Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6837/2022 21.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddialara dair işlər üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə S4K557575 saylı müqavilə üzrə 396 manat əsas borc, 118 manat dəbbə pulu və S4K5774520 saylı müqavilə üzrə 2349 manat əsas borc, 702 manat dəbbə pulu və 56 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3621 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 05 oktyabr 2018-ci il və 13 noyabr 2019-cu il tarixlərdə Cavabdeh ilə aralarında müvafiq olaraq S4K557575 nömrəli və S4K5774520 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqaviləyə əsasən S4K557575 nömrəli müqavilə üzrə 1591 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A8" markalı telefon və 1 ədəd ’’X2 6 Pro) markalı telefonu alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S4K5774520 nömrəli müqavilə üzrə 2713 manat dəyəri olan 1 ədəd ’’Samsung Galaxy S10” markalı telefonu alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən alıcı S4K557575 nömrəli müqavilə üzrə 50 manat ilkin ödəniş olmaqla, qalan 1541 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə aylıq 85.61 manat olmaqla hər ayın 04-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S4K5774520 nömrəli müqavilə üzrə 150 manat ilkin ödəniş olmaqla, qalan 2563 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə aylıq 213.58 manat olmaqla hər ayın 11-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun S4K557575 nömrəli müqavilə üzrə 396 manat əsas, 118 manat dəbbə pulu olmaqla, cəmi 514 manat və S4K5774520 nömrəli müqavilə üzrə 2349 manat əsas, 702 manat dəbbə pulu olmaqla, cəmi 3051 manat borcu yaranmışdır. Alıcı tərəfindən S4K557575 nömrəli, 05 oktyabr 2018-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 100 manat, S4K5774520 nömrəli, 13 noyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 69 manat ödəniş edilmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin 5000 (beş min) manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosesual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin ünvan tam olmadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamış, bu barədə qeyd yazılmış məhkəmə bildirişi geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh S4K557575 saylı, 05 oktyabr 2018-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 396 manat əsas, 118 manat cərimə, S4K5774520 saylı, 13 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2349 manat əsas, 702 manat cərimə borcu vardır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı dəyəri 1591 manat olan “Samsung Galaxy A8" markalı telefon almışdır. İş materiallarında olan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli hissəhissə ödənişlə alqı-satqı müqaviləsi üzrə ilkin ödəniş 50 manat olmaqla, qalan məbləği 18 ay müddətində hər ay 86 manat, sonuncu ay 79 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı dəyəri 2713 manat olan ’’Samsung Galaxy S10” markalı telefon almışdır. İş materiallarında olan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə ilkin ödəniş 150 manat olmaqla, qalan məbləği 12 ay müddətində hər ay 214 manat, sonuncu ay 209 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh ilə xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixdə bağlanmış hissə-hissə ödənişlə alqı-satqı müqavilələrinə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilənin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq 5 gün ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 386.1 və 386.2-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən S4K557575 saylı, 05 oktyabr 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 30 manat, S4K5774520 saylı, 13 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 200 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh S4K557575 saylı, 05 oktyabr 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 396 manat əsas, 30 manat cərimə, S4K5774520 saylı, 13 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2349 manat əsas, 200 manat cərimə borcu olmaqla, cəmi 2975 manat pul və 56 manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1-284-6, 216-220-ci və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh S4K557575 saylı, 05 oktyabr 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 396 manat əsas, 30 manat cərimə, S4K5774520 saylı, 13 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2349 manat əsas, 200 manat cərimə borcu olmaqla, cəmi 2975 (iki min doqquz yüz yetmiş beş) manat pul və 56 (əlli altı) manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-6837/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6837/2022
21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver