Məhkəmə qərarları › İş №e-2(060)-6284/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6284/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6284/2022 14.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» ərizəsini və əlavə edilmiş sənədləri məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borc tələbinə dair» ərizə ilə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək 181,6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi, xx.xx.2020-ci il tarixli 22041744 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Hesab edirəm ki, alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı hissədə tələb MPMnin 284-1-ci maddəsinin göstərişinə uyğun olmadığından iddianın sadələşdirilmiş qaydada baxılması yol verilməzdir, odur ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və MPM-nin 284-4, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» ərizəsinin qəbul edilməsindən imtina edilsin, ərizə və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar