Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6840/2022 14.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh S3K4577279 nömrəli, 08 dekabr 2018-ci il tarixli müqavilə üzrə 405 manat əsas, 121 manat dəbbə pulu, S3K5738901 nömrəli, 31 iyul 2019-cu il tarixli müqavilə üzrə 649 manat əsas 194 manat dəbbə pulu, S3K5776643 nömrəli, 13 noyabr 2019-cu il tarixli müqavilə üzrə 315 manat əsas, 94 manat dəbbə pulu və 38 manat tərəflərindən ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1816 manat pulun onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08 dekabr 2018-ci il, 31 iyul 2019-cu il və 13 noyabr 2019-cu il tarixlərində Cavabdeh ilə aralarında müvafiq olaraq S3K ******* nömrəli, S3K5738901 nömrəli və S3K5776643 nömrali hissə-hissə ödənişlə alqı-satqı müqavilələri baglanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən S3K4577279 nömrəli müqavilə üzrə 825 manat dəyəri olan 1 (bir) ədəd "Acer” markalı noutbooku Alıcıya hissəhissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S3K5738901 nömrəli müqavilə üzrə 840 manat dəyəri olan 1 (bir) ədəd "Samsung Galaxy A50" markalı telefonu Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S3K5776643 nömrəli müqavilə üzrə 420 manat dəyəri olan 1 (bir) ədəd "Xiaomi Redmi 7” markalı telefonu Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı S3K4577279 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla qalan 825 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə aylıq 35 manat olmaqla hər ayın 07-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K573B901 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla qalan 840 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə aylıq 47 manat olmaqla hər ayın 30-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5776643 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla qalan 420 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə aylıq 35 manat olmaqla hər ayın 12-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı tərəfindən müavilə üzrə öhdəlikiər lazımi qaydada icra edilməmiş və nəticədə onun S3K4577279 nömrəli müqavilə üzrə 405 manat əsas, 121 manat dəbbə pulu olmaqla 526 manat, S3K5738901 nömrəli miiqavilə üzrə 649 manat əsas, 194 manat dəbbə pulu olmaqla, 843 manat və S3K5776643 nömrəli müqavilə üzrə 315 manat əsas, 94 manat dəbbə pulu olmaqla, 409 manat borcu yaranmışdır. Alıcı tərəfindən S3K4577279 nömrəli, 08 dekabr 2018-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 35 manat ödəniş, S3K5738901 nömrəli, 31 iyul 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 47 manat ödəniş, S3K5776643 nömrəli, 13 noyabr 2019-cu il tarixli nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-cu il tarixdə 70 manat ödəniş edilmişdir. Tərəflərinidən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş S3K4577279 nömrəli, 08 dekabr 2018-ci il tarixli hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 825 manat olan 1 ədəd "Acer” markalı noutbook almışdır. İş materiallarına əlavə olunmuş S3K5738901 nömrəli, 31 iyul 2019-cu il tarixli hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 840 manat olan 1 ədəd "Samsung Galaxy A50" markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş S3K5776843 nömrəli, 13 noyabr 2019-cu il tarixli hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 420 manat olan 1 ədəd "Xiaomi Redmi 7” markalı telefon almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İş materiallarında olan 02 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02.72022-ci il tarixinə S3K4577279 nömrəli, 08 dekabr 2018-ci il tarixli müqavilə üzrə 405 manat əsas, 121 manat dəbbə pulu, S3K5738901 nömrəli, 31 iyul 2019-cu il tarixli müqavilə üzrə 649 manat əsas 194 manat dəbbə pulu, S3K5776643 nömrəli, 13 noyabr 2019-cu il tarixli müqavilə üzrə 315 manat əsas, 94 manat dəbbə pulu və 38 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1816 manat borcu qalmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında S3K4577279 nömrəli, 08 dekabr 2018-ci il tarixli, S3K5738901 nömrəli, 31 iyul 2019-cu il tarixli S3K5776643 nömrəli, 13 noyabr 2019-cu il tarixli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1369 (405+649+315) manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 409 (121+194+94) manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 40 (10+20+10) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 80 faiz hissədə) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 38 manat dövlət rüsumunun 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 8 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə S3K4577279 nömrəli, 08 dekabr 2018-ci il tarixli müqavilə üzrə 405 (dörd yüz beş) manat əsas, 10 (on) manat dəbbə pulu, S3K5738901 nömrəli, 31 iyul 2019-cu il tarixli müqavilə üzrə 649 (altı yüz qırx doqquz) manat əsas, 20 (iyirmi) manat dəbbə pulu, S3K5776643 nömrəli, 13 noyabr 2019-cu il tarixli müqavilə üzrə 315 (üç yüz on beş) manat əsas, 10 (on) manat dəbbə pulu olmaqla, ümumilikdə 1409 (min dörd yüz doqquz) manat borc və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-6840/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6840/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver