Məhkəmə qərarları › İş №e-2(060)-7074/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7074/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7074/2022 06.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən, LG markalı Paltaryuyan, İMEİ kodu **********56817 Samsung Galaxy J5 markalı telefon üçün 372 (üç yüz yetmiş iki) manat ödənilməmiş hissə, 116 (yüz on altı) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Alyans-Paris çarpayı, dolab, tumba, termo, URETAN döşək, Alyans-Tebriz masa, VENETSİYA markalı mebel, Alyans-Tebriz kamod üçün 4136 (dörd min yüz otuz altı) manat ödənilməmiş hissə, 1240 (min iki yüz qırx) manat dəbbə, ümumilikdə 5864 manat borc və 78,64 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, LG markalı Paltaryuyan, İMEİ kodu **********56817 Samsung Galaxy J5 markalı telefon, Alyans-Paris çarpayı, dolab, tumba, termo, URETAN döşək, Alyans Tebriz masa, VENETSİYA markalı mebel, Alyans-Tebriz kamod almış və nəticədə 5864 (beş min səkkiz yüz altmış dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1755 (min yeddi yüz əlli beş) manat (18 ay x 97 manat + 9 manat ilkin ödəniş) LG markalı Paltaryuyan, İMEİ kodu **********56817 Samsung Galaxy J5 markalı telefon üçün ümumilikdə, 488 (dörd yüz səksən səkkiz) manat olmaqla ondan, 372 (üç yüz yetmiş iki) manat ödənilməmiş hissə, 116 (yüz on altı) manat dəbbə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4512 (dörd min beş yüz on iki) manat (24 ay x 188 manat + 0 manat ilkin ödəniş) Alyans-Paris çarpayı, dolab, tumba, termo, URETAN döşək, Alyans-Tebriz masa, VENETSİYA markalı mebel, Alyans-Tebriz kamod üçün ümumilikdə, 5376 (beş min üç yüz yetmiş altı) manat olmaqla ondan, 4136 (dörd min yüz otuz altı) manat ödənilməmiş hissə, 1240 (min iki yüz qırx) manat dəbbə borcu yaranmışdır. Cavabdehin xx.xx.2019-ci il tarixli müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2020-ci ildir. Cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2019-cu ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 1759 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, LG markalı paltaryuyan, Samsung Galaxy J5 markalı telefon, Alyans-Paris çarpayı, dolab, tumba, termo, URETAN döşək, Alyans- Tebriz masa, VENETSİYA markalı mebel, Alyans-Tebriz kamod almış və müqavilə şərtlərini pozduğundan, nəticədə, onun 5864 manat borcu yaranmışdır. Qeyd olunanların nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbini qəbul edərək bildirdi ki, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, LG markalı paltaryuyan, Samsung Galaxy J5 markalı telefon, Alyans-Paris çarpayı, dolab, tumba, termo, URETAN döşək, Alyans-Tebriz masa, VENETSİYA markalı mebel, Alyans-Tebriz kamod almışdır. Borcundan 700 manat ödəniş etmiş, qalan borcu ödəyə bilməmişdir, əmək haqqı aldıqca borcu ödəyəcəyini və maddi imkanının nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 1755 (min yeddi yüz əlli beş) manat (18 ay x 97 manat + 9 manat ilkin ödəniş) LG markalı Paltaryuyan, İMEİ kodu **********56817 Samsung Galaxy J5 markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 4512 (dörd min beş yüz on iki) manat (24 ay x 188 manat + 0 manat ilkin ödəniş) Alyans-Paris çarpayı, dolab, tumba, termo, URETAN döşək, Alyans-Tebriz masa, VENETSİYA markalı mebel, Alyans-Tebriz kamod almışdır. -"xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 1755 manat olan, 18 ay müddətinə, 9 manat ilkin ödəniş, aylıq ödəniş 97 manat olmaqla LG markalı Paltaryuyan, İMEİ kodu **********56817 Samsung Galaxy J5 markalı telefon, həmçinin ümumi dəyəri 4512 manat olan, 24 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 188 manat olmaqla Alyans-Paris çarpayı, dolab, tumba, termo, URETAN döşək, Alyans- Tebriz masa, VENETSİYA markalı mebel, Alyans-Tebriz kamod almışdır. Alınan məhsulların 6267 manat olan ümumi dəyərindən 1759 manat ödəniş etmişdir. Bununla da 5864 manat borcu yaranmışdır. - "xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən əsasən aldığı məhsulların 6267 manat olan ümumi dəyərindən cəmi 1759 manat ödəniş etmiş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 372 manat əsas borc, 116 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 4136 manat əsas borc, 1240 manat dəbbə borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh məhsulların 6267 manat olan ümumi dəyərindən 1759 manat ödəniş etmiş və nəticədə 5864 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 10 manat və 82 manat cərimə mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 4600 manat olduğundan (xx.xx.2019-cu il tarixli müqavilə üzrə 372 manat əsas+10 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 4136 manat əsas+ 82 manat dəbbə=4600) iddiaçı tərəfindən ödənilmiş 78,64 manat dövlət rüsumunun 66 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 12,64 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən, LG markalı Paltaryuyan, İMEİ kodu **********56817 Samsung Galaxy J5 markalı telefon üçün 372 (üç yüz yetmiş iki) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Alyans-Paris çarpayı, dolab, tumba, termo, URETAN döşək, Alyans-Tebriz masa, VENETSİYA markalı mebel, Alyans-Tebriz kamod üçün 4136 (dörd min yüz otuz altı) manat ödənilməmiş hissə, 82 (səksən iki) manat dəbbə, ümumilikdə 4600 manat borc və 66 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, dövlət rüsumu kimi ödənilmiş 12,64 manat iddiaçı "xxxx" MMC-nin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən, LG markalı Paltaryuyan, İMEİ kodu **********56817 Samsung Galaxy J5 markalı telefon üçün 372 (üç yüz yetmiş iki) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Alyans-Paris çarpayı, dolab, tumba, termo, URETAN döşək, Alyans-Tebriz masa, VENETSİYA markalı mebel, Alyans-Tebriz kamod üçün 4136 (dörd min yüz otuz altı) manat ödənilməmiş hissə, 82 (səksən iki) manat dəbbə borcu, ümumilikdə 4600 manat borc və 66 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-nə ödənilsin. Ödənilmiş 12,64 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar