Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6535/2022 09.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 800 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli, PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış, cavabdeh tərəfindən idarə edilən “Azsamand RX minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri ərazisində **-DO-*** dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı avtomobil ilə, **-BE-*** dövlət qeydiyyat nişanlı “VAZ 21154” markalı avtomobil ilə və **- NC-*** dövlət qeydiyyat nişanlı “VAZ 21070” markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) barəsində AR İXM-nin 511.1.3-cü, 327.6cı, 333.3-cü və 327.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmışdır. İddiaçı tərəfindən “Opel Vectra” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 220 manat, “VAZ 21154” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 280 manat, “VAZ 21070” markalı, **-NC-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 300 manat sığorta ödənişi edilmişdir. İddiaçının hal-hazırda həmin sığorta ödənişini geri tələb etmək hüququ yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6535/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İcbari sığorta müqaviləsinə dair məlumata əsasən **-DM-*** dövlət qeydiyyat nişanlı, “Azsamand” markalı avtomobil iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində mülki məsuliyyətin icbari sığortası qaydasında sığortalanmışdır. Sığorta müqaviləsi xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olmuşdur. AD seriyalı, 614565 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-DO-*** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” markalı avtomobilin sahibi X1r. AC seriyalı, 422649 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BE-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı avtomobilin sahibi X3r. AC seriyalı, 848001 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21070” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r. İşdə olan xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən **-DO-*** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” markalı avtomobilə dəymiş zərərə görə iddiaçı tərəfindən 220 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin akta əsasən **-DO-*** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” markalı avtomobilə dəymiş zərər 220 manat məbləğində müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən **-BE-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı avtomobilə dəymiş zərərə görə iddiaçı tərəfindən 280 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin akta əsasən **-BE-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı avtomobilə dəymiş zərər 280 manat məbləğində müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən **-NC-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21070” markalı avtomobilə dəymiş ziyana görə 300 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin akta əsasən **-NC-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21070” markalı avtomobilə dəymiş zərər 300 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 5733 nömrəli avtonəqliyyat vasitələrinin texniki ekspertizasına əsasən **-DO-*** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” markalı avtomobilə dəymiş zərər 220 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 5720 nömrəli avtonəqliyyat vasitələrinin texniki ekspertizasına əsasən **-BE-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı avtomobilə dəymiş zərər 280 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 5722 nömrəli avtonəqliyyat vasitələrinin texniki ekspertizasına əsasən “VAZ 21070” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 270 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt DYPŞ əməkdaşı tərəfindən cavabdeh barəsində xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3., 327.6., 333.3. və 327.1. maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Sumqayıt şəhər DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokolla cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 333.3-cü maddələrinə əsasən təqsirli bilinmişdir. xx.xx.2022-ci il tarixli sərxoşluğun müayinəsi aktında cavabdehdə hadisə baş verən vaxt alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı tərəfindən sığortalanmış avtomobil cavabdehin təqsiri ucbatından sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində **-DO-*** dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı avtomobilə, **-BE-*** dövlət qeydiyyat nişanlı “VAZ 21154” markalı avtomobilə və **-NC-*** dövlət qeydiyyat nişanlı “VAZ 21070” markalı avtomobilə ziyan dəymişdir. İddiaçı bununla bağlı həmin avtomobillərin sahibinə sığorta ödənişi həyata keçirmişdir. Hal-hazırda iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununa əsasən. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (25.1.2). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh idarə etdiyi **-DM-*** dövlət qeydiyyat nişanlı, “Azsamand” markalı avtomobillə yol nəqliyyat hadisəsi törədərkən sərxoş vəziyyətdə olmuşdur. Bu səbəbdən iddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Ona görə də iddia tələbi təmin edilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 800 (səkkiz yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-6535/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6535/2022
09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver