Məhkəmə qərarları › İş №e-2(060)-6549/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6549/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6549/2022 05.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İlkin iddiaçı “İRŞAD ELECTRONİCS" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X1, Qarşılıqlı iddiaçı Cavabdeh İsmayiloviçin iştirakı ilə İddiaçı “İRŞAD ELECTRONİCS" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İsmayiloviçə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair ilkin iddia tələbi və iddiaçı Cavabdeh İsmayiloviçin cavabdeh İddiaçınə qarşı alqı-satqı müqaviləsinin ləğvi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İsmayiloviçə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 759.9 manat əsas, 113.9 manat cərimə, cəmi 873.8 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İsmayiloviç cavabdeh İddiaçınə qarşı alqı-satqı müaviləsinin ləğvi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “SAMSUNG” markalı paltaryuyan maşına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 43 manat olmaqla, cəmi 759.9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, ümumiyyətlə heç bir ödəniş etməmiş və qalıq qalmış 759.9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirilir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1139 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1139 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%- i, yəni 113.9 manat İddiaçı MMCyə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 759.9 manat əsas, 113.9 manat cərimə, cəmi 873.8 manat təşkil etmişdir. Ona görə də, 873.8 manat məbləğində borc Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh İsmayiloviç qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Sumqayıt şəhər məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 759.9 manat əsas 113.9 manat cərimə , cəmi 873.8 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İrşad Electronics MMC-yə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Hazırda ilkin iddia tələbi ilə razı olmadığına görə ilkin iddia üzrə iddiaçıya qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. O, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən dəyəri 759.90 manat olan SAMSUNG markalı paltaryuyan maşın almışdır. xx.xx.2022-ci il tarixdə paltaryuyan maşında yaranan qüsur ilə baglı servisə müraciət etmişdir. Həmin paltaryuyan maşında nasazlıq aradan qaldırılmadığından xx.xx.2022-ci il tarixdə həmin paltaryuyan maşını aldığı mağazaya geri qaytarmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh həmin alqı-satqı müqaviləsini ləğv etməli olduğu halda ondan 759.9 manat əsas 113.9 manat cərimə, cəmi 873.8 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu borcunu tələb edir. Ona görə də hazırda ilkin iddia üzrə iddiaçı tərəfindən ona dəymiş zərərlə bağlı bir istehlakçı kimi hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddiaçı “İRŞAD ELECTRONİCS" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, qarşılıqlı iddia tələbini qəbul etmir. Cavabdeh tərəfindən alınmış məhsula baxış keçirilmişdir. Həqiqətən də qeyd edilən məhsulda qüsur olduğu aşkar edilmişdir və mövcud olan qüsur əslində zavod istehsalı ilə bağlıdır. Bildirir ki, məhsulda olan həmin qüsurun aradan qaldırılması, yəni təmir olunması mümkündür. Müqavilənin şərtlərinə görə məhsulda problem olduqda həmin məhsul servisə təqdim olunmalıdır. Lakin bunun üçün cavabdehin razılığı olmalıdır. Cavabdehə bu barədə məlumat verildikdə o, yeni məhsul verilməsini istəmişdir. Daha sonra aralarında razılaşma əldə edilməmiş, cavabdeh məhsulu mağazaya gətirib təhvil verib getmişdir. Halbuki məhsul servisə təqdim olunmalıdı idi. Bu səbəbdən təhvil-təslim aktı da tərtib edilməmişdir. Belə ki, akt mağazada deyil, servisdə tərtib olunur. Bununla bağlı cavabdehə təklif irəli sürülsə də, cavabdeh tərəf heç bir addım atmamışdır. Qeyd edilənlərə əsasən nümayəndə ilkin iddia tələbinin təmin olunmasını və qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh İsmayiloviç iddia ərizəsinə dair izahat verərək bildirdi ki, ilkin iddia tələbini qəbul etmir və qarşılıqlı iddia tələbini müdafiə edir. Belə ki, iddiaçıdan 21 yanvar 2022-ci il tarixdə paltaryuyan maşın almış, həmin məhsul 23 yanvar 2022-ci il tarixdə onun evində quraşdırılmışdır. Paltaryuyanı işlətdikdən sonra həmin məhsul onu qane etməmişdir. Belə ki, maşın çox güclü səslə işləmiş, sanki dəmir dəmirə sürtünmüşdür. Bu barədə dərhal ilkin iddiaçıya məlumat vermiş, 25 yanvar 2022-ci il tarixdə servisdən gəlib maşına baxmış və məhsulun belə səsli işlədiyini bildirmişlər. Bildirir ki, onun evində əlavə olaraq Bosch markalı paltaryuyan maşın da var. Həmin maşın işləyərkən belə bir səs eşidilmir. Ona görə də hesab edir ki, aldığı yeni məhsul qüsurludur. Bununla əlaqədar mağazaya zəng etmiş, məhsulun dəyişdirilməsini təklif etmişdir. Mağazanın əməkdaşları məhsulu 14 gün işlətdikdən sonra dəyişə biləcəklərini bildirmişdirlər. Daha sonra məsələ ilə əlaqədar dəfələrlə onlara müraciət etsə də, mağazanın əməkdaşları hər dəfə müxtəlif bəhanələr gətirmişlər. Ona görə də o, paltaryuyan maşını aparıb mağazaya təhvil vermişdir. Bildirir ki, məhsulun mağzaya təhvil verilməsi ilə bağlı təhvil-təslim aktının tərtib edilməsini tələb etsə də, mağazadan belə bir akt tərtib etmək səlahiyyətlərinin olmadığını bildirmişlər. Onu da məhkəmənin nəzərinə çatdırır ki, həmin mağazadan soyuducu da götürmüş və ödənişlər etmişdir. Qarşılıqlı iddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan ilkin İddiaçı MMC ilə qarşılıqlı iddiaçı Cavabdeh İsmayiloviç arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh İsmayiloviç İddiaçı MMC-dən “SAMSUNG” markalı paltaryuyan maşın almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İsmayiloviçin İddiaçı MMC-yə 759.9 manat əsas borc, 1139 manat cərimə, ümumilikdə 1898,90 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh İsmayiloviçə yazılı bildiriş ünvanlanmışdır. İşdə olan Cavabdeh İsmayiloviçə verilmiş xx.xx.2022-ci il tarixli 126432 saylı məişət zəmanət talonundan görünür ki, zəmanət müddəti malm satıldığı gündən hesablanır. 14 gün ərzində, məhsulun əmtəə görünüşü pozulmadığı və mal işlədilmədiyi halda müştərinin istəyi ilə qaytarıla və ya başqa model ilə dəyişdirilə bilər. Bu zaman qiymətdə fərq olarsa satıcı ilə lazımi hesablaşma aparılır. Təmirə ehtiyacı olan məhsul, müayinə və ya təmirin icra olunması məqsədi ilə texniki servis mərkəzində 2 gündən - 14 iş gününə qədər saxlanıla bilər. Lazımi ehtiyat hissəsinin və ya detalın tapılması ilə əlaqədar, onun istehsalçıya sifarişi və gətirilməsi nəzərə alınmaqla bu müddət tərəflərin razılığı ilə (servis aktı əsasında) başqa müddətə uzadıla bilər. Zəmanətli təmir yalnız istehsalçının günahından baş vernıiş qüsurlara aid edilir. Qüsurun istehsalçı tərəfindən baş verib-verməməsi yalnız İrşad Electronics şirkətiniıı, şirkətlərin Avtorizə olunmuş Servis (ASM) mərkəzinin mütəxəssisləri və ya ixtisaslı mütəxəssislər tərəfındən təsdiq edilə bilər. İş materiallarında olan Cavabdeh İsmayiloviç tərəfindən İddiaçı MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinin ləğv edilməsi barədə İddiaçı MMC-yə müraciət etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, “İRŞAD ELECTRONİCS" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İsmayiloviçə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair ilkin iddiası təmin edilməməlidir. Belə ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfıyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfıyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfıyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfındən müqavilə şərtləri və qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq, cavabdehə keyfıyyəti alqı-satqı müqaviləsinə uyğun gələn mal (paltaryuyan maşın) təhvil verilməmiş, cavabdehin həmin malın dəyişdirilməsi barədə müraciəti təmin olunmamış, paltaryuyan maşın yenisi ilə əvəz edilməmişdir. Halbuki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfıyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfıyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi tələb etmək hüququna malikdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfıyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Həmin Qanunun 15-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslı deyil və təmin edilməməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehə keyfiyyəti alqı-satqı müqaviləsinin şərtlərinə uyğun gələn əşya verdiyini sübut edə bilməmişdir. Bu səbəbdən iddiaçı “İRŞAD ELECTRONİCS" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İsmayiloviçə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh İsmayiloviçin cavabdeh İddiaçınə qarşı alqı-satqı müqaviləsinin ləğvinə dair qarşılıqlı iddia tələbi ilə əlaqədar isə aşağıdakıları qeyd edir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələr) Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü də nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh İsmayiloviç həm qanunvericilikdə, həm də zəmanət müqaviləsində nəzərdə tutulan müddətdə aldığı malın keyfiyyətli malla dəyişdirilməsi barədə tələblə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə müraciət etmiş, lakin MMC alıcının malın dəyişdirilməsi tələbini təmin etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı cavabdehə keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun mal satmamaqla üzərinə düşən öhdəliyi lazimi qaydada yerinə yetirməmiş və nəticədə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh İsmayiloviçin cavabdeh İddiaçınə qarşı alqı-satqı müqaviləsinin ləğvinə dair qarşılıqlı iddiası təmin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, ilkin iddiaçı “İRŞAD ELECTRONİCS" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbi təmin edilmədiyindən onun məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30.40 manat onun özünə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat dövlət rüsumu ödənilməlidir. Qiymətləndirilməyən iddia ərizəsi olduğundan qarşılıqlı iddianın verilməsinə görə dövlət büdcəsinə 100 manat ödəniş edilməli idi. Qarşılıqlı iddia üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan və qarşılıqlı iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, həmin iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 100 (bir yüz) manat dövlət rüsumu “İRŞAD ELECTRONİCS" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “İRŞAD ELECTRONİCS" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İsmayiloviçə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh İsmayiloviçin cavabdeh İddiaçınə qarşı alqı-satqı müqaviləsinin ləğvi tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İlkin İddiaçı MMC ilə qarşılıqlı iddiaçı Cavabdeh İsmayiloviç arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi ləğv edilsin. İlkin İddiaçı MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar