Məhkəmə qərarları › İş №e-2(060)-6433/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6433/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6433/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən “APPLE AİRPODS PRO” markalı qulaqlıq üçün 495,22 manat ödənilməmiş hissə, 49,78 manat cərimə, xx.xx.2021-ci il, tarixli müqaviləsinə əsasən, İmei kodu **********39966 olan “SAMSUNG GALAXY A52” markalı telefon üçün 300 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********13477 olan “ SAMSUNG GALAXY A12” markalı telefon, “AİWAATX80Q BLACK” markalı qulaqlıq üçün 142,4 manat ödənilməmiş hissə, 14,6 manat cərimə olmaqla, ümumilikdə 1032 manat borc və 30,32 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir (284-4.1.3.). Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz (284-4.2.). Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır (284-4.3.). İşdən göründüyü kimi iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr əsasında yaranmış borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Lakin iddia ərizəsinə xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrin surətləri əlavə olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-4-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbulundan imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar