Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6222/2024 09.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023 il tarixli müqavilə üzrə 152,5 manat ödənilməmiş hissə, 15,5 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 59,99 manat ödənilməmiş hissə, 5,01 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20,35 manat ödənilməmiş hissə, 2,65 manat cərimə olmaqla, ümumilikdə 256 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən TOKYO - GENC - CARPAYİ, DOĞRAYİCİ KENWOOD, İmei kod **********42457 SAMSUNG GALAXY A32 markalı telefon almış və nəticədə 256 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 261.6 (iki yüz altmış bir manat altmış qəpik) manat (24 ay x 10.9 manat + 0 manat ilkin ödəniş) olan TOKYO - GENC - CARPAYİ çün ümumilikdə 168 (yüz altmış səkkiz) manat olmaqla, ondan, 152.5 (yüz əlli iki manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.5 (on beş manat əlli qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 120.06 (yüz iyirmi manat altı qəpik) manat (18 ay x 6.67 manat + 0 manat ilkin ödəniş) olan DOĞRAYİCİ KENWOODçün ümumilikdə 65 (altmış beş) manat olmaqla, ondan, 59.99 (əlli doqquz manat doxsan doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.01 (beş manat bir qəpik) manat cərimə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 819 (səkkiz yüz on doqquz) manat (18 ay x 45.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********42457 SAMSUNG GALAXY A32 markalı telefon üçün ümumilikdə 23 (iyirmi üç) manat olmaqla, ondan, 20.35 (iyirmi manat otuz beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2.65 (iki manat altmış beş qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 967.82 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1970-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2023 il tarixli müqaviləyə əsasən iddiaçı TOKYO - GENC - CARPAYİnı cavabdehə satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə DOĞRAYİCİ KENWOOD satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2022-ci il tarixli, müqaviləyə əsasən isə iddiaçı cavabdehə İMEİ KOD **********42457 SAMSUNG GALAXY A32 MARKALİ TELEFON satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində, ilkin ödənişsiz, hər ay 10,9 manat iddiaçıya ödəməlidir. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində, ilkin ödənişsiz hər ay 6.67 manat iddiaçıya ödəməlidir. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində, ilkin ödənişsiz hər ay 45,5 manat iddiaçıya ödəməlidir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 261,6 manat olan TOKYO - GENC - CARPAYİ üçün hazırda ümumilikdə 152,5 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 109,1 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 120,06 manat olan DOĞRAYİCİ KENWOOD üçün hazırda ümumilikdə 59,99 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 60,07 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 819 manat olan İMEİ KOD **********42457 SAMSUNG GALAXY A32 MARKALİ TELEFON üçün hazırda ümumilikdə 20,35 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 798,65 manat təşkil edir. xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən TOKYO - GENC - CARPAYİ, DOĞRAYİCİ KENWOOD, İmei kod **********42457 SAMSUNG GALAXY A32 markalı telefon iddiaçıdan tam qüsursuz halda təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə 152,5 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 59,99 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 20,35 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı məbləği tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 152,5 manat əsas borca 15,5 manat, 59,99 manat əsas borca 5,01 manat cərimənin və 20,35 manat əsas borca 2,65 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Bu səbəbdən iddia təmin edilməlidir. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 152,5 manat ödənilməmiş hissə, 15,5 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 59,99 manat əsas borca 5,01 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20,35 manat ödənilməmiş hissə, 2,65 manat olmaqla, ümumilikdə 256 (iki yüz əlli altı) manat pul və 30 (otuz) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-6222/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6222/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver