Məhkəmə qərarları › İş №e-2(060)-674/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-674/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-674/2023 19.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh S3K5718425 nömrəli, 16 iyun 2019-cu il tarixli müqavilə üzrə 368 manat əsas, 110 manat dəbbə pulu, S3K5670818 nömrəli, 04 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 871 manat əsas, 258 manat dəbbə pulu, S3K5776770 nömrəli 16 noyabr 2019-cu il tarixli müqavilə üzrə 1700 manat əsas, 510 manat dəbbə pulu və 59 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3876 manat pulun onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16 iyun 2019-cu il, 04 sentyabr 2019cu il və 16 noyabr 2019-cu il tarixlərində Cavabdeh ilə aralarında müvafiq olaraq S3K5738425 nörarəli, S3K5670818 nomrəli və S3K5776770 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən S3K5738425 nömrəli müqavilə üzrə 705 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A40” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S3K5670818 nömrəli müqavilə üzrə 1626 manat dəyəri olan 2 ədəd “LG" markalı televizor, Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S3K5776770 nömrəli müqavilə üzrə 1900 manat dəyəri otan 2 ədəd "Riffel" markalı televizor Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı S3K5738425 nömrəli müqavilə üzrə 15 manat ilkin ödəniş olmaqla, qalan 690 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə aylıq 46 manat olmaqla, hər ayın 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5670818 nömrəli müqavilə üzrə 100 manat ilkin ödəniş olmaqla, qalan 1526 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 14 ay müddətinə, aylıq 109 manat olmaqla, hər ayın 02-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5776770 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 1900 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 19 ay müddətinə, aylıq 100 manat olmaqla hər ayın 15-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun S3K5738425 nömrəli müqavilə üzrə 368 manat əsas, 110 manat dəbbə pulu olmaqla 478 manat, S3K5670818 nömrəli müqavilə üzrə 871 manat əsas, 258 manat dəbbə pulu olmaqla, 1129 manat, S3K5776770 nömrəli müqavilə üzrə 1700 manat əsas, 510 manat dəbbə pulu olmaqla, 2210 manat borcu yaranmışdır. Alıcı tərəfindən S3K5738425 nömrəli, 16-iyul 2019-cu il tarixli müqayilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 46 manat Ödəniş, S3K5670818 nömrəli, 04 sentyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 100 manat ödəniş; S3K5776770 nömrəli 16 noyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 100 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş S3K5738425 nömrəli, xx.xx.2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 705 manat olan 1 adəd “Samsung Galaxy A40” markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş S3K567818 nömrəli, xx.xx.2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 1626 manat olan 2 ədəd “LG" markalı televizor almışdır. İş materiallarına əlavə olunmuş ******* nömrəli, xx.xx.2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 1900 manat olan 2 ədəd "Riffel" markalı televizor almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İş materiallarında olan 29 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh S3K57184.25 nömrəli 16 iyun 2019-cu il tarixli müqavilə üzrə 368 manat əsas, 110 manat dəbbə pulu, S3K5670818 nömrəli, 04 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 871 manat əsas, 258 manat dəbbə pulu, S3K5776770 nömrəli 16 noyabr 2019-cu il tarixli müqavilə üzrə 1700 manat əsas, 510 manat dəbbə və 59 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1816 manat borcu qalmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında S3K5738425 nömrəli, xx.xx.2019-cu il tarixli, S3K567818 nömrəli, xx.xx.2019-cu il tarixli və ******* nömrəli, xx.xx.2019-cu il tarixli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 2939 (368+871+1700) manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 878 (110+258+510) manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 60 (10+20+30) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 79 faiz hissədə) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 59 manat dövlət rüsumunun 47 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 12 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh S3K5718425 nömrəli 16 iyun 2019-cu il tarixli müqavilə üzrə 368 (üç yüz altmış səkkiz) manat əsas, 10 (on) manat dəbbə pulu, S3K5670818 nömrəli, 04 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 871 (səkkiz yüz yetmiş bir) manat əsas, 20 (iyirmi) manat dəbbə pulu, S3K5776770 nömrəli 16 noyabr 2019-cu il tarixli müqavilə üzrə 1700 (bir min yeddi yüz) manat əsas, 30 (otuz) manat dəbbə pulu olmaqla, ümumilikdə 2999 (iki min doqquz yüz doxsan doqquz) manat borc və ödənilmiş dövlət rüsumunun 47 (qırx yeddi) manat hissəsi tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar