləğ, 54.36 manat cərimə, 597.96 manat ümumillikdə ödənilməmiş borcu qalmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş 0 manat olmaqla, qalan məbləği 18 ay müddətində hər ay 44.44 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 799.92 manat təşkil edən URBANİSTA Qulaqlıq 2 ədəd, PAKET L xidməti, İMEİ KODU **********08004 XİAOMİ REDMİ 12 markalı telefona görə 399.92 manat ödəniş etmiş, 400 manat əsas borca ödənilməmiş məbləğ, 40 manat cərimə, 440 manat ümumillikdə ödənilməmiş borcu qalmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş 14 manat olmaqla, qalan məbləği 12 ay müddətində hər ay 38.4 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 474.8 manat təşkil edən , QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********34093 OPPO A18 markalı telefon görə 206 manat ödəniş etmiş, 268.8 manat əsas borca ödənilməmiş məbləğ, 26.88 manat cərimə, 295.68 manat ümumillikdə ödənilməmiş borcu qalmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş 12 manat olmaqla, qalan məbləği 12 ay müddətində hər ay 52.5 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 642 manat təşkil edən , VELOSİPED STARK 22-yə görə 379.5 manat ödəniş etmiş, 262.5 manat əsas borca ödənilməmiş məbləğ, 26.25 manat cərimə, 288.75 manat ümumillikdə ödənilməmiş borcu qalmışdır. Ümumillikdə 4 (dörd) müqavilə üzrə əsas borca ödənilmiş məbləğ 1034.86 manat təşkil etməklə, əsas borca ödənilməmiş məbləğ 1474.9 manat və cərimə 147.49 manat olmaqla, ümumillikdə ödənilməmiş 1622.39 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ KODU **********98889 SAMSUNG GALAXY A25 markalı telefon almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş İMEİ KODU **********98889 SAMSUNG GALAXY A25 markalı telefonu tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 12 ay müddətində hər ay 49.42 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən URBANİSTA Qulaqlıq 2 ədəd, PAKET L xidməti, İMEİ KODU **********08004 XİAOMİ REDMİ 12 markalı telefon almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş URBANİSTA Qulaqlıq 2 ədəd, PAKET L xidməti, İMEİ KODU **********08004 XİAOMİ REDMİ 12 markalı telefonu tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 18 ay müddətində hər ay 44.44 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********34093 OPPO A18 markalı telefon almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********34093 OPPO A18 markalı telefonu tam qüsursuz halda təhvil almış və 12 ay müddətində hər ay 38.4 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən VELOSİPED STARK 22 almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş VELOSİPED STARK 22-ni tam qüsursuz halda təhvil almış və 12 ay müddətində hər ay 52.5 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə bağlanmış müqavilələrə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilələrin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 15 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 15 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 543.6 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 400 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 268.8 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 262.5 manat ödənilməmiş hissə, 15 manat cərimə, ümumillikdə 1574.9 manat borc və ödənilmiş 35.75 manat dövlət rüsumu məbləğində pul tutulub İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 35.75 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 – 284- 6, 216-220-ci və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 543.6 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 400 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 268.8 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 262.5 manat ödənilməmiş hissə, 15 manat cərimə, ümumillikdə 1574.9 (bir min beş yüz yetmiş dörd manat doxsan qəpik) manat borc və ödənilmiş 35.75 (otuz beş manat yetmiş beş qəpik) manat dövlət rüsumu məbləğində pul alınıb İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-6218/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6218/2025
13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver