Məhkəmə qərarları › İş №e-2(060)-6315/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6315/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6315/2022 07.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx"MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Tozsoran Philips üçün 30,5 (otuz manat, əlli qəpik) manat ödənilməmiş hissə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Çaynik GORENJE, Tonometr Beurerüçün 132,3 (yüz otuz iki manat, otuz qəpik) manat ödənilməmiş hissə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********51782 Samsung GalaxyA12 markalı telefon üçün 335,4 (üç yüz otuz beş manat, qırx qəpik) manat ödənilməmiş hissə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu HOFFMAN üçün 164,5 (yüz altmış dörd manat, qəpik) manat, ödənilməmiş hissə; 06.02.020-ci il tarixli müqaviləsinə əsasən, , Soft - Yumsaq mebel üçün 187,3 (yüz səksən yeddi manat, otuz qəpik) manat ödənilməmiş hissə, ümumilikdə 850 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, Tozsoran Philips, Çaynik GORENJE, Tonometr Beurer, İmei kodu **********51782 Samsung Galaxy A12 markalı telefon, Soyuducu HOFFMAN, Soft - Yumsaq mebeallmış və nəticədə 850 (səkkiz yüz əlli) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 342 (üç yüz qırx iki) manat (12 ay x 28,5 manat + 0 manat ilkin ödəniş) olan Tozsoran Philips üçün 30,5 (otuz manat, əlli qəpik) manat olmaqla ondan, 30,5 (otuz manat, əlli qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 176,4 (yüz yetmiş altı manat, qırx qəpik) manat (12 ay x 14,7 manat + 0 manat ilkin ödəniş) olan Çaynik GORENJE, Tonometr Beurer üçün 132,3 (yüz otuz iki manat, otuz qəpik) manat olmaqla ondan 132,3 (yüz otuz iki manat, otuz qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 403,2 (dörd yüz üç manat, iyirmi qəpik) (12 ay x 33,6 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********51782 Samsung GalaxyA12 markalı telefon üçün 335,4 (üç yüz otuz beş manat, qırx qəpik) manat olmaqla ondan 335,4 (üç yüz otuz beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 660 (altı yüz altmış) manat (12 ay x 55 manat + 0 manat ilkin ödəniş) olan Soyuducu HOFFMAN üçün 164,5 (yüz altmış dörd manat, əlli qəpik) manat olmaqla ondan 164,5 (yüz altmış dörd manat, əlli qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 561,6 (beş yüz altmış bir manat, altmış qəpik) manat (24 ay x 23,4 manat + 0 manat ilkin ödəniş) olan , Soft - Yumsaq mebel üçün 187,3 (yüz səksən yeddi manat, otuz qəpik) manat olmaqla ondan 187,3 (yüz səksən yeddi manat, otuz qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1293,2 manat təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20082998 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 561,6 (beş yüz altmış bir manat, altmış qəpik) manat olan, Soft - Yumşaq mebel almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21231277 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 660 (altı yüz altmış) manat olan HOFFMAN markalı Soyuducu almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22061148 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 342 (üç yüz qırx iki) manat (olan Tozsoran Philips almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22269118 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 403,2 (dörd yüz üç manat, iyirmi qəpik) olan İmei kodu **********51782 Samsung GalaxyA12 markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23043390 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 176,4 (yüz yetmiş altı manat, qırx qəpik) manat olan Çaynik GORENJE, Tonometr Beurer almışdır. - xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Soft - Yumşaq mebel, HOFFMAN markalı Soyuducu, Tozsoran Philips, İmei kodu **********51782 Samsung GalaxyA12 markalı telefon, Çaynik GORENJE, Tonometr Beurer Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən Soft - Yumşaq mebel, HOFFMAN markalı Soyuducu, Tozsoran Philips, İmei kodu **********51782 Samsung GalaxyA12 markalı telefon, Çaynik GORENJE, Tonometr Beurer almış və 1293,2 manat ödəniş etmişdir. -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən alınan malların 2143,2 manat olan ümumi dəyərindən cəmi 1293,2 manat ödəniş etmiş və nəticədə 850 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 2143,2 manat ümumi dəyərindən cəmi 1293,2 manat ödəniş etmiş və nəticədə 850 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Tozsoran Philips üçün 30,5 (otuz manat, əlli qəpik) manat ödənilməmiş hissə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Çaynik GORENJE, Tonometr Beurer üçün 132,3 (yüz otuz iki manat, otuz qəpik) manat ödənilməmiş hissə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********51782 Samsung GalaxyA12 markalı telefon üçün 335,4 (üç yüz otuz beş manat, qırx qəpik) manat ödənilməmiş hissə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Soyuducu HOFFMAN üçün 164,5 (yüz altmış dörd manat, qəpik) manat ödənilməmiş hissə; 06.02.020-ci il tarixli müqaviləyə əsasən, Soft - Yumsaq mebel üçün 187,3 (yüz səksən yeddi manat, otuz qəpik) manat ödənilməmiş hissə, ümumilikdə 850 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar