Məhkəmə qərarları › İş №e-2(060)-6300/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6300/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6300/2023 25.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh S4K5737254 nömrəli, 03 iyun 2019-cu il tarixli müqavilə üzrə 431 manat əsas, 128 manat dəbbə pulu, S4K5737963 nömrəli, 11 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 796 manat əsas, 238 manat dəbbə pulu, S4K5823393 nömrəli, 24 may 2020-ci il tarixli müqavilə üzrə 320 manat əsas, 95 manat dəbbə pulu və 41 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2049 manat pulun onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03 iyun 2019-cu il, 11 sentyabr 2019-cu il və 24 may 2020-ci il tarixlərində Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə aralarındakı S4K5737254 nömrəli, S4K5737963 nömrəli və S4K5823393 nömrəli hissə-hıssə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən S4K5737254 nömrəli müqavilə üzrə 1380 manat dəyəri olan 1 ədəd “Riffel” markalı kondisioner Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S4K5737963 nömrəli müqavilə üzrə 1591 manat dəyəri olan 1 ədəd "Beko" markalı soyuducu, 1 ədəd “Beko” markalı tozsoran və 1 ədəd “Riffel” markalı ütü Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S4K5823393 nömrəli müqavilə üzrə 410 manat dəyəri olan 1 ədəd “Riffel” markalı televizor Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı S4K5737254 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 1380 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 14 ay müddətinə, aylıq 98,57 manat olmaqla, hər ayın 02-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S4K5737963 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 1591 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 13 ay müddətinə, aylıq 122.38 manat olmaqla, hər ayın 10-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S4K5823393 nönırəli müqavilo üzro 0 manat ilkin ödəniş olmaqla, qalan 410 nıanat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 22,78 manat olmaqla, hər ayın 23-dək ödəmək Öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənın 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafıq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmış və nəticədə onun S4K5737254 nömrəİi müqavilə üzrə 431 manat asas, 128 manat dəbbə pulu olmaqla, 559 manat S4K5737963 nömrəli müqaviiə üzrə 796 manat əsas, 238 manat dəbbə pulu olmaqla, 1034 manat, S4K5823393 nömrəli müqavilə üzrə 320 manat əsasa 95 manat dəbbə pulu olmaqla, 415 manat borcu yaranmışdır. Alıcı tərəfindən S4K5737254 nömrəli, 03 iyun 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 30 manat ödəniş, S4K5737963 nömrəli, 11 sentyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 30 manat ödəniş, S4K5823393 nömrəli, 24 may 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 30 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş S4K5737254 nömrəli, 03 iyun 2019-cu il tarixli hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 1380 manat dəyəri olan 1 ədəd “Riffel” markalı kondisioner almışdır. İş materiallarına əlavə olunmuş S4K5737963 nömrəli, 11 sentyabr 2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 1591 manat dəyəri olan 1 ədəd "Beko" markalı soyuducu, 1 ədəd “Beko” markalı tozsoran və 1 ədəd “Riffel” markalı ütü almışdır. İş materiallarına əlavə olunmuş S4K5823393 nömrəli, 24 may 2020-ci il tarixli hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 410 manat dəyəri olan 1 ədəd “Riffel” markalı televizor almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İş materiallarında olan 06 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə S4K5737254 nömrəli, 03 iyun 2019-cu il tarixli müqavilə üzrə 431 manat əsas, 128 manat dəbbə pulu, S4K5737963 nömrəli, 11 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 796 manat əsas, 238 manat dəbbə pulu, S4K5823393 nömrəli, 24 may 2020-ci il tarixli müqavilə üzrə 320 manat əsas, 95 manat dəbbə pulu,və 41 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2049 manat borcu qalmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında S4K5737254 nömrəli, 03 iyun 2019-cu il tarixli, S4K5737963 nömrəli, 11 sentyabr 2019-cu il tarixli və S4K5823393 nömrəli, 24 may 2020-ci il tarixli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1547 (431+796+320) manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 461 (128+238+95) manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 85 (20+50+15) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 80 faiz hissədə) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 41 manat dövlət rüsumunun 32 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 9 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh S4K5737254 nömrəli, 03 iyun 2019-cu il tarixli müqavilə üzrə 431 (dörd yüz otuz bir) manat əsas, 20 (iyirmi) manat dəbbə pulu, S4K5737963 nömrəli, 11 sentyabr 2019cu il tarixli müqavilə üzrə 796 (yeddi yüz doxsan altı) manat əsas, 50 (əlli) manat dəbbə pulu, S4K5823393 nömrəli, 24 may 2020-ci il tarixli müqavilə üzrə 320 (üç yüz iyirmi) manat əsas, 15 (on beş) manat dəbbə pulu olmaqla, ümumilikdə 1632 (bir min altı yüz otuz iki) manat borc və ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manat hissəsi tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar