Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6352/2025 17.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İMEİ KODU **********14238 İPHONE 15 PRO MAX markalı telefon, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ,PLAYSTATİON 5 SLİM OYUN KONSOLU almış və nəticədə 5230.02 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5296.04 manat olan İMEİ KODU **********14238 İPHONE 15 PRO MAX markalı telefon, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ üçün ümumillikdə 4513.52 manat olmaqla ondan, 4103.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 410.32 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 951.36 manat olan PLAYSTATİON 5 SLİM OYUN KONSOLU üçün ümumilikdə 716.5 manat olmaqla ondan, 651.36 ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65.14 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1492.84 manat təşkil edir.
İddiaçının tələbi:
2. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4103.2 manat ödənilməmiş hissə, 410.32 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 651.36 manat ödənilməmiş hissə, 65.14 manat cərimə, ümumilikdə 5230.02 manat borc və 72.31 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Cavabdehin etirazı:
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.
Tərəflərin izahatı:
4. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
İş materiallarına əlavə edilmiş sənədlər:
7. xx.xx.2024-cü il tarixli 10778304 saylı alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən Cavabdeh iddiaçıdan İMEİ KODU **********14238 İPHONE 15 PRO MAX markalı telefon, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ almışdır. Satılan malın qiyməti 5296.04 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən Cavabdeh iddiaçıdan PLAYSTATİON 5 SLİM OYUN KONSOLU almışdır. Satılan malın qiyməti 951.36 manat təşkil etmişdir.
8. xx.xx.2024-cü il tarixli 10778304 saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş satılmış əşyaların təhvil verilməsi haqqında akta əsasən cavabdeh tərəfindən İMEİ KODU **********14238 İPHONE 15 PRO MAX markalı telefon, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ qüsursuz halda təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli ********** saylı alqı-satqı müqaviləsinə əlavə olunmuş Satılmış əşyaların təhvil verilməsi haqqında akta əsasən cavabdeh tərəfindən PLAYSTATİON 5 SLİM OYUN KONSOLU qüsursuz halda təhvil alınmışdır.
9. Cavabdeh xx.xx.2024-cü il tarixli 10778304 saylı alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətinə hər ay 410.32 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2025-ci il tarixli ********** saylı alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətinə hər ay 54.28 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür.
10. xx.xx.2025-ci il tarixli bildirişə əsasən, müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.
11. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cəmi ödədiyi məbləğ 1192.84 manat, ödənilməmiş məbləğ 4103.2 manat, dəbbə borcu 410.32 manat olmaqla, ümumilikdə 4513.52 manat borcu vardır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cəmi ödədiyi məbləğ 300 manat, ödənilməmiş məbləğ 651.36 manat, dəbbə borcu 65.14 manat olmaqla, ümumilikdə 716.50 manat borcu vardır
12. 29.08.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, Cavabdeh xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələbetmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik)üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
17. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki,tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM Maddə 601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı öz təsdiqini tapır.
18. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)
19. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə göstərilən cərimə 40 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə göstərilən cərimə 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq hesab edir. (MM m.467)
20. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 4103.2 manat, dəbbə borcu 40 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 651.36 manat, dəbbə borcu 10 manat olmaqla, ümumilikdə 4804.56 manat pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalı,qalan hissədə iddia tələbi təmin edilməməlidir.
Məhkəmə xərcləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68.05 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia tələbi qismən təmin edilsin.
2. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 4103.2 manat, dəbbə borcu 40 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 651.36 manat, dəbbə borcu 10 manat olmaqla, ümumilikdə 4804.56 (dörd min səkkiz yüz dörd manat əlli altı qəpik) manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68.05 (altmış səkkiz manat beş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Aynur Behbudova