Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6597/2022 14.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11461,03 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin yarı hissəsinin əvəzi olaraq 100 manat məbləğində pulun alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 01 may 2020-ci il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 11461,03 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 11461,03 manat məbləğində zərərin əvəzini bugünədək ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Mübahisələndirilən pul məbləğini o, mənimsəməmişdir. Həmin məbləğ geri qayıtmalı olan malların və müştərilərin ona verməli olduğu pullardır. Çünki o, işlədiyi müddətdə bir neçə mağaza öz fəaliyyətini dayandırmış və həmin mağazalar etməli olduğu ödənişləri etməmişlər, həmin ödənişlərin həyata keçirilməsi onun öhdəsində qalmışdır. Bundan əlavə İddiaçı MMC tərəfindən 81 dükandan 40 günü keçmiş məhsullar götürülmədiyinə görə həmin malların dəyərinin ödənilməsi öhdəliyi onun üzərində qalmışdır. Məhkəmə iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, işçi Cavabdeh əmək münasibətləri prosesində işəgötürən tərəfindən ona istifadəyə verilmiş, həvalə/təhkim olunmuş işəgötürənə məxsus əmlakın (avadanlığın) və maddi sərvətlərin salamatlığının təmin olunması üçün öz üzərinə Bu müqavilədə nəzərdə tutulmuş öhədlikləri götürür. Həmin müqavilənin 6-cı bəndinə əsasən, ziyan vurulduqdan sonra “İşçi”nin əmək münasibətlərinə xitam verilməsi onu maddi məsuliyyətdən azad etmir. MŞB/5-02774 saylı, xx.xx.2022-ci il tarixli ilkin X2 Edilməməsi barədə arayışdan görünür ki, “Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin X2 etməmişdir. İddiaçı MMC-nin etibarnaməsi ilə çıxış edən X3 ilkin X2 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Aktdan görünür ki, Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair xx.xx.2021-ci il tarixli, 035 saylı əmrə əsasən, 16826,40 manat borc qalığı müəyyən edilmişdir. Yoxlama dövrü xx.xx.2021-ci il – xx.xx.2021-ci il tarixləri əhatə edir. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən sonuncu cəmiyyətdə satış üzrə nümayəndə vəzifəsinə işə qəbul olunmuşdur. Müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsi zamanı, xx.xx.2021-ci il tarixdə Cəmiyyətə zərər vurulduğu müəyyən olunmuşdur. İddiaçı dəymiş zərərin cavabdehin öz vəzifə funskiyalarını pozması nəticəsində yaranmasına istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsinə görə işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşin hallarından göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində ziyan vurulması iddia edilən hüquq pozuntusu xx.xx.2021-ci il tarixdə keçirilən Müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsi nəticəsində aşkar edilmiş və həmin tarixdən iddiaçı hüquqlarının pozulduğunu bilmişdir. Mülki iş materiallarından görünür ki, iddiaçı araşdırılan iddia ilə 26 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin şərh olunan normalarına istinadən hesab edir ki, iddiaçının subyektiv hüququnun qüvvədə olma müddəti keçmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Əmək Məcəllənin 296.5-ci maddəsində nəzərdə tutulan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-6597/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6597/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver