Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6286/2022 08.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən kamil qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********63529 SAMSUNG GALAXY TAB A 10.1 markalı planşet üçün 337 (üç yüz otuz yeddi) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********01132 SAMSUNG GALAXY A10 markalı telefon üçün 160,4 (bir yüz altmış,qırx qəp.) manat ödənilməmiş hissə, ümumilikdə, 497,4 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ KOD **********63529 SAMSUNG GALAXY TAB A 10.1 markalı planşet və İMEİ KOD **********01132 SAMSUNG GALAXY A10 markalı telefon almış və nəticədə 497,4 (dörd yüz doxsan yeddi,qırx qəp.) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 761,4 (yeddi yüz altmış bir,qırx qəp.) manat (18 ay x 42,3 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********63529 SAMSUNG GALAXY TAB A 10.1 markalı planşet üçün ümumilikdə, 337 (üç yüz otuz yeddi) manat olmaqla ondan 337 (üç yüz otuz yeddi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 0 (sıfır) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 463,4 (dörd yüz altmış üç,qırx qəp.) manat (18 ay x 22,3 manat + 62 manat ilkin ödəniş) İMEİ KOD **********01132 SAMSUNG GALAXY A10 markalı telefon üçün ümumilikdə, 160,4 (bir yüz altmış,qırx qəp.) manat olmaqla ondan, 160,4 (bir yüz altmış,qırx qəp.) manat ödənilməmiş hissə, güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 727,4 manat təşkil edir. Cavabdeh Malik oğlu etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında 2 ayrı-ayrı vaxtlarda imzalanmış müqavilələr olmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixli müqavilə əsasında aldığı Samsung Galaxy A10 markalı telefona görə yaranmış borcdan boyun qaçırmır. Belə ki, həmin telefonu tanışı üçün almışdır. Hər ay ödənişləri cavabdeh yox, tanışı etdiyinə görə yaranmış borcdan məlumatlı olmamışdır. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyin fərqindədir, qanun üzrə borcunu ödəməyə hazırdır. Bundan əlavə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh Samsung Galaxy TAB A 10.1 markalı planşet almışdır. Həmin planşet alınarkən MMC tərəfindən cavabdehə qızıl zəmanət talonu verilmiş, həmin qızıl zəmanətə görə cavabdeh 81 manat əlavə ödəniş etmişdir. Belə ki, cavabdeh ödəniş cədvəlinə uyğun olaraq hər ay ödənişlərini vaxtı-vaxtında etmişdir. Lakin planşeti aldığının 9-cu ayında planşetdə müəyyən nasazlıqlar yaranmış, cavabdeh bununla bağlı MMC-yə məxsus olan “KONTAKT HOME” mağazasına yaxınlaşmış, oradan da cavabdehi mağazanın servisinə yönləndirmişlər. Servisə gələrkən servis planşeti təmir etmək üçün qəbuldan imtina etmiş, buna səbəb isə planşetin kreditinin tam ödəyib bitmədiyini bəhanə gətirmişlər. Bu səbəbdən də əməkdaşlarla aralarında müəyyən mübahisələr yaranmışdır. Lakin onlar yenə də təmir etməkdən imtina etmişlər. Halbuki qızıl zəmanətin şərtlərində belə bir hal nəzərdə tutulmamış,əksinə cavabdeh qızıl zəmanətə görə əlavə ödəniş də etmişdir. Buradan da aydın görünür ki, iddiaçı MMC özü öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə ki, istər mağaza, istərsə də Servis mərkəzi planşetin nasaz olduğunu bildiyi lazımi tədbirlər görməmiş, əksinə istifadə edə bilmədiyi mala görə cavabdehdən pul tələb etmişlər. Bundan başqa cavabdeh daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur. Bütün işimi həmin planşet vasitəsi ilə idarə etmişdir. İşlə bağlı lazımi məlumatları, şəkilləri həmin planşetə yükləmişdir. Planşetin xarab olması cavabdehə xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Həmin məlumatların silinməsi ilə bağlı işlərində xeyli zəifliklər olmuşdur. Hal-hazırda da planşet nasaz vəziyyətdədir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə etdi. Əlavə olaraq bildirdi ki, etirazda qeyd edilənlər əsassızdır. Belə ki, qızıl zəmanət talonunda göstərilmişdir ki, məhsul üzrə ödəniş şərtləri tam və vaxtında yerinə yetirilmədiyi halda, bu zəmanət şərtləri qüvvədən düşür. Maliyyə arayışından da göründüyü kimi, Cavabdeh Malik oğlu müqavilə üzrə öhdəlikləri vaxtında yerinə yetirmədiyi üçün zəmanət şərtləri qüvədən düşmüş, nasaz məhsul təmir edilməmişdir. Odur ki, iddia tələbinin tam əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Cavabdeh Malik oğlu iddia tələbini qəbul etmədi. Etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatınə dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrdən görünür ki, həmin müqavilələrə əsasən İMEİ KOD **********63529 SAMSUNG GALAXY TAB A 10.1 markalı planşet və İMEİ KOD **********01132 SAMSUNG GALAXY A10 markalı telefon almış, malların 1224,8 manat olan ümumi dəyərindən 727,4 manat ödəniş etmiş, cavabdehin ümumilikdə 497,4 manat borcu yaranmışdır. - "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 761,4 manat olan, 18 ay müddətinə, 0 manat ilkin ödəniş, aylıq ödəniş 42,3 manat olmaqla İMEİ KOD **********63529 SAMSUNG GALAXY TAB A 10.1 markalı planşet, dəyəri 463,4 manat olan, 18 ay müddətinə, ilkin 62 manat ödənişlə, aylıq ödəniş 22,3 manat olmaqla İMEİ KOD **********01132 SAMSUNG GALAXY A10 markalı telefon almışdır. Malların 1224,8 manat olan ümumi dəyərindən 727,4 manat ödəniş etmişdir. Bununla da 497,4 manat borcu yaranmışdır. - xx.xx.2020-ci il tarixli 20360949 saylı müqavilə üzrə maliyyə arayışından görünür ki, Cavabdeh Malik oğlu ödənişlərini vaxtı-vaxtında yerinə yetirməmiş xx.xx.2020-ci il tarixindən etibarən ödənişləri gecikdirmişdir. - X3 1-ci bəndindən görünür ki, bu zəmanət çərçivəsində yaranma səbəbindən asılı olmayaraq ekranın sınması, ana plata, səs dinamikləri, USB konnektorda yaranmış korlanmalar, mexaniki zədələrdən, maye keçməsindən yaranmış basazlıqlar pulsuz aradan qaldırılır, habelə oğurluq hallarında məbləğ kompensasiya edilir. 4-cü bəndindən görünür ki, zəmanət satış tarixindən qüvvəyə minir, məhsul üzrə ödəniş şərtləri tam və vaxtında yerinə yetirilmədiyi halda, bu zəmanət şərtləri qüvvədən düşür. - "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx"MMC ilə bağlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən aldığı məhsulların 1224,8 manat olan ümumi dəyərindən cəmi 727,4 manat ödəniş etmiş və nəticədə 497,4 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh malların 1224,8 manat olan ümumi dəyərindən 727,4 manat ödəniş etmiş və nəticədə 497,4 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə Cavabdeh tərəfindən verilmiş etiraza münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödənişlərdə gecikmələr etmişdir. Bununla belə, məhsulun nasaz olduğunu və qızıl zəmanət olmasına baxmayaraq təmir edilmədiyini qeyd etmişdir. X3 4-cü bəndinə əsasən məhsul üzrə ödəniş şərtləri tam və vaxtında yerinə yetirilmədiyi halda, bu zəmanət şərtləri qüvvədən düşür. Cavabdeh tərəfindən ödənişlərdə gecikmələr edildiyinə, öhdəliklər tam yerinə yetirilmədiyinə görə qızıl zəmanət şərtləri qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 497,4 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********63529 SAMSUNG GALAXY TAB A 10.1 markalı planşet üçün 337 (üç yüz otuz yeddi) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********01132 SAMSUNG GALAXY A10 markalı telefon üçün 160,4 (bir yüz altmış,qırx qəp.) manat ödənilməmiş hissə, ümumilikdə, 497,4 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********63529 SAMSUNG GALAXY TAB A 10.1 markalı planşet üçün 337 (üç yüz otuz yeddi) manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********01132 SAMSUNG GALAXY A10 markalı telefon üçün 160,4 (bir yüz altmış, qırx qəpik) manat ödənilməmiş hissə, ümumilikdə 497,4 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC -nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-6286/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6286/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver