Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6512/2024 04.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Behbudova Aynur Mirzalı qızının sədrliyi Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ECK5866296 nömrəli, 09 aprel 2020-ci il tarixli müqavilə üzrə 805 manat əsas, 241 manat dəbbə pulu, ECK5866032 nömrəli, 21 aprel 2020-ci il tarixli müqavilə üzrə 1580 manat əsas, 474 manat dəbbə pulu, ECK5866957 nömrəli, 28 may 2020-ci il tarixli müqavilə üzrə 2087 manat əsas, 626 manat dəbbə pulu və 79 manat iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5892 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnaməqəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 09 aprel 2020-ci il, 21 aprel 2020-ci il və 28 may 2020-ci tarixində “Alqı-satqı” müqavilələri bağlanmışdır. Cavabdeh 09 aprel 2020-ci il tarixli ECK5866296 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1029 (bir min iyirmi doqquz) manat olan 1 ədəd “Sony” markalı playstation 4 almış, ilkin ödəniş olaraq 45 (qırx beş) manat ödəniş etmiş, nəticədə 984 (doqquz yüz səksən dörd) manat borc yaranmış, 21 aprel 2020-ci il tarixli ECK5866032 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2639 (iki min altı yüz otuz doqquz) manat olan 1 ədəd “Samsung Galaxy S20+” markalı telefon almış, ilkin ödəniş olaraq 719 (yeddi yüz on doqquz) manat ödəniş etmiş, nəticədə 1920 (bir min doqquz yüz iyirmi) manat borc yaranmış və 28 may 2020-ci il tarixli ECK5866957 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2304 (iki min üç yüz dörd) manat olan 1 ədəd “Acer” markalı noutbook almış, ilkin ödəniş olaraq 0 (sıfır) manat ödəniş etmiş, nəticədə 2304 (iki min üç yüz dörd) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 09 aprel 2020-ci il tarixli ECK5866296 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 15 (on beş) manat ödəniş edilmiş, 21 aprel 2020-ci il tarixli ECK5866032 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci ildə 20 (iyirmi) manat ödəniş edilmiş və 28 may 2020-ci il tarixli ECK5866957 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci ildə 25 (iyirmi beş) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və ECK5866296 saylı müqavilə üzrə alqı-satqı qiyməti 1029 (min iyirmi doqquz) manat olan 1 ədəd “Sony” markalı playstation 4 üçün ümumilikdə 805 (səkkiz yüz beş) manat ödənilməmiş hissə, 241 (iki yüz qırx bir) manat dəbbə borcu, alqı-satqı qiyməti ECK5866032 saylı müqavilə üzrə ümumi 2639 (iki min altı yüz otuz doqquz) manat olan İ ədəd “Samsung Galaxy S20+” markalı telefon üçün ümumilikdə 1580 (bir min beş yüz səksən) manat ödənilməmiş hissə, 474 (dörd yüz yetmiş dörd) manat dəbbə pulu yaranmış və alqı-satqı qiyməti ECK5866957 saylı müqavilə üzrə ümumi 2304 (iki min üç yüz dörd) manat olan 1 ədəd “Acer” markalı noutbook ümumilikdə 2087 (iki min səksən yeddi) manat ödənilməmiş hissə, 626 (altı yüz iyirmi altı) manat dəbbə pulu yaranmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin müdafiə etdiyini, həmçinin səhhətində olan probləmlərlə bağlı olaraq məhkəmə iclasında iştirak etməyi mümkün olmayacağını bildirmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirdib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 09 aprel 2020-ci il, 21 aprel 2020-ci il və 28 may 2020-ci il tarixlərində Cavabdeh ilə İddiaçı arasında ECK5866296 nömrəli, ECK5866032 nömrəli, ECK5866957 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. İddiaçı ECK5866296 nömrəli müqaviləyə əsasən 1029 manat dəyərində olan 1 ədəd “Sony” markalı playstation 4, ECK5866032 nömrəli müqaviləyə əsasən 2639 manat dəyərində olan 1 ədəd “Samsung Galaxy A20+” markalı telefonu, ECK5866957 nömrəli müqaviləyə əsasən 2304 manat dəyəri olan 1 ədəd “Acer” markalı noutbook cavabdehə hissə-hissə ödənişlə satmağı öhdəsinə götürmüşdür. Cavabdeh ECK5866296 nömrəli müqavilə üzrə 45 manat ilkin ödəniş olmaqla qalan 984 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə aylıq 82 manat olmaqla, hər ayın 08-dək, ECK5866032 nömrəli müqavilə üzrə 719 manat ilkin ödəniş olmaqla, qalan 1920 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 160 manat olmaqla, hər ayın 20-dək, ECK5866957 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 2304 manat pulu müqavilənin ayrılmaq tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 192 manat olmaqla, hər ayın 27-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ECK5866296 nömrəli, 09 aprel 2020-ci il tarixli müqavilə üzrə 805 manat əsas, 241 manat dəbbə pulu, ECK5866032 nömrəli, 21 aprel 2020-ci il tarixli müqavilə üzrə 1580 manat əsas, 474 manat dəbbə pulu, ECK5866957 nömrəli, 28 may 2020-ci il tarixli müqavilə üzrə 2087 manat əsas, 626 manat dəbbə pulu və 79 manat iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5892 manat borcu vardır. Lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında ECK5866296 nömrəli, 09 aprel 2020-ci il tarixli, ECK5866032 nömrəli, 21 aprel 2020-ci il tarixli və ECK5866957 nömrəli, 28 may 2020-ci il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri imzalanmışdır. İddiaçı tərəf hər üç müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələri üzrə yaranmış 4472 (805+1580+2087) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 1341 (241+474+626) manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 35 (5+10+20) manat pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 79 manat dövlət rusumunun 65,07 manatı cavabdehdən tutulmalı, 13,93 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh ECK5866296 nömrəli, 09 aprel 2020-ci il tarixli müqavilə üzrə 805 (səkkiz yüz beş) manat əsas, 5 (beş) manat dəbbə pulu, ECK5866032 nömrəli, 21 aprel 2020-ci il tarixli müqavilə üzrə 1580 (bir min beş yüz səksən) manat əsas, 10 (on) manat dəbbə pulu, ECK5866957 nömrəli, 28 may 2020-ci il tarixli müqavilə üzrə 2087 (iki min səksən yeddi) manat əsas, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, cəmi 4507 (dörd min beş yüz yeddi) manat məbləğində pul və 65,07 (altmış beş manat yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-6512/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6512/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver