Məhkəmə qərarları › İş №e-2(060)-6397/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6397/2025

24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6397/2025 24.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumillikdə 1528.16 manat borc və 35.29 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərindəki müqavilələrə əsasən, TƏRƏZİ KENWOOD, 2 ədəd YASTİQ - TEKSTİL, 2 ədəd YORĞAN - TEKSTİL, TUZLUK , 2 ədəd ŞARAP KADEHİ, PORSELEN -BH - 24 PARÇAYEMEK SETİ, MAKYAJ AYNASİ,ədəd METBEX QABLARİ, 2 ədəd EL HAVLUSU, BİŞİRMƏ CAYDAN DƏSTİ, 2 ədəd TUZLUK, İNVİSTA xalça, FİTTED ÇARŞAF SET- TEKSTİL, 4 ədəd METBEX QABLARİ, HUAWEİ WATCH FİT 2 qol saatı, SÜFRƏ – TEKSTİL, NEVRESİM TAKİMİ, KUPARANFORCE NEVRESİM TAKİMİ, YORĞAN – TEKSTİL, FRENCH PRESS, SABUNLUK , 2 ədəd ASKİ, 2 ədəd DÜZENLEYİASKİ,SPİRALLİ PEÇ LUXELL, ÖNLÜK ,SONY qulaqlıq, PİKE TAKİMİ – TEKSTİL, 6 ədəd ÇEREZLİK , 2 ədəd 2-Lİ KASE SETİ,ədəd KASE , VÜCUT BAKİM, DONDURMA KASESİ,TEPSİ , SAKLAMAKABİ, SÜFRƏ FİORE, 4LÜ BANYO SETİ almış nəticədə 1528.16 (bi rmin beş yüz iyirmi səkkiz manat on altı qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 804.96 (səkkiz yüz dörd manat doxsan altı qəpik) manat (18 ay x 44.72 manat + 0 manat ilkin ödəniş) olan TƏRƏZİ KENWOOD, 2 ədəd YASTİQ - TEKSTİL, 2 ədəd YORĞAN - TEKSTİL, TUZLUK , 2 ədəd ŞARAP KADEHİ, PORSELEN -BH - 24 PARÇA YEMEK SETİ, MAKYAJ AYNASİ, ədəd METBEX QABLARİ, 2 ədəd EL HAVLUSU, BİŞİRMƏ CAYDAN DƏSTİ üçün 447.68 (dörd yüz qırx yeddi manat, altmış səkkiz qəpik) manat olmaqla ondan, 406.98 (dörd yüz altı manat, doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 40.70 (qırx manat, yetmiş qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1041.66 (bir min qırx bir manat, altmış altı qəpik) manat (18 ay x 57.87 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd TUZLUK, İNVİSTA xalça, FİTTED ÇARŞAF SETİ - TEKSTİL, 4 ədəd METBEX QABLARİ,HUAWEİ WATCH FİT 2 qol saatı, SÜFRƏ – TEKSTİL üçün 381.47 (üç yüz səksən bir manat, qırx yeddi qəpik) manat olmaqla ondan 346.79 (üç yüz qırx altı manat, yetmiş doqquz qəpik) manat ödənilməmiş hissə, 34.68 (otuz dörd manat, altmış səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 241.2 (iki yüz qırx bir manat, iyirmi qəpik) manat (18 ay x 13.4 manat + 0 manat ilkin ödəniş) olan NEVRESİM TAKİMİ üçün 201.43 (iki yüz bir manat, qırx üç qəpik) manat olmaqla ondan 183.12 (yüz səksən üç manat, on iki qəpik) manat ödənilməmiş hissə, 18.31 (on səkkiz manat, otuz bir qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 300.6 (üç yüz manat, altmış qəpik) manat (18 ay x 16.7 manat + 0 manat ilkin ödəniş) olan KUPA, RANFORCE NEVRESİM TAKİMİ, YORĞAN – TEKSTİL üçün 173.9 (yüz yetmiş üç manat, doxsan qəpik) manat olmaqla ondan 158.09 (yü zəllii səkkiz manat, doqquz qəpik) manat ödənilməmiş hissə, 15.81 (on beş manat, səksən bir qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 330.12 (üç yüz otuz mnat, on iki qəpik) manat (18 ay x 18.34 manat + 0 manat ilkin ödəniş) olan FRENCH PRESS, SABUNLUK , 2 ədəd ASKİ, 2 ədəd DÜZENLEYİCİ ASKİ,SPİRALLİ PEÇ LUXELL, ÖNLÜ,SONY qulaqlıq üçün 144.58 (yüz qırx dörd manat, əlli səkkiz qəpik) manat olmaqla ondan 131.44 (yüz otuz bir manat, qırx dörd qəpik) manat ödənilməmiş hissə, 13.14 (on üç manat on dörd qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 219.96 (iki yüz on doqquz manat, doxsan altı qəpik) manat (18 ay x 12.22 manat + 0 manat ilkin ödəniş) olan PİKE TAKİMİ – TEKSTİL üçün 132.79 (yüz otuz iki manat, yetmiş doqquz qəpik ) manat olmaqla ondan 120.72 (yüz iyirmi manat, yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 12.07 (on ik manat, yeddi qəpik) manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 200.78 (iki yüz manat, yetmiş səkkiz qəpik) manat (6 ay x 31.57 manat + 11.36 manat ilkin ödəniş) olan 6 ədəd ÇEREZLİK , 2 ədəd 2-Lİ KASE SETİ, 7 ədəd KASE , VÜCUT BAKİM, DONDURMA KASESİ , TEPSİ ,SAKLAMA KABİ, SÜFRƏ FİORE, 4LÜ BANYO SETİ üçün 46.31 (qırx altı manat, otuz bir qəpik ) manat olmaqla ondan 42.1 (qırx ki manat. on qəpik) manat ödənilməmiş hissə, 4.21 (dörd manat, iyirmi bir qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1750.04 manat təşkil edir.Məhkəmə hazırkı iddianın qiymətinin 5000 (beş min) manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin idda icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdu, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 29 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş 0 manat olmaqla, qalan məbləği 18 ay müddətində hər ay 44.72 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 804.96 manat təşkil edən TƏRƏZİ KENWOOD, 2 ədəd YASTİQ - TEKSTİL, 2 ədəd YORĞAN - TEKSTİL, TUZLUK , 2 ədəd ŞARAP KADEHİ, PORSELEN -BH - 24 PARÇA YEMEK SETİ, MAKYAJ AYNASİ, ədəd METBEX QABLARİ, 2 ədəd EL HAVLUSU, BİŞİRMƏ CAYDAN DƏSTİNƏ görə 397.98 manat ödəniş etmiş və 406.98 manat ümumillikdə ödənilməmiş borcu qalmış, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş 0 manat olmaqla, qalan məbləği 18 ay müddətində hər ay 57.87 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 1041.66 manat təşkil edən TUZLUK, İNVİSTA xalça, FİTTED ÇARŞAF SETİ - TEKSTİL, 4 ədəd METBEX QABLARİ,HUAWEİ WATCH FİT 2 qol saatı, SÜFRƏ – TEKSTİLƏ görə 694.87 manat ödəniş etmiş və 381.47 manat ümumillikdə ödənilməmiş borcu qalmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş 0 manat olmaqla, qalan məbləği 18 ay müddətində hər ay 13.4 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 241.2 manat təşkil edən NEVRESİM TAKİMİNA görə 58.08 manat ödəniş etmiş və 201.43 manat ümumillikdə ödənilməmiş borcu qalmış, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 18 ay müddətində hər ay 16.7 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 300.6 manat təşkil edən KUPA, RANFORCE NEVRESİM TAKİMİ, YORĞAN – TEKSTİLƏ görə 142.51 manat ödəniş etmiş və 173.90 manat ümumilikdə ödənilməmiş borcu qalmış,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 18 ay müddətində hər ay 18.34 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 330.12 manat təşkil edən FRENCH PRESS, SABUNLUK , 2 ədəd ASKİ, 2 ədəd DÜZENLEYİCİ ASKİ,SPİRALLİ PEÇ LUXELL, ÖNLÜ,SONY qulaqlıqa görə 198.68 manat ödəniş etmiş və 144.58 manat ümumilikdə ödənilməmiş borcu qalmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 18 ay müddətində, hər ay 12.22 manat ödəmək şərti ilə aldığı,alqı-satqı qiyməti 219.96 manat təşkil edən PİKE TAKİMİ – TEKSTİLƏ görə 99.24 manat ödəniş etmiş və ümumilikdə 132.79 manat borcu qalmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 6 ay müddətində, hər ay 31.57 manat ödəmək şərti ilə aldığı,alqı-satqı qiyməti 200.78 manat təşkil edən 6 ədəd ÇEREZLİK , 2 ədəd 2-Lİ KASE SETİ, 7 ədəd KASE , VÜCUT BAKİM, DONDURMA KASESİ , TEPSİ ,SAKLAMA KABİ, SÜFRƏ FİORE, 4LÜ BANYO SETİNƏ görə 158.68 manat ödəniş etmiş və ümumilikdə 46.31 manat borcu qalmışdır. Ümumillikdə 7 müqavilə üzrə əsas borca ödənilmiş məbləğ 1750.04 manat təşkil etməklə, əsas borca ödənilməmiş məbləğ 1389.24 manat və cərimə 138.92 manat olmaqla ümumillikdə ödənilməmiş 1528.16 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən TƏRƏZİ KENWOOD, 2 ədəd YASTİQ - TEKSTİL, 2 ədəd YORĞAN - TEKSTİL, TUZLUK , 2 ədəd ŞARAP KADEHİ, PORSELEN -BH - 24 PARÇA YEMEK SETİ, MAKYAJ AYNASİ, ədəd METBEX QABLARİ, 2 ədəd EL HAVLUSU, BİŞİRMƏ CAYDAN DƏSTİ almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş TƏRƏZİ KENWOOD, 2 ədəd YASTİQ - TEKSTİL, 2 ədəd YORĞAN - TEKSTİL, TUZLUK , 2 ədəd ŞARAP KADEHİ, PORSELEN -BH - 24 PARÇA YEMEK SETİ, MAKYAJ AYNASİ, ədəd METBEX QABLARİ, 2 ədəd EL HAVLUSU, BİŞİRMƏ CAYDAN DƏSTİ tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 18 ay müddətində hər ay 44.72 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən TUZLUK, İNVİSTA xalça, FİTTED ÇARŞAF SETİ - TEKSTİL, 4 ədəd METBEX QABLARİ,HUAWEİ WATCH FİT 2 qol saatı, SÜFRƏ – TEKSTİL almış, həmin tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli müqavilədə nəzərdə tutulmuş TUZLUK, İNVİSTA xalça, FİTTED ÇARŞAF SETİ - TEKSTİL, 4 ədəd METBEX QABLARİ,HUAWEİ WATCH FİT 2 qol saatı, SÜFRƏ – TEKSTİL tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 18 ay müddətində hər ay 57.87 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən NEVRESİM TAKİMİ almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş NEVRESİM TAKİMİ tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 18 ay müddətində hər ay 13.4 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən KUPA, RANFORCE NEVRESİM TAKİMİ, YORĞAN – TEKSTİL almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş KUPA, RANFORCE NEVRESİM TAKİMİ, YORĞAN – TEKSTİLİ tam qüsursuz halda təhvil almış və 18 ay müddətində hər ay 16.7 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən FRENCH PRESS, SABUNLUK , 2 ədəd ASKİ, 2 ədəd DÜZENLEYİCİ ASKİ,SPİRALLİ PEÇ LUXELL, ÖNLÜ,SONY qulaqlıq almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş FRENCH PRESS, SABUNLUK , 2 ədəd ASKİ, 2 ədəd DÜZENLEYİCİ ASKİ,SPİRALLİ PEÇ LUXELL, ÖNLÜ,SONY qulaqlıq tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 18 ay müddətində hər ay 18.34 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-PİKE TAKİMİ – TEKSTİL almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş PİKE TAKİMİ – TEKSTİLİ tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 18 ay müddətində hər ay 12.22 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-6 ədəd ÇEREZLİK , 2 ədəd 2-Lİ KASE SETİ, 7 ədəd KASE , VÜCUT BAKİM, DONDURMA KASESİ , TEPSİ ,SAKLAMA KABİ, SÜFRƏ FİORE, 4LÜ BANYO SETİ almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş 6 ədəd ÇEREZLİK , 2 ədəd 2-Lİ KASE SETİ, 7 ədəd KASE , VÜCUT BAKİM, DONDURMA KASESİ , TEPSİ ,SAKLAMA KABİ, SÜFRƏ FİORE, 4LÜ BANYO SETİNİ tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 6 ay müddətində hər ay 31.57 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə bağlanmış müqavilələrə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilələrin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə 50 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 406,98 manat ödənilməmiş hissə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 346.79 manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 183.12 manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 158.09 manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 131.44 manat ödənilməmiş hissə ,xx.xx.2024-cü il tarixli müqavilə üzrə 120.72 manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə 42.1 manat ödənilməmiş hissə, 7 müqavilə üçün ümumi 50 manat cərimə ümumillikdə 1439.24 manat borc və ödənilmiş 34.39 manat dövlət rüsumu məbləğində pul tutulub İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 34.39 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 – 284-6, 216-220-ci və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 406,98 manat ödənilməmiş hissə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 346.79 manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 183.12 manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 158.09 manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 131.44 manat ödənilməmiş hissə ,xx.xx.2024-cü il tarixli müqavilə üzrə 120.72 manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə 42.1 manat ödənilməmiş hissə, 7 müqavilə üçün ümumi 50 manat cərimə, ümumillikdə 1439.24 (bir min dörd yüz otuz doqquz manat iyirmi dörd qəpik) manat borc və ödənilmiş 34.39 manat dövlət rüsumu məbləğində pul alınıb İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar