Məhkəmə qərarları › İş №e-2(060)-668/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-668/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-668/2023 19.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi” iddiasına dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh S18K556855 nömrəli, 16 yanvar 2019-cu il tarixli müqavilə üzrə 90 manat əsas, 26 manat dəbbə pulu, SMEK4606237 nömrəli, 28 fevral 2019-cu il tarixli müqavilə üzrə 2825 manat əsas, 845 manat dəbbə pulu, S18K5735628 nömrəli, 04 iyul 2019-cu il tarixli müqavilə üzrə 416 manat əsas, 124 manat dəbbə pulu və 64 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla cəmi 4390 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 yanvar 2019-cu il. 28 fevral 2019-cu il və 04 iyul 2019-cu il tarixlərində Э.А.Məcidova (bundan sonra “Alıcı” adlandırılacaq) ilə aralarında müvafiq olaraq S18K556855 nömrəli, SMEK4606237 nömrəli və S18K5735628 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən S18K556855 nömrəli müqavilə üzrə 1072 manat dəyəri olan 1 ədəd "Beko" markalı paltaryuyan və 1 ədəd “Riffel” markalı stolüstü qaz Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərimə götürmüşdür. SMEK4606237 nömrəli müqavilə üzrə 6570 manat dəyəri olan 1 ədəd ''Kemer" cehiz dəsti Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S18K5735628 nömrəli müqavilə üzrə 625 manat dəyəri olan 1 ədəd “Altus“ markalı paltaryuyan Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı S18K556855 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 1072 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 72 manat olmaqla, hər ayın 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı SMEK4606237 nömrəli müqavilə üzrə 400 manat ilkin ödəniş olmaqla, qalan 6170 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 20 ay müddətinə, aylıq 309 manat olmaqla, hər ayın 28-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S18K5735628 nömrəli müqavilə üzrə 1 manat ilkin ödəniş olmaqla, qalan 624 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 26 manat olmaqla, hər ayın 03-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1 -ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun S18K556855 nömrəli müqavilə üzrə 90 manat əsas, 26 manat dəbbə pulu olmaqla 116 manat, SMEK4606237 nömrəli müqavilə üzrə 2825 manat əsas, 845 manat dəbbə pulu olmaqla, 3670 manat. S18K5735628 nömrəli müqavilə üzrə 416 manat əsas. 124 manat dəbbə pulu olmaqla. 540 manat borcu yaranmışdır. Alıcı tərəfindən S18K556855 nömrəli. 16 yanvar 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 50 manat ödəniş; SMEK4606237 nömrəli, 28 fevral 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021 -ci il tarixdə 100 manat ödəniş edilmişdir. S18K5735628 nömrəli. 04 iyul 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 26 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 518K556855 saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 1072 manat avadanlığı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 15 ay müddətinə ayda 72 manat olmaqla ödəməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli № ******* saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 6570 manat avadanlığı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 20 ay müddətinə ayda 309 manat olmaqla ödəməlidir. İşə əlavə olan xx.xx.2019-cu il tarixli № ******* saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 625 manat avadanlığı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 24 ay müddətinə ayda 26 manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə S18K556855 nömrəli, 16 yanvar 2019-cu il tarixli müqavilə üzrə 90 manat əsas, 26 manat dəbbə pulu, SMEK4606237 nömrəli, 28 fevral 2019-cu il tarixli müqavilə üzrə 2825 manat əsas, 845 manat dəbbə pulu, S18K5735628 nömrəli, 04 iyul 2019-cu il tarixli müqavilə üzrə 416 manat əsas, 124 manat dəbbə pulu borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh S18K556855 nömrəli, 16 yanvar 2019-cu il tarixli müqavilə üzrə 90 (doxsan) manat əsas, 4 (dörd) manat dəbbə pulu, SMEK4606237 nömrəli, 28 fevral 2019-cu il tarixli müqavilə üzrə 2825 (iki min səkkiz yüz iyirmi beş) manat əsas, 20 (iyirmi) manat dəbbə pulu, S18K5735628 nömrəli, 04 iyul 2019-cu il tarixli müqavilə üzrə 416 (dörd yüz on altı) manat əsas, 10 (on) manat dəbbə pulu və 64 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3429 (üç min dörd yüz iyirmi doqquz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh S18K556855 nömrəli, 16 yanvar 2019-cu il tarixli müqavilə üzrə 90 (doxsan) manat əsas, 4 (dörd) manat dəbbə pulu, SMEK4606237 nömrəli, 28 fevral 2019-cu il tarixli müqavilə üzrə 2825 (iki min səkkiz yüz iyirmi beş) manat əsas, 20 (iyirmi) manat dəbbə pulu, S18K5735628 nömrəli, 04 iyul 2019-cu il tarixli müqavilə üzrə 416 (dörd yüz on altı) manat əsas, 10 (on) manat dəbbə pulu və 64 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3429 (üç min dörd yüz iyirmi doqquz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar