Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6384/2024 25.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra -cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********15597 SAMSUNG GALAXY A24 markalı telefon üçün 271.04 (iki yüz yetmiş bir manat dörd qəpik) manat ödənilməmiş hissə, 27.96 (iyirmi yeddi manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********12547 XİAOMİ REDMİ 10A markalı telefon üçün 199.4 (yüz doxsan doqquz manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 19.54 (on doqquz manat əlli dörd qəpik) manat cərimə olmaqla, ümumilikdə 518 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən İMEİ KODU **********15597 SAMSUNG GALAXY A24 markalı telefon, İMEİ KODU **********12547 XİAOMİ REDMİ 10A mad telefon almış və nəticədə 518 (beş yüz on səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 815.04 (səkkiz yüz on beş manat dörd qəpik) manat (12 ay x 67.92 manat + 0 manat ilkin ödəniş) olan, İMEİ KODU **********15597 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə 299 (iki yüz doxsan doqquz) manat olmaqla ondan 271.04 (iki yüz yetmiş bir manat dörd qəpik) manat ödənilməmiş hissə, 27.96 (iyirmi yeddi manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 342 (üç yüz qırx iki) manat (12 ay x 28.5 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********12547 XİAOMİ REDMİ 10A markalı telefon üçün ümumilikdə, 219 (iki yüz on doqquz) manat olmaqla ondan, 199.46 (yüz doxsan doqquz manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 19.54 (on doqquz manat əlli dörd qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 686.54 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh xx.xx.1967-ci ildə, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ KODU **********15597 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ KODU **********12547 XİAOMİ REDMİ 10A MARKALİ TELEFON satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində, ilkin ödənişsiz, hər ay 67,92 manat, xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində, ilkin ödənişsiz, hər ay 28,5 manat iddiaçıya ödəməli idi. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 815,04 manat olan İMEİ KODU **********15597 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON üçün hazırda ümumilikdə 271,04 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 544 manat təşkil edir. Alqı-satqı qiyməti 342 manat olan cavabdehə İMEİ KODU **********12547 XİAOMİ REDMİ 10A MARKALİ TELEFON üçün hazırda ümumilikdə 199,46 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 142,54 manat təşkil edir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktlarına əsasən İmei kodu **********34840 Honor X9B markalı telefon, İMEİ KODU **********12547 XİAOMİ REDMİ 10A MARKALİ TELEFON iddiaçıdan tam qüsursuz halda təhvil alınmışdır. İşdən göründüyü kimi xx.xx.2024-cü il tarixində iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə 271,04 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 199,46 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı məbləği tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə hesab edir ki, 271,04 manat əsas borca 27,96 manat, 199,46 manat əsas borca 19,54 manat cərimənin tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 25 (iyirmi beş) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 271,04 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 199,46 manat əsas borca 10 manat cərimə olmaqla, ümumilikdə 495 (dörd yüz doxsan beş) manat 50 (əlli) qəpik pul və 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-6384/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6384/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver