Məhkəmə qərarları › İş №e-2(060)-6897/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6897/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6897/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə RSK5685535 saylı müqavilə üzrə 1470 (bir min dörd yüz yetmiş) manat əsas borc, 440 (dörd yüz qırx) manat dəbbə pulu, RSK5722592 saylı müqavilə üzrə 1956 (bir min doqquz yüz əlli altı) manat əsas borc, 586 (beş yüz səksən altı) manat dəbbə pulu, RSK5722851 saylı müqavilə üzrə 1790 (bir min yeddi yüz doxsan) manat əsas borc, 536 (beş yüz otuz altı) manat dəbbə pulu, RSK5761501 saylı müqavilə üzrə 640 (altı yüz qırx) manat əsas borc, 192 (bir yüz doxsan iki) manat dəbbə pulu, RSK5761502 saylı müqavilə üzrə 3954 (üç min doqquz yüz əlli dörd) manat əsas borc, 1185 (bir min yüz səksən beş) manat dəbbə pulu və 148 (bir yüz qırx səkkiz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 12897 (on iki min səkkiz yüz doxsan yeddi) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 12 mart 2019-cu il, 23 iyul 2019-cu il, 14 avqust 2019-cu il, 19 noyabr 2019-cu il və 19 noyabr 2019-cu il tarixlərində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 12 mart 2019-cu il tarixli RSK5685535 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2446 (iki min dörd yüz qırx altı) manat 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “TUT markalı noutbook almış, ilkin ödəniş olaraq 70 (yetmiş) manat ödəniş etmiş, nəticədə 2376 (iki min üç yüz yetmiş altı) manat borc yaranmış, 23 iyul 2019-cu il tarixli RSK5722592 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2496 (iki min dörd yüz doxsan altı) manat olan 1 ədəd “Beko” markalı soyuducu, 1 ədəd “Riffel” ətçəkən və 1 ədəd “Beko” markalı paltaryuyan almış, ilkin ödəniş olaraq 0 (sıfır) manat ödəniş etmiş, nəticədə 2496 (iki min dörd yüz doxsan altı) manat borc yaranmış, 14 avqust 2019-cu il tarixli RSK5722851 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2250 (iki min iki yüz əlli) manat olan 1 ədəd “Samsung” markalı televizor almış, ilkin ödəniş olaraq 90 (doxsan) manat ödəniş etmiş, nəticədə 2160 (iki min yüz altmış) manat borc yaranmış, 19 noyabr 2019-cu il tarixli RSK5761501 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 750 (yeddi yüz əlli) manat olan 1 ədəd "Samsung Galaxy A30S” markalı telefon almış, ilkin ödəniş olaraq 30 (otuz) manat ödəniş etmiş, nəticədə 720 (yeddi yüz iyirmi) manat borc yaranmış və 19 noyabr 2019-cu il tarixli RSK5761502 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 4422 (dörd min dörd yüz iyirmi iki) manat olan 1 ədəd “LG” markalı televizor almış, ilkin ödəniş olaraq 270 (iki yüz yetmiş) manat ödəniş etmiş, nəticədə 4152 (dörd min yüz əlli iki) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 12 mart 2019-cu il tarixli RSK5685535 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 15 (on beş) manat ödəniş edilmiş, 23 iyul 2019-cu il tarixli RSK5722592 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 20 (iyirmi) manat ödəniş edilmiş, 14 avqust 2019-cu il tarixli RSK5722851 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021- ci il tarixdə 10 (on) manat ödəniş edilmiş, 19 noyabr 2019-cu il tarixli RSK5761501 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 40 (qırx) manat ödəniş edilmiş və 19 noyabr 2019-cu il tarixli RSK5761502 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 25 (iyirmi beş) manat ödəniş edilmişdir. Bu günədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti RSK5685535 saylı müqavilə üzrə ümumi 2446 (iki min dörd yüz qırx altı) manat olan 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “HB” markalı noutbook üçün ümumilikdə 1470 (bir min dörd yüz yetmiş) manat ödənilməmiş hissə, 440 (dörd yüz qırx) manat dəbbə pulu, RSK5722592 saylı müqavilə üzrə ümumi 2496 (iki min dörd yüz doxsan altı) manat olan İ ədəd “Beko” markalı soyuducu, 1 ədəd “Riffel” ətçəkən və İ ədəd “Beko” markalı paltaryuyan üçün ümumilikdə 1956 (bir min doqquz yüz əlli altı) manat ödənilməmiş hissə, 586 (beş yüz səksən altı) manat dəbbə pulu, RSK5722851 saylı müqavilə üzrə ümumi 2250 (iki min iki yüz əlli) manat olan 1 ədəd “Samsung” markalı televizor üçün ümumilikdə 1790 (bir min yeddi yüz doxsan) manat ödənilməmiş hissə, 536 (beş yüz otuz altı) manat dəbbə pulu, RSK5761501 saylı müqavilə üzrə ümumi 750 (yeddi yüz əlli) manat olan 1 ədəd “Samsung Galaxy A30S” markalı telefon üçün ümumilikdə 640 (altı yüz qırx) manat ödənilməmiş hissə, 192 (bir yüz doxsan iki) manat dəbbə pulu və alqı-satqı qiyməti RSK576İ502 saylı müqavilə üzrə ümumi 4422 (dörd min dörd yüz iyirmi iki) manat olan 1 ədəd “LG” markalı televizor üçün ümumilikdə 3954 (üç min doqquz yüz əlli dörd) manat ödənilməmiş hissə, 1185(bir min yüz səksən beş) manat dəbbə pulu yaranmışdır. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək səhhətində olan probləmlərlə bağlı olaraq məhkəmə iclasında iştirak etməyi mümkün olmayacaqdır. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh S.R.Kamilovun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib hesab edir ki, iddia tələbi qismən əsasldır və qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № RSK5685535 saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 2446 (iki min dörd yüz qırx altı) manat olan “Samsung” markalı televizor və 1 ədəd “HB” markalı notebook Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 24 ay müddətinə ayda 99 (doxsan doqquz) manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № RSK5722592 saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 2496 (iki min dörd yüz doxsan altı) manat olan 1 ədəd “Beko” markalı soyuducu, 1 ədəd “Riffel” ətçəkən və 1 ədəd “Beko” markalı paltaryuyan Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 24 ay müddətinə ayda 104 (bir yüz dörd) manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № RSK5722581 saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 2250 (iki min iki yüz əlli) manat olan 1 ədəd “Samsung” markalı telvizor Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 24 ay müddətinə ayda 90 (doxsan) manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № RSK5761501 saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 750 (yeddi yüz əlli) manat olan 1 ədəd "Samsung Galaxy A30S” markalı telefon Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 18 ay müddətinə ayda 40 (qırx) manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № RSK5761502 saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 4422 (dörd min dörd yüz iyirmi iki) manat olan 1 ədəd “LG” markalı televizor Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 24 ay müddətinə ayda 173 (bir yüz yetmiş üç) manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh RSK5685535 saylı müqavilə üzrə 1470 (bir min dörd yüz yetmiş) manat əsas borc, 440 (dörd yüz qırx) manat dəbbə pulu, RSK5722592 saylı müqavilə üzrə 1956 (bir min doqquz yüz əlli altı) manat əsas borc, 586 (beş yüz səksən altı) manat dəbbə pulu, RSK5722851 saylı müqavilə üzrə 1790 (bir min yeddi yüz doxsan) manat əsas borc, 536 (beş yüz otuz altı) manat dəbbə pulu, RSK5761501 saylı müqavilə üzrə 640 (altı yüz qırx) manat əsas borc, 192 (bir yüz doxsan iki) manat dəbbə pulu, RSK5761502 saylı müqavilə üzrə 3954 (üç min doqquz yüz əlli dörd) manat əsas borc, 1185 (bir min yüz səksən beş) manat dəbbə pulu və 148 (bir yüz qırx səkkiz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 12897 (on iki min səkkiz yüz doxsan yeddi) manat məbləğində borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh RSK5685535 saylı müqavilə üzrə 1470 (bir min dörd yüz yetmiş) manat əsas borc, 50 (əlli) manat dəbbə pulu, RSK5722592 saylı müqavilə üzrə 1956 (bir min doqquz yüz əlli altı) manat əsas borc, 60 (altmış) manat dəbbə pulu, RSK5722851 saylı müqavilə üzrə 1790 (bir min yeddi yüz doxsan) manat əsas borc, 50 (əlli) manat dəbbə pulu, RSK5761501 saylı müqavilə üzrə 640 (altı yüz qırx) manat əsas borc, 20 (iyirmi) manat dəbbə pulu, RSK5761502 saylı müqavilə üzrə 3954 (üç min doqquz yüz əlli dörd) manat əsas borc, 120 (bir yüz iyirmi) manat dəbbə pulu və 148 (bir yüz qırx səkkiz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 10258 (on iki yüz əlli səkkiz) manat tutulması pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar