Məhkəmə qərarları › İş №e-2(060)-7073/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-7073/2022

04.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7073/2022 04.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Сəbi qızının cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə qarşı «şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə» dair açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Сəbi qızı məhkəməyə müraciət edərək, İddiaçı Сəbi qızı və Cavabdeh2 adına Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin 3 oktyabr 2022-сi il tarixli, 2V-326 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilərək ləğv edilərək ləğv edilməsi və yuxarıda göstərilənləri nəzərə alaraq yenidən vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etmiş və qanunamüvafiq prosessual hərəkətlər etdikdən sonra məhkəmə hazırlıq iclasını 04 noyabr 2022-ci il tarixə təyin etmişdir. İddiaçı Сəbi qızının nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Сəbi qızının cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə qarşı «şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə» dair iddia ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar