Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6839/2023 23.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ HakimTanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona aid olan **********32000 saylı abonent koduna hesablanmış 1.555,20 (bir min beş yüzəlli beş manat 20 qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, (abonent kodu: **********32000) xx.xx.2023-cü il tarixində özünə məxsus lakin daimi yaşamadığı bağa gələndə görmüşdür ki, sayğacın kənar girişindən qaz sızır, təcili qaynar xəttə zəng vurub, xəbər vermişdir. Səhəri gün Cavabdeh İB-nin nümayəndələri gəlib sayğacı işlənmiş sayğacla əvəzləmişlər (Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında AKT № 6938244, xx.xx.2023-cü il tarixli). Sayğacın nömrəsi **********0, mexaniki sayğac və sərfiyyat göstəricisi 0505 m olmuşdur. Həmin aktda sayğacın çıxarılma səbəbinə qeyd etmişlər ki, “kənar təsir olub, Sizlik heçnə yoxdur”. İki aydan sonra yenidən bağa gələndə görmüşdür ki, yenə sayğacdan qaz sızır. Yenidən qaynar xəttə zəng vurmuş, Cavabdeh İB-nin nümayəndələri gəlmış, sayğacı dəyişmilər (Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında AKT № 6974902, xx.xx.2023), qoyulan sayğac yenə işlənmiş sayğac sərfiyyat göstəricisi 02304 m. Aktda sayğacın (plombun) çıxarılma səbəbinə isə sayğacın çıxış boğazında korpusda sızma olduğunu qeyd etmişlər. xx.xx.2023-cü il tarixində heç bir əsas olmadan Azəriqazdan 1.548,50 (bir min beş yüz qırx səkkiz manat 50 qəpik) manat borcu olduğu bildirilmişdir. Yuxarıda qeyd etdiyi kimi, iki dəfə sızma olduğu üçün müraciət etmiş və Cavabdeh İB-nin nümayəndələri gəlib iki dəfə onun (istehlakçının) məlumatı olmadan birtərəfli qaydada sayğacı işlənmiş sayğacla əvəz etmişlər. Sonra isə onların iştirakı olmadan 1.548,50 (bir min beş yüz qırx səkkiz manat 50 qəpik) manat borc məbləği hesablanıb və xx.xx.2023-cü il tarixli bildirişlə təqdim olunub. Bununla bağlı Azəriqaz İB-yə yazılı qaydada müraciət etmişdir. Onun pretenziya xarakterli həmin müraciətinə Azəriqaz İB tərəfindən ünvanlanmış 14-2-2/2-Q-10xx-xx/2023-2532 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubunda ona dəymiş ziyan kimi 1555,20 manat borc hesablandığı və həmin məbləği ödəməli olduğu bildirilmişdir. Hesab edir ki, həmin imtina da əsassız və qanunsuzdur. Çünki sayğacın salamatlığına nəzarət onun yox, cavabdehin üzərindədir. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia tələbi ilə bağlı bildirdi ki, iddianı qəbul etmir. Böyük ehtimal ki, sayğac iddiaçının adına deyil. Çünki həmin şəxsi abonent kimi müəyyən edə bilməmişdir. Aktda qeyd edilən kod isə Abşerona məxsusdur. Belə olduğu təqdirdə borcla bağlı sənədləri əldə etmək mümkün olmayacaq. Bu səbəbdən hesab edir ki, iş aidiyyəti üzrə bu məhkəməyə aid deyil. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildiriş əsasən) xəbərdar edilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 36.9-cu maddəsinin tələbinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Göründüyü kimi mülki-prosessual qanunvericilikdə istehlakçının hüququnun müdafiəsi haqqında iddiaların iddiaçının yaşayış yeri üzrə məhkəməyə təqdim edilməsi iddiaçının hüququ kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş ümumi ərazi aidiyyəti qaydalarına əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlara əsasən Cavabdeh hüquqi ünvanı ünvan 2kası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, məhkəmə işi iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim həmin Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-6839/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6839/2023
23.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver