Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-63/2023 16.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə S18K5668584 saylı müqavilə üzrə 715 (yeddi yüz on beş) manat əsas borc, 215 (iki yüz on beş) manat dəbbə pulu, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 960 (doqquz yüz altmış) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, 150 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 180 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 21 may 2019-cu il tarixində ”Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 21 may 2019-cu il tarixli S18K5668584 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 865 (səkkiz yüz altmış beş) manat olan 1 ədəd "Samsung Galaxy A50" markalı telefon almış, ilkin ödəniş olaraq 40 (qırx) manat ödəniş etmiş, nəticədə 576 (beş yüz yetmiş altı) manat borcu yaranmışdır. Cavabdeh tərəfindən 21 may 2019-cu il tarixli S18K5668584 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 55 (əlli beş) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti ümumi 865 (səkkiz yüz altmış beş) manat olan 1 ədəd “Samsung Galaxy A 50” markalı telefon üçün ümumilikdə 715 (yeddi yüz on beş) manat ödənilməmiş hissə, 215 (iki yüz on beş) manat dəbbə pulu yaranmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən, nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı Sumqayıt şəhər məhkəməsinə müraciət edərək əsas borc kimi 715 manat pulun, dəbbə pulu kimi 215 manat pulun və döblət rüsumu kimi 30 manat pulun, cəmi 960 manat məbləğdə pulun ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz iddia tələbini ilkin iddiaçı belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 21 may 2019-cu il tarixli S18K5668584 saylı müqavilə üzrə ona 865 manat dəyərində olan 1 ədəd “Samsung Galaxy A50” markalı mobil telefon satılmışdır. Telefonu alarkən cavabdeh 21 may 2019-cu il tarixdə ilkin olaraq 40 (qırx) manat ödəmişdir. Bundan sonra xx.xx.2019-ci il tarixdə 55 (əlli beş manat) ödəmişdir. Lakin, bundan sonra cavabdeh müəyyən edilmiş qrafik üzrə pulların ödənilməsini dayandırmışdır. Qarşılıqlı iddia ərizəsi ilə müraciət edib məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ilkin iddiaçı qeyd etdiyi hallar işin faktiki hallarına ziddir. Belə ki, işin həqiqi halları gizlədilmişdir, tərəfindən ödənişlərin dayandırılması səbəbi iddia ərizəsində göstərilməmişdir. Tərəflər arasında 21 may 2019-cu il tarixli S18K5668584 saylı nisyə alqı-satqı müqaviləsinin bağlanması faktı onun tərəfindən inkar edilmir. Lakin, nəzərə alınmalıdır ki ilkin iddiaçının (qarşılıqlı cavabdeh) ona təqdim etdiyi “Samsung Galaxy A50” markalı mobil telefon yararsız (xarab) çıxmışdır, yəni funksiyalarını yerinə yetirməmişdir. Bunun zavod defekti olması, yaxud telefonun sonradan satıcı tərəfındən zədələnməsi ona məlum deyil. Telefon işləmədiyi ücün 12 ay müddətinə zəmanətli olduqu üçün o, telefonu qarşılıqlı iddiaçıya geri təhvil vermiş və xahiş etmişdir ki, telefonu başqası ilə dəyişdirsinlər və yaxud telefon üçün ödədiyi ilkin olaraq 40 (qırx) manatı, bundan sonra xx.xx.2019-cu il tarixdə 55 (əlli beş manat), xx.xx.2019-ci il tarixdə 55 (əlli beş manat), ümumilikdə ödənilmiş 150 (yüz əlli) manat pulu ona qaytarsınlar. Qarşılıqlı iddiaçı telefonun qusurlu olduğunu etiraf etmiş, onu geri təhvil almışdır, lakin telefonu dəyişdirməkdən və ya pulları qaytarmaqdan imtina etmişdir. Bu hadisədən 3 il keçəndən sonra iddiaçı məhkəməyə müraciət edib həm telefonun pulunun, həm də dəbbə pulunun ondan tutulmasını xahiş etmişdir. Hesab edir ki, iddiaçı ona keyfiyyətsiz mal satdığına görə qarşısında mülki məsuliyyət daşımalıdır və ona vurduğu ziyanı ödəməlidir. Yəni keyfiyyətsiz telefon üçün ondan aldığı 150 manat ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh ilkin iddia tələbinə etiraz edərək, qarşılıqlı iddia tələbini isə müdafiə edərək bildirdi ki, o, həqiqətən də xx.xx.2019-cu il tarixdə "Samsung Galaxy A50" markalı telefon almışdır. Telefonda nöqsan olması barədə 14 gün tamam olmamış ilkin iddiaçıya məlumat vermişdir. Belə ki, telefon enerji yığmamışdır. Bu qüsur gözlə görünən olmadığından mağaza tərəfindən aradan qaldırılmalı idi. Bir ay tamam olmadan telefonun başqası ilə əvəz edilməsi üçün mağazaya təhvil vermiş, lakin təhvil vermə tarixini dəqiq xatırlamır. Telefonu təhvil verdikdən sonra 1 il ərzində mağaza ilə bu barədə maraqlanmışdır. Onu da bildirir ki, o telefonda qüsur olmasına baxmayaraq, 40 manat ilkin ödəniş etmiş, iki ay isə hər ay 55 manat olmaqla ödəniş etmişdir. Telefonu mağazaya təhvil verdikdən sonra mağaza məhsulu təmir edilməsi üçün servisə göndərmişdir. Daha sonra təmir üçün ondan əlavə olaraq 5 manat pul istəmişdir, o, isə ödəniş etməkdən imtina etmiş və telefonun mağazaya qaytarılmasını bildirmişdir. Servis telefonu mağazaya qaytarandan sonra o, telefonu mağazadan götürməmiş və ona başqa yeni telefon verilməyənə kimi, ödəniş etməyəcəyini bildirmişdir. Ona ödənişlə bağlı hər dəfə mesaj gəldikdə o, mağazaya gedib bu barədə məlumat vermişdir. Hal-hazırda heç bir əsas olmadan həmin telefona görə ödəniş etməli deyil. Qarşılıqlı iddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş 21 may 2019-cu il tarixli S18K5668584 saylı hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 865 manat olan 1 ədəd "Samsung Galaxy A50" markalı telefon almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlamışdır. İş materiallarında olan 29 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə 21 may 2019-cu il tarixli S18K5668584 saylı müqavilə üzrə 715 manat əsas, 215 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 960 manat borcu qalmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli çıxış kartından görünür ki, "Samsung Galaxy A50" markalı telefonun fiziki vəziyyəti yoxlanılmış, cihazın deformasiyası olduğu, ekranda kənar kantda arxa korpusda cızıqlar, ləkə izləri olduğu müəyən edilmiş, cihaz deformasiya uğradığından zəmanətsiz hesab edilmişdir. Müştəri ödənişli təmirdən imtina etmiş, cihaz təmir edilmədən geri qaytarılmışdır. İşdə olan İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, S18K5668584 saylı hissəhissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 865 manat dəyərində 1 ədəd Samsung Galaxy A50 markalı mobil telefon almışdır, telefon alınarkən məhsula 1 il zəmanət verilmişdir. Cavabdeh aldığı telefonu 3 ay sonra mağazaya yaxınlaşaraq səlahiyyətsiz şəxsə təqdim edib getmişdir. Bu səbəbdən telefonun təhvil alınması və onun texniki vəziyyəti barədə akt tərtib edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 25 noyabr 2022-ci il tarixli, 5/1375 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A50” markalı arxa tərəfindəki markalanma göstəricisinə görə “SM- A505FN/DS” modelli “3566xx/xx/369848/1, 3566xx/xx/369848/8” “ımeı” kodlu mobil smartfonu hal-hazırda işlək vəziyyətə gətirmək mümkün olmadı. Eyni zamanda rəydə qeyd edilmişdir ki, qərardadda qeyd edilən suallar məhkəmə kompüter-texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Belə ki, məhkəmə kompüter-texniki ekspertizasının predmetinə müxtəlif elektron qurğularda, o cümlədən smartfonlarda olan məlumatların, müxtəlif proqram məhsullarının müəyyən edilməsi, onların mübadiləsi nəticəsində yaranan rəqəmsal izlərin, pozulmuş məlumatların bərpası, rəqəmsal hesablama sistemlərində baş vermiş hadisələrin təhlili və elektron yaddaşın fəaliyyətinə aid digər bu tipli suallar aiddir. Hər hansı bir elektron cihazda mövcud qüsurların yaranma səbəbləri (istifadəçi və yaxud istehsalçı tərəfindən) cihazın sistem jurnalında qeyd olunmur və onun barəsində məlumatlar saxlanılmır. Qeyd olunan sualların cavablandırılması, yəni mobil smartfonda olan qüsurlar və onların yaranma səbəblərinin müəyyən edilməsi müvafiq istehsalçı şirkətinin məhsullarına texniki xidməti həyata keçirən qeyd edilən sahədə ixtisaslaşmış mütəxəssis tərəfindən həll edilə bilər. Məhkəmə qarşılıqlı iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası təmin edilməməlidir. Belə ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfıyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfıyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfıyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. İş materiallarında olan Cavabdeh verilmiş xx.xx.2019-cu il tarixli zəmanət talonundan görünür ki, zəmanətin şərtlərinə görə zəmanət məhsulun satış tarixindən başlayaraq göstərilən müddət ərzində istehsalçının təqsiri üzündən yaranmış nasazlığın aradan qaldırılması, sıradan çıxmış hissənin təmiri və ya yeni hissə ilə ödənişsiz şəkildə dəyişdirilməsi deməkdir. Zəmanətli servis xidmətini həyata keçirmək üçün məhsul müştəri və ya istifadəçi tərəfindən zəmanət talonu ilə birlikdə servis mərkəzinə gətirilməlidir. Zəmanətli təmir məqsədilə qəbul olunmuş məhsul 14-30 iş günü ərzində təmir edilərək geri qaytarılır. Zəmanətli təmir zamanı təmir müddəti hər hansı səbəbə görə 14 iş günündən artıq çəkərsə, təmirə sərf olunan əlavə gün zəmanət müddətinin üzərinə gələcək. Ümumi istifadə qaydalarına riayət edilməməsi nəticəsində yaranan nasazlıqlar və mexaniki zədələnmələr (cızıq, əyilmə, tozlanma, kirlənmə, nəm çəkmə və s.) zəmanətli xidmətə aid edilmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ilkin iddiaçı tərəfındən müqavilə şərtləri və qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq, cavabdehə keyfıyyəti alqı-satqı müqaviləsinə uyğun gələn mal (telefon) təhvil verilməmiş, cavabdehin həmin malın dəyişdirilməsi barədə müraciəti təmin olunmamış, telefon zəmanət müddəti və şərtləri daxilində cavabdehdən qəbul edilərək təmir olunmuş vəziyyətdə cavabdehə qaytarılmamışdır. Halbuki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfıyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfıyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi tələb etmək hüququna malikdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfıyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Həmin Qanunun 15-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. Məhkəmə onu da qeyd edir ki, müqavilə üzrə satılan məhsulun yararsız olması, yəni işlək vəziyyətdə olmaması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 25 noyabr 2022-ci il tarixli, 5/1375 nömrəli rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2019-cu il tarixli çıxış kartında cihazın (telefonun) deformasiyaya uğradığından zəmanətsiz hesab edildiyi qeyd edilsə də, ilkin iddiaçı tərəfindən cihazda olan deformasiyanın nədən ibarət olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslı deyil və təmin edilməməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehə keyfiyyəti alqı-satqı müqaviləsinin şərtlərinə uyğun gələn əşya verdiyini sübut edə bilməmişdir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). İlkin iddia ərizəsinin məzmunundan görünür ki, ilkin iddiaçı cavabdehin 715 manat əsas borcu qaldığını bildirmiş, beləliklə onun tərəfindən 150 (865-715) manat məbləğində ödəniş edildiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun mal satmamaqla üzərinə düşən öhdəliyi lazimi qaydada yerinə yetirməmiş və nəticədə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh keyfiyyəti alqı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlməyən əşyaya görə ödədiyi pulun İddiaçı tərəfindən geri qaytarılması barədə qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, ilkin İddiaçı iddia tələbi təmin edilmədiyindən onun məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat onun özünə aid edilməli, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi təmin edildiyindən məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da ilkin İddiaçı alınmalı və qarşılıqlı iddiaçı Cavabdeh ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edildiyindən və ilkin iddia tələbi isə təmin olunmadığından iş üzrə keçirilmiş ekspertiza xərci ilkin iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 80 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin İddiaçı Cavabdeh qarşı pultələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İlkin İddiaçı 150 (bir yüz əlli) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq qarşılıqlı iddiaçı Cavabdeh ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə-texniki ekspertizasının xərci olaraq ilkin İddiaçı 80 (səksən) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ********************) saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-63/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-63/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver