Məhkəmə qərarları › İş №e-2(060)-6791/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6791/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6791/2025 14.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, imei kodu **********37162 olan "Xiaomi Redmi A3" və imei kodu **********27429 olan "Xiaomi Redmi 13C" markalı telefon üçün, 451.06 (dörd yüz əlli bir manat altı qəpik) manat ödənilməmiş hissə, 45.11 (qırx beş manat on bir qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, imei kodu **********60992 olan "Samsung Galaxy A55" markalı telefon üçün, 922 (doqquz yüz iyirmi iki) manat ödənilməmiş hissə, 92.2 (doxsan iki manat, iyirmi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, "Acer Aspire 5" markalı kompüter üçün, 1060.3 (bir min altmış manat, otuz qəpik) manat ödənilməmiş hissə, 106.03 (yüz altı manat üç qəpik) manat cərimə, ümumilikdə 2676.70 manat borc, 46.77 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, imei kodu **********37162 olan "Xiaomi Redmi A3" və imei kodu **********27429 olan "Xiaomi Redmi 13C" markalı telefon, imei kodu **********60992 olan "Samsung Galaxy A55" markalı telefon, "Acer Aspire 5" markalı kompüter almış və nəticədə 2676.70 (İki min altı yüz yetmiş altı manat, yetmiş qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 609.36 (altı yüz doqquz manat, otuz altı qəpik) manat (12 ay x 50.78 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********37162 olan "Xiaomi Redmi A3" və imei kodu **********27429 olan "Xiaomi Redmi 13C" markalı telefon üçün ümumilikdə, 496.17 (dörd yüz doxsan altı manat 17 qəpik ) manat olmaqla ondan, 451.06 (dörd yüz əlli bir manat 6 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45.11 (qırx beş manat 11 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1119 (bir min yüz on doqquz) manat (12 ay x 93.25 manat +0 manat ilkin ödəniş) olan imei kodu **********60992 olan "Samsung Galaxy A55" markalı telefon üçün ümumilikdə, 1014.2 (bir min on dörd manat, iyirmi qəpik) olmaqla ondan, 922 (doqquz yüz iyirmi iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 92.2 (doxsan iki manat, iyirmi qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1512.6 (bir min beş yüz on iki manat, altmış qəpik ) manat (12 ay x 97.3 manat + 345 manat ilkin ödəniş) olan "Acer Aspire 5" markalı kompüter üçün ümumilikdə, 1166.33 (bir min yüz altmış altı manat, otuz üç qəpik) manat olmaqla ondan, 1060.3 (bir min altmış manat, otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 106.03 (yüz altı manat üç qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 807.6 manat təşkil edir..Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə hazırkı iddianın qiymətinin 5000 (beş min) manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin Cavabdeh göndərilmiş məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş 0 manat olmaqla, qalan məbləği 12 ay müddətində hər ay 50.78 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 609.36 manat olan imei kodu **********37162 olan "Xiaomi Redmi A3" və imei kodu **********27429 olan "Xiaomi Redmi 13C" markalı telefona görə 158.3 manat ödəniş etmiş və 451.06 manat ödənilməmiş hissə, 45.11 manat cərimə olmalqa, ümumillikdə 496.17 manat borcu qalmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş 0 manat olmaqla, qalan məbləği 12 ay müddətində hər ay 93.25 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 1119 manat olan imei kodu **********60992 olan "Samsung Galaxy A55" markalı telefona görə 197 manat ödəniş etmiş və 922 manat ödənilməmiş hissə, 92.20 manat cərimə olmalqa, ümumillikdə 1014.20 manat borcu qalmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödəniş 345 manat olmaqla, qalan məbləği 12 ay müddətində hər ay 97.3 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 1512.6 manat olan Acer Aspire 5" markalı kompüterə görə 452.3 manat ödəniş etmiş və 1060.3 manat ödənilməmiş hissə, 106.03 manat cərimə olmalqa, ümumillikdə 1166.33 manat borcu qalmışdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən imei kodu **********37162 olan "Xiaomi Redmi A3" və imei kodu **********27429 olan "Xiaomi Redmi 13C" markalı telefon almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh İddiaçı MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş imei kodu **********37162 olan "Xiaomi Redmi A3" və imei kodu **********27429 olan "Xiaomi Redmi 13C" markalı telefon tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 12 ay müddətində hər ay 50.78 manat ödəməyi öhdəsinə götürmüş, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən imei kodu **********60992 olan "Samsung Galaxy A55" markalı telefon almış, həmin tarixli bildiriş və əşyaların təhviltəslim aktına əsasən Cavabdeh İddiaçı MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş imei kodu **********60992 olan "Samsung Galaxy A55" markalı telefon tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 12 ay müddətində hər ay 93.25 manat ödəməyi öhdəsinə götürmüş, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən "Acer Aspire 5" markalı kompüter almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh İddiaçı MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş "Acer Aspire 5" markalı kompüteri tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 12 ay müddətində hər ay 97.3 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilələrə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə 30 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 44.63 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2433.36 manat ödənilməmiş hissə, 30 manat cərimə, ümumillikdə 2463.36 manat borc və ödənilmiş 44.63 manat dövlət rüsumu məbləğində pul tutulub İddiaçı MMC-yə ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1-284-6, 216-220-ci və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2433.36 manat ödənilməmiş hissə, 30 manat cərimə, ümumillikdə 2463.36 (iki min dörd yüz altmış üç manat otuz altı qəpik) manat məbləğində borc və 44.63 (qırx dörd manat altmış üç qəpik) manat dövlət rüsumu məbləğində pul alınıb İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar