Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6284/2023 30.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 28 aprel 2019-cu il və 31 dekabr 2019-cu il tarixlərində Cavabdeh ilə aralarında S4K558996 nömrəli və S4K5774948 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən S4K558996 nömrəli müqavilə üzrə 2708 manat dəyəri olan 1 ədəd “Beko” markalı paltaryuyan və 1 ədəd “Samsung” markalı tozsoran alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S4K5774948 nömrəli müqavilə üzrə 1754 manat dəyəri olan 1 ədəd “Beko” markalı soyuducunu alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən alıcı S4K558996 nömrəli müqavilə üzrə 60 manat ilkin ödəniş olmaqla, qalan 2648 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 110,33 manat olmaqla, hər ayın 27-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S4K5774948 nömrəli müqavilə üzrə 2 manat ilkin ödəniş olmaqla, qalan 1752 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 73 manat olmaqla, hər ayın 30-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun S4K558996 nömrəli müqavilə üzrə 370 manat əsas, 110 manat dəbbə pulu olmaqla, 480 manat və S4K5774948 nömrəli müqavilə üzrə 1029 manat əsas, 308 manat dəbbə pulu olmaqla, 1337 manat borcu yaranmışdır. Alıcı tərəfindən S4K558996 nömrəli, 28 aprel 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 73 manat ödəniş və S4K5774948 nömrəli, 31 dekabr 2019-cu il müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 50 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh S4K558996 nömrəli, 28 aprel 2019-cu il tarixli müqavilə üzrə 370 manat əsas, 110 manat dəbbə pulu və S4K5774948 nömrəli, 31 dekabr 2019-cu il tarixli müqavilə üzrə 1029 manat əsas, 308 manat dəbbə pulu və 39 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1856 manat pulun alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə:
7. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, S4K558996 saylı alqı-satqı müqaviləsinə əsasən, İddiaçı 2708 manat dəyərində olan 1 ədəd “Beko” markalı paltaryuyan və 1 ədəd “Samsung” markalı tozsoranı Cavabdeh satmış, Cavabdeh alınmış əşyalara görə 24 ay ödəniş cədvəli üzrə 111 manat, sonuncu ay 95 manat olmaqla, ilkin ödəniş olaraq 60 manat ödəməklə cəmi 2708 manat ödəməyi öhdəsinə götürmüşdür.
8. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən, İddiaçı 1754 manat dəyərində olan 1 ədəd “Beko” markalı soyuducunu Cavabdeh satmış, Cavabdeh alınmış əşyaya görə 24 ay ödəniş cədvəli üzrə hər ay 73 manat olmaqla, cəmi 1754 manat ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş maliyyə arayışlarına əsasən Cavabdeh S4K558996 nömrəli, xx.xx.2019-cu il tarixli və S4K5774948 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə xx.xx.2023-cü il tarixə müvafiq olaraq 370 manat əsas, 110 manat dəbbə pulu və 1029 manat əsas, 1029 manat dəbbə pulu, həmçinin 39 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1856 manat məbləğində borcu mövcuddur.
10. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
12. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
13. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
14. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
15. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
18. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək, S4K558996 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cərimə borcu 10 manat, S4K5774948 nömrəli, xx.xx.2019-cu il müqavilə üzrə cərimə borcu 20 manat məbləğində müəyyən edilməlidir.
19. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Abbasova X1 xx.xx.2019-cu il tarixli, S4K558996 saylı alqı-satqı müqaviləsinə əsasən 370 (üç yüz yetmiş) manat əsas, 10 (on) manat cərimə, cəmi 380 (üç yüz səksən) manat, xx.xx.2019cu il tarixli, S4K5774948 saylı alqı-satqı müqaviləsinə əsasən 1029 (bir min iyirmi doqquz) manat əsas, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 1049 (bir min qırx doqquz) manat, ümumilikdə 1429 (bir min dörd yüz iyirmi doqquz) manat məbləğində pul, həmçinin 39 (otuz doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Abbasova X1 xx.xx.2019-cu il tarixli, S4K558996 saylı alqı-satqı müqaviləsinə əsasən 370 (üç yüz yetmiş) manat əsas, 10 (on) manat cərimə, cəmi 380 (üç yüz səksən) manat, xx.xx.2019-cu il tarixli, S4K5774948 saylı alqı-satqı müqaviləsinə əsasən 1029 (bir min iyirmi doqquz) manat əsas, 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 1049 (bir min qırx doqquz) manat, ümumilikdə 1429 (bir min dörd yüz iyirmi doqquz) manat məbləğində pul, həmçinin 39 (otuz doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Şəbnəm Həxiyeva