Məhkəmə qərarları › İş №e-2(060)-6640/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6640/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6640/2022 28.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 343.45 manat əsas borc və 34.41 manat cərimə olmaqla, cəmi 377.86 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizəyə nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya satılan malın zəmanət sənədi əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni əsasla, eyni mübahisə predmeti üzrə ərizə məhkəmənin 2(060)-3304/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırılmadığına görə AR MPM-nin 259.0.12-ci maddəsinə əsasən saxlanılmışdır. Göründüyü kimi ərizəyə verilmiş tələbi təsdiq edən sənədlər əlavə olunmamışdır. AR MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Mülki iş materiallarından görünür ki, ərizəyə 30 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə AR MPM-nin 284-4.1.3-cü maddəsinin tələbinə əsasən hesab edir ki, işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddiaçının ərizəsinin qəbulundan imtina edilməli, həmin iddiaya görə xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən AR MPM-nin 284-4-cü maddəsinin tələbi pozulduğundan, ərizənin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 284-4.1-ci və 284-4.2 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilsin. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə ********* nömrəli qəbzlə ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar