Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7091/2025 12.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2, İlkin iddia üzrə Cavabdeh, habelə onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı kompensasiya verilməklə mənzilin təhvil verilməsi barədə ilkin, Cavabdeh İddiaçı MTK-ya qarşı əqdin etibarsız hesab edilməsi və dəymiş maddi zərərin əvəzinin tutulması barədə qarşılıqlı iddialarına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus ünvan 2, 9 saylı mənzilin 1 kv.metri üçün 2000 manat kompensasiya ödənilməklə həmin mənzilin İddiaçı MTK-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhəri İcra Hakimiyyəti Başçısının 30 dekabr 2022-ci il tarixli 917 nömrəli Sərəncamına əsasən Sumqayıt şəhəri 16-cı məhəllədə 11/26, 24/13, 3/42 və 26/42 saylı binalar yerləşən və ətraf hissəsindən Sumqayıt şəhərinin Baş planına əsasən ictimai işgüzar zonanın təyinatına uyğun olaraq İddiaçı MTK-ya icarə qaydasında 1,0810 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı MTK-ya Sumqayıt şəhəri 16-cı məhəllədə yaşayış və qeyri-yaşayış binalarının tikintisinə 23 aprel 2025-ci il tarixində 07 nömrəli İcazə verilmişdir. İddiaçı layihələndirdiyi Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 24/13 ünvanında yerləşən binanın sakinləri ilə razılaşaraq onların bir qisminə kompensasiya, bir qisminə mənzil vermişdir. Hazırki iş üzrə Cavabdeh iddiaçı tərəfindən ona edilən təkliflə razılaşmır və yerində yeni 14 mərtəbəli binanın tikintisinə başlanmasına və digər vətəndaşların yeni binadan mənzil almalarına və yaşamalarına maneəçilik törətmişdir. Cavabdehin yetkinlik yaşına çatmayan oğlunun adına xx.xx.2025-ci il tarixli **********59-05101-093011 reyestrlə, ********** qeydiyyat nömrəsi ilə mənzil üzərində hüquqları qeydə alınmış və ona reyestrdən çıxarış verilmişdir. Mənzilin ümumi sahəsi 59.98 kv.metrdir. İddiaçı ilə cavabdeh arasında mənzilə dair 7 noyabr 2022-ci il tarixdə “Öhdəlik Müqaviləsi” bağlanmışdır. Cavabdeh iddiaçıya pretenziya göndərərək İddiaçı nümayəndəsi Nümayəndə2 ilə arasında bağlanan, Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilən 7 noyabr 2022-ci il tarixli, 3M-1215 nömrəli “Öhdəlik Müqaviləsi”ndən birtərəfli qaydada imtina etmişdir. Cavabdeh ilə 7 noyabr 2022-ci il tarixli, 3M-1215 nömrəli “Öhdəlik Müqaviləsi” bağlandıqdan sonra mənzili X2 adına rəsmiləşdirilmişdir. Mənzil rəsmiləşdirilən zaman mənzilə dair bütün hüquqmüəyyənedici sənədlər “Öhdəlik Müqaviləsi” əsasında iddiaçıya verilmişdir. Cavabdeh 7 noyabr 2022-ci il tarixli “Öhdəlik Müqaviləsi” üzrə öhdəliklərini 3 il ərzində yerinə yetirməmiş və bununla da, iddiaçıya maddi ziyan dəymiş, həmçinin mənzil gözləyən insanların həyat şəraitini ağırlaşdırmışdır. Qiymətləndirmə şirkəti olan "xxxx" MMC-nin rəyindən müəyyən olmuşdur ki, Sumqayıt şəhəri, 16-cı məhəllədə, həmin ərazidə yerləşən köhnə binalarda mənzillərin 1 kv.metrinin bazar dəyəri 1300 – 1500 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında Cavabdeh İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia qaldıraraq, xx.xx.2022-ci il tarixli, 3M-1215 reyestr nömrəli “Öhdəlik müqaviləsi”nin etibarsız hesab edilməsi, etibarsız əqdin icrası nəticəsində iddiaçıya dəymiş ziyanın qarşılığı olaraq, 90000 manatın İddiaçı MTK-dan alınaraq ona verilməsi və onun çəkdiyi məhkəmə xərclərinin MTK-dan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia bununla əsaslandırılmışdır ki, İddiaçı MTK 2022-ci ildə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, faktik sahəsi 80.8 kv. metr olan 9 saylı mənzillə bağlı “Öhdəlik müqaviləsi” bağlamağı təklif etmiş, müqavilə 7.11.2022-ci ildə Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. Müqavilə tərtib edilərkən Cavabdehn Nümayəndə1 adlı hüquqşünas təmsil etmiş və onu əmin etmişdir ki, hər cür qanuni kömək edəcək və onun hüquqlarının pozulmasına imkan verməyəcək. Müqavilə imzalanandan sonra o, Nümayəndə1 xx.xx.2022-ci il tarixli etibarnamə vermişdir. Sonradan aydın oldu ki, Nümayəndə1 qarşı tərəfə hüquqi yardım göstərən şəxsin tabeçiliyndə çalışır və MTK-ya xidmət edir. Bu fakt Cavabdeh 2025-ci ilin avqustunda məlum olmuş, həmin vaxt Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırdıqdan sonra Nümayəndə1 onu məhkəmədə təmsil etməkdən imtina etmiş və açıq şəkildə bildirmişdir ki, müdirinin əleyhinə gedə bilməz. Məhz bu vaxt ona bəlli oldu ki, 2022-ci ildə müqavilə bağlanarkən aldadılmışdır. Müqavilənin 2-ci bəndinin 2-ci cümləsinə uyğun olaraq, o, müqavilədə göstərilən mənzilindəki avadanlıqların əksəriyyətini sökmüş, onunla birlikdə işləyən oğlu Məqsəd Alyasova məxsus tibbi avadanlıqları oradan çıxartmış və oğlu atasının etdiklərindən narazı qalaraq Azərbaycanı tərk etmişdir. O, mənzili təhvil vermək üçün tam hazır hala gətirmişdir. Lakin MTK bu müqavilənin 2 və 2.1.-ci bəndlərində göstərilən öhdəliklərini yerinə yetirməmiş, mənzili təhvil almamış və müqavilədə nəzərdə tutulan pul məbləğini (ayda 2000 manat) ona ödəməmişdir. Müqavilə öhdəliklərini icra etməməklə MTK ona bu günədək 90000 manat ziyan vurmuşdur. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır. Məhkəmə iclasında tərəflər öz aralarında barışıq sazişi imzaladıqlarını bildirdilər və proses iştirakçıları bu sazişin təsdiq edilməklə işin icraatına xitam verilməsini xahiş etdilər. Təqdim edilən saziş aşağıda qeyd edilən məzmundadır: 1.1. Tərəflər Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan e-2(060)-7091/2025 nömrəli işi bu barışıq sazişi ilə bitirmək üçün razıllığa gəldilər. 1.2. 1-ci tərəf, xüsusi mülkiyyət hüquq ilə 2-ci tərəfə məxsus olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi DƏDRX çıxarısınaa əsasən 59.98 kv.m (faktik sahəsi 80.8 kv.m) olan 9 saylı mənzilin əvəzində, Sumqayıt şəhəri, 16-cı məhəllə, 20 Yanvar və Nizami küçəsinin kəsişməsində inşa etdiyi, çoxmərtəbəli yaşayış binasının, hal- hazırda inşa edilmiş B blokunun 20 Yanvar küçəsinə düşən hissəsinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139.5 m² olan, təmirli (6 və 7-cı oxları arasında - eni 6.2 m, A və F oxu arasında -uzunluğu 22.5 m) qeyri - yaşayış sahəsini 2-ci tərəfin faktik mülkiyyətinə verir. 1.3. 2-ci tərəf xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 2 ünvanında yerləşən, , ümumi sahəsi DƏDRX çıxarısınaa əsasən 59.98 kv.m (faktik sahəsi 80.8 kv.m ) olan 9 saylı mənzili, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonrakı 10 (on) gün müddətində boşaldaraq 1-ci tərəfin faktik mülkiyyətinə verir. 2.1. 1-ci tərəf bu sazişin 2-ci bəndində göstərilən qeyri-yaşayış sahəsini, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonrakı 3 (üç) ay müddətində istifadəyə tam yararlı hala gətirməyi öhdəsinə götürür. 2.2. 2-ci tərəf bu sazişin 3-cü bəndində göstərilən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzili boşaldıb 1-ci tərəfin sahibliyinə verdiyi gündən başlayaraq, 1-ci tərəf 2-ci tərəfə, birinci 3 (üç) ayı bir yerdə olmaqla, hər ay 2000 (iki min) manat ödəməyi öhdəsinə götürür. Bu qayda, 2-ci tərəf bu sazişin 4-cü bəndində göstərilən öhdəliyini icra edənədək davam edir. Ödəmələr, bu saziş notariat orqanlarında təsdiq edildiyi vaxt notariat orqanlarının müəyyən etdiyi qaydada həyata keçirilir. 2.3. 2-ci tərəf, bu sazişin 2-ci bəndində göstərilən qeyri - yaşayış sahəsi onun faktik istifadəsinə verildikdən sonra, orada binanın layihə sənədlərində nəzərdə tutulmayan əlavə tikililər apara bilməz, əsas aparıcı divarları, dayaq sütunları sökə bilməz, zədələyə bilməz. 2.4. 2-ci tərəf onun mülkiyyətinə verilən həmin qeyri-yaşayış sahəsini təyinatına uyğun, qonşulara və binaya təhlükə yaratmayan formada istifadə etməyə borcludur. 2.5. 2-ci tərəf təhvil-təslim aktına əsasən qəbul etdiyi həmin qeyri- yaşayış sahəsində öz istədiyi kimi əlavə təmir və bəzək işləri aparmaq istəsə, bu işləri 6 aydan gec olmayan müddətə başa çatdırmağa borcludur. 2.6. 2-ci tərəf onun faktik mülkiyyətinə verilən həmin qeyri-yaşayış sahəsini, onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınanadək satmaq istədikdə, ilk növbədə 1-ci tərəfə təklif etməlidir. 1-ci tərəf 45 gün müddətində onun təklifinə cavab verməzsə, 2-ci tərəf həmin qeyri-yaşayış sahəsini istədiyi şəxsə satmaqda sərbəstdir. 2.7. 2-ci tərəf bu sazişin predmeti olan daşınmaz əmlakla bağlı öz adından və ya başqa üçüncü şəxslərin adından reklam və ya əks reklam fəaliyyəti aparmamalıdır. 2.8. 2-ci tərəf onun mülkiyyətinə verilən həmin qeyri-yaşayış sahəsi üzərində gələcəkdə müvafiq icra orqanları tərəfindən qoyula biləcək məhdudlaşdırma qaydalarına əməl etməlidir. Belə məhdudlaşmalar 1-ci tərəfin təqsiri üzündən və ya onun öhdəlikləri üzündən baş verərsə, bununla bağlı 2-ci tərəfə dəyən zərəri 1-ci tərəf tam həcmdə ödəməlidir. 2.9. 1-ci tərəf tikinti-təmir fəaliyyətinin aparılmasını, şəhərsalma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və müvafiq dövlət orqanları tərəfindən təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun təmin etməlidir. 2.10. 1-ci tərəf bu sazişin 2-ci bəndində göstərilən qeyri-yaşayış sahəsini 1-ci tərəfin faktik sahibliyinə və istifadəsinə verənədək bütün kommunal xidmətlərlə (elektrik, qaz və su) təmin etməyi, bununçün lazım olan maliyyə xərclərini çəkməyi öz öhdəsinə götürür. 3.1. Tərəflər, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, bu saziş üzrə bərabər məsuliyyət daşıyırlar. 3.2. Bu saziş notariat orqanlarında qeydə alınır və Sumqayıt şəhər məhkəməsinin bu sazişin təqsdiqlənməsi barədə qərardadı qüvvəyə mindiyi andan qüvvəyə minir. 3.3. Bu saziş 4 (dörd) nüsxədə tərtib edilir, bir nüsxə notariat orqanında saxlanılır, bir nüsxə notariat orqanı tərəfindən rəsmi qaydada Sumqayıt şəhər məhkməsinə təqdim edilir, tərəflərdə bir nüsxə saxlanılır və bütün nüsxələri eyni hüquqi qüvvəyə malikdir. 3.3.1. Gələcəkdə bu sazişin nüsxələri arasında fərq meydana çıxarsa, Sumqayıt şəhər məhkləməsinə təqdim edilən nüsxə əsas götürüləcəkdir. 3.4. Gələcəkdə bu sazişə hər hansı bir dəyişiklik edilməsi tərəflərin qarşılıqlı razılığı əsasında, mülki qanunvericiliyin normalarına uyğun həyata keçirilə bilər. 3.5. Bu saziş üzrə 2-ci tərəfin 1-ci tərəfə heç bir maliyyə borcu yoxdur və 1-ci tərəf gələcəkdə də 2-ci tərəfə qarşı bu saziş üzrə hər hansı iddia qaldıra bilməz. 3.6. Bu saziş, 2-ci bənddə göstərilən qeyri-yaşayış sahəsi ilə 3-cü bənddə göstərilən mənzilin, Mülki Məcəllənin 662-ci maddəsində nəzərdə tutulan "DƏYİŞDİRMƏ MÜQAVİLƏSİ"nə bərabər tutulur və gələcəkdə 2-ci tərəfin bu sazişin 2-ci bəndində göstərilən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının müvafiq qeydiyyat orqanlarında qeydə alınması üçün əsasdır. 3.7. Bu sazişin notariat orqanlarında qeydə alınması üzrə bütün xərclər, eləcə də gələcəkdə 2-ci tərəfin bu sazişin 2-ci bəndində göstərilən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqnu qeydə aldırmaq üçün çəkəcəyi xərclər 1-ci tərəfə aiddir. 3.8. Bu sazişi olduğu kimi icra etməməyə görə tərəflər Azərbaycan Respublikasının qanunlarına uyğun məsuliyyət daşıyırlar. 3.9. Tərəflər arasında bu sazişin icrası ilə bağlı yarana biləcək mübahisələr öncə dostcasına həll edilməlidir. Bu mümkün olmadığı halda, mübahisə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll ediləcəkdir. 3.10. Tərəflər bu sazişi sərbəst iradələrinə uyğun bağladılar və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin "Əqdlər" adlanan 13-cü fəslinin, "Əqdlərin etibarsızlığı" adlanan 14-cü fəslinin, "Öhdəliklər haqqında ümumi müddəalar" adlanan 19-cu fəslinin, "Müqavilə hüququ" adlanan 20-ci fəslinin, eləcə də Mülki Prosessual Məcəllənin "İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi" adlanan 52-ci maddəsinin, 122.3.cü maddəsinin, 153.2.-ci maddəsinin, "İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi " adlanan 191-ci maddəsinin mənası tərəflərə aydındır və bu sazişin doğuracağı hüquqi nəticələri bilərək onu imzalayırlar. 3.11. Bu sazişə əlavə edilən əlavə №1 bu sazişin tərkib hissəsidir. Məhkəməyə təqdim olunmuş barışıq sazişindən görünür ki, tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək Mülki Məcəllənin 881-ci maddəsinin tələbləri qaydasında müvafiq saziş bağlamışlar. Həmin sazişlə tərəflər mübahisənin həlli qaydasını müəyyənləşdirərək bununla bağlı üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin iddiaçı və cavabdehlər ayrı-ayrılıqda məhkəməyə müraciət edərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətlə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə isə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 170, 191, 261-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Tərəflər arasında bağlanmış barışıq sazişi aşağıda qeyd edilən şərtlərlə təsdiq olunsun: “1.1. Tərəflər Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan e-2(060)-7091/2025 nömrəli işi bu barışıq sazişi ilə bitirmək üçün razıllığa gəldilər. 1.2. 1-ci tərəf, xüsusi mülkiyyət hüquq ilə 2-ci tərəfə məxsus olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi DƏDRX çıxarısınaa əsasən 59.98 kv.m (faktik sahəsi 80.8 kv.m) olan 9 saylı mənzilin əvəzində, Sumqayıt şəhəri, 16-cı məhəllə, 20 Yanvar və Nizami küçəsinin kəsişməsində inşa etdiyi, çoxmərtəbəli yaşayış binasının, hal- hazırda inşa edilmiş B blokunun 20 Yanvar küçəsinə düşən hissəsinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 139.5 m² olan, təmirli (6 və 7-cı oxları arasında - eni 6.2 m, A və F oxu arasında -uzunluğu 22.5 m) qeyri - yaşayış sahəsini 2-ci tərəfin faktik mülkiyyətinə verir. 1.3. 2-ci tərəf xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 2 ünvanında yerləşən, , ümumi sahəsi DƏDRX çıxarısınaa əsasən 59.98 kv.m (faktik sahəsi 80.8 kv.m ) olan 9 saylı mənzili, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonrakı 10 (on) gün müddətində boşaldaraq 1-ci tərəfin faktik mülkiyyətinə verir. 2.1. 1-ci tərəf bu sazişin 2-ci bəndində göstərilən qeyri-yaşayış sahəsini, bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonrakı 3 (üç) ay müddətində istifadəyə tam yararlı hala gətirməyi öhdəsinə götürür. 2.2. 2-ci tərəf bu sazişin 3-cü bəndində göstərilən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzili boşaldıb 1-ci tərəfin sahibliyinə verdiyi gündən başlayaraq, 1-ci tərəf 2-ci tərəfə, birinci 3 (üç) ayı bir yerdə olmaqla, hər ay 2000 (iki min) manat ödəməyi öhdəsinə götürür. Bu qayda, 2-ci tərəf bu sazişin 4-cü bəndində göstərilən öhdəliyini icra edənədək davam edir. Ödəmələr, bu saziş notariat orqanlarında təsdiq edildiyi vaxt notariat orqanlarının müəyyən etdiyi qaydada həyata keçirilir. 2.3. 2-ci tərəf, bu sazişin 2-ci bəndində göstərilən qeyri - yaşayış sahəsi onun faktik istifadəsinə verildikdən sonra, orada binanın layihə sənədlərində nəzərdə tutulmayan əlavə tikililər apara bilməz, əsas aparıcı divarları, dayaq sütunları sökə bilməz, zədələyə bilməz. 2.4. 2-ci tərəf onun mülkiyyətinə verilən həmin qeyri-yaşayış sahəsini təyinatına uyğun, qonşulara və binaya təhlükə yaratmayan formada istifadə etməyə borcludur. 2.5. 2-ci tərəf təhvil-təslim aktına əsasən qəbul etdiyi həmin qeyri- yaşayış sahəsində öz istədiyi kimi əlavə təmir və bəzək işləri aparmaq istəsə, bu işləri 6 aydan gec olmayan müddətə başa çatdırmağa borcludur. 2.6. 2-ci tərəf onun faktik mülkiyyətinə verilən həmin qeyri-yaşayış sahəsini, onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınanadək satmaq istədikdə, ilk növbədə 1-ci tərəfə təklif etməlidir. 1-ci tərəf 45 gün müddətində onun təklifinə cavab verməzsə, 2-ci tərəf həmin qeyri-yaşayış sahəsini istədiyi şəxsə satmaqda sərbəstdir. 2.7. 2-ci tərəf bu sazişin predmeti olan daşınmaz əmlakla bağlı öz adından və ya başqa üçüncü şəxslərin adından reklam və ya əks reklam fəaliyyəti aparmamalıdır. 2.8. 2-ci tərəf onun mülkiyyətinə verilən həmin qeyri-yaşayış sahəsi üzərində gələcəkdə müvafiq icra orqanları tərəfindən qoyula biləcək məhdudlaşdırma qaydalarına əməl etməlidir. Belə məhdudlaşmalar 1-ci tərəfin təqsiri üzündən və ya onun öhdəlikləri üzündən baş verərsə, bununla bağlı 2-ci tərəfə dəyən zərəri 1-ci tərəf tam həcmdə ödəməlidir. 2.9. 1-ci tərəf tikinti-təmir fəaliyyətinin aparılmasını, şəhərsalma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və müvafiq dövlət orqanları tərəfindən təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun təmin etməlidir. 2.10. 1-ci tərəf bu sazişin 2-ci bəndində göstərilən qeyri-yaşayış sahəsini 1-ci tərəfin faktik sahibliyinə və istifadəsinə verənədək bütün kommunal xidmətlərlə (elektrik, qaz və su) təmin etməyi, bununçün lazım olan maliyyə xərclərini çəkməyi öz öhdəsinə götürür. 3.1. Tərəflər, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, bu saziş üzrə bərabər məsuliyyət daşıyırlar. 3.2. Bu saziş notariat orqanlarında qeydə alınır və Sumqayıt şəhər məhkəməsinin bu sazişin təqsdiqlənməsi barədə qərardadı qüvvəyə mindiyi andan qüvvəyə minir. 3.3. Bu saziş 4 (dörd) nüsxədə tərtib edilir, bir nüsxə notariat orqanında saxlanılır, bir nüsxə notariat orqanı tərəfindən rəsmi qaydada Sumqayıt şəhər məhkməsinə təqdim edilir, tərəflərdə bir nüsxə saxlanılır və bütün nüsxələri eyni hüquqi qüvvəyə malikdir. 3.3.1. Gələcəkdə bu sazişin nüsxələri arasında fərq meydana çıxarsa, Sumqayıt şəhər məhkləməsinə təqdim edilən nüsxə əsas götürüləcəkdir. 3.4. Gələcəkdə bu sazişə hər hansı bir dəyişiklik edilməsi tərəflərin qarşılıqlı razılığı əsasında, mülki qanunvericiliyin normalarına uyğun həyata keçirilə bilər. 3.5. Bu saziş üzrə 2-ci tərəfin 1-ci tərəfə heç bir maliyyə borcu yoxdur və 1-ci tərəf gələcəkdə də 2-ci tərəfə qarşı bu saziş üzrə hər hansı iddia qaldıra bilməz. 3.6. Bu saziş, 2-ci bənddə göstərilən qeyri-yaşayış sahəsi ilə 3-cü bənddə göstərilən mənzilin, Mülki Məcəllənin 662-ci maddəsində nəzərdə tutulan "DƏYİŞDİRMƏ MÜQAVİLƏSİ"nə bərabər tutulur və gələcəkdə 2-ci tərəfin bu sazişin 2-ci bəndində göstərilən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının müvafiq qeydiyyat orqanlarında qeydə alınması üçün əsasdır. 3.7. Bu sazişin notariat orqanlarında qeydə alınması üzrə bütün xərclər, eləcə də gələcəkdə 2-ci tərəfin bu sazişin 2-ci bəndində göstərilən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqnu qeydə aldırmaq üçün çəkəcəyi xərclər 1-ci tərəfə aiddir. 3.8. Bu sazişi olduğu kimi icra etməməyə görə tərəflər Azərbaycan Respublikasının qanunlarına uyğun məsuliyyət daşıyırlar. 3.9. Tərəflər arasında bu sazişin icrası ilə bağlı yarana biləcək mübahisələr öncə dostcasına həll edilməlidir. Bu mümkün olmadığı halda, mübahisə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll ediləcəkdir. 3.10. Tərəflər bu sazişi sərbəst iradələrinə uyğun bağladılar və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin "Əqdlər" adlanan 13-cü fəslinin, "Əqdlərin etibarsızlığı" adlanan 14-cü fəslinin, "Öhdəliklər haqqında ümumi müddəalar" adlanan 19-cu fəslinin, "Müqavilə hüququ" adlanan 20-ci fəslinin, eləcə də Mülki Prosessual Məcəllənin "İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi" adlanan 52-ci maddəsinin, 122.3.cü maddəsinin, 153.2.-ci maddəsinin, "İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi " adlanan 191-ci maddəsinin mənası tərəflərə aydındır və bu sazişin doğuracağı hüquqi nəticələri bilərək onu imzalayırlar. 3.11. Bu sazişə əlavə edilən əlavə №1 bu sazişin tərkib hissəsidir.” Mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verə bilərlər. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-7091/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-7091/2025
12.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver